https://sputnik.az/20240309/fransada-qadinlarin-abort-huququ-konstitusiyada-tesbit-edildi-463151621.html
Fransada qadınların abort hüququ konstitusiyada təsbit edildi
Fransada qadınların abort hüququ konstitusiyada təsbit edildi
Sputnik Azərbaycan
Fransada ilk dəfə doğan qadınların orta yaşı da 30,2-dən 31,2-yə, nikahdankənar doğulan uşaqların sayı isə 57 faizdən 65 faizə yüksəlib. 09.03.2024, Sputnik Azərbaycan
2024-03-09T21:36+0400
2024-03-09T21:36+0400
2024-03-09T21:36+0400
dünya xəbərləri
fransa
abort
emmanuel makron
konstitusiya
https://cdnn1.img.sputnik.az/img/07e4/08/04/424596393_0:178:3071:1905_1920x0_80_0_0_8bae8fa4d1755d4044d7e182cd364115.jpg
BAKI, 9 mart - Sputnik. Martın 8-də Fransa prezidenti Emmanuel Makron qadınların abort hüququnu ən yüksək qanunvericilik səviyyəsində təsbit edən qanunu imzalayıb. RİA Novosti xəbər verir ki, konstitusiyaya müvafiq dəyişikliklə bağlı qanunun mətni şənbə günü Beşinci Respublikanın rəsmi jurnalında dərc olunub.Bundan əvvəl Fransa dünyada qadınların abort hüququnu öz konstitusiyasında təsbit edən ilk ölkə olub. Qanuna aşağıdakı maddə əlavə edilib:Sənəddə qeyd edilir ki, qanunu respublika prezidenti imzalayıb. O da bildirilir ki, imzalanma bir gün əvvəl Beynəlxalq Qadınlar Günündə Parisdə baş tutub.Sentyabr ayında Fransanın Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (Insee) 2022-ci ilin sonuna qədər ölkədə İkinci Dünya Müharibəsindən bəri ən aşağı doğum səviyyəsinin qeydə alındığını bildirib.Doğum səviyyəsinin aşağı düşməsi ölkənin bütün regionlarına təsir edib. Bu, xüsusilə 25-29 (2010-cu illə müqayisədə 3% az) və 30-34 (4% aşağı) yaşlı qadınlara aiddir.Eyni zamanda, 40 yaşdan yuxarı qadınlar kateqoriyasında doğum göstəricisi, əksinə, 3% artıb.İlk dəfə doğan qadınların orta yaşı da 30,2-dən 31,2-yə, nikahdankənar doğulan uşaqların sayı isə 57 faizdən 65 faizə yüksəlib.Drees-in daha əvvəl dərc etdiyi araşdırmaya görə, Fransada abortların sayı 2022-ci ildə əhəmiyyətli dərəcədə artaraq son 33 ildə rekord həddə - 234 minə çatıb.Müəlliflərin fikrincə, xüsusilə 20-29 yaşlı qadınlar arasında özünü büruzə verən bu tendensiyaya təsir edən amillərdən biri Fransada hamiləliyin kəsilməsi imkanının müddətinin 12 həftədən 14 həftəyə qədər uzadılmasıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/04/424596393_0:0:2731:2048_1920x0_80_0_0_aafc4afe39c7384e94c76a3875f24e14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fransa, abort, emmanuel makron, konstitusiya
fransa, abort, emmanuel makron, konstitusiya
Fransada qadınların abort hüququ konstitusiyada təsbit edildi
Fransada ilk dəfə doğan qadınların orta yaşı da 30,2-dən 31,2-yə, nikahdankənar doğulan uşaqların sayı isə 57 faizdən 65 faizə yüksəlib.
BAKI, 9 mart - Sputnik. Martın 8-də Fransa prezidenti Emmanuel Makron qadınların abort hüququnu ən yüksək qanunvericilik səviyyəsində təsbit edən qanunu imzalayıb. RİA Novosti xəbər verir ki, konstitusiyaya müvafiq dəyişikliklə bağlı qanunun mətni şənbə günü Beşinci Respublikanın rəsmi jurnalında dərc olunub.
Bundan əvvəl Fransa dünyada qadınların abort hüququnu öz konstitusiyasında təsbit edən ilk ölkə olub. Qanuna aşağıdakı maddə əlavə edilib:
“Qadınların hamiləliyin könüllü şəkildə kəsilməsinə sərbəst müraciət etmək hüququ qanunla təmin edilir”.
Sənəddə qeyd edilir ki, qanunu respublika prezidenti imzalayıb. O da bildirilir ki, imzalanma bir gün əvvəl Beynəlxalq Qadınlar Günündə Parisdə baş tutub.
Sentyabr ayında Fransanın Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (Insee) 2022-ci ilin sonuna qədər ölkədə İkinci Dünya Müharibəsindən bəri ən aşağı doğum səviyyəsinin qeydə alındığını bildirib.
Doğum səviyyəsinin aşağı düşməsi ölkənin bütün regionlarına təsir edib. Bu, xüsusilə 25-29 (2010-cu illə müqayisədə 3% az) və 30-34 (4% aşağı) yaşlı qadınlara aiddir.
Eyni zamanda, 40 yaşdan yuxarı qadınlar kateqoriyasında doğum göstəricisi, əksinə, 3% artıb.
İlk dəfə doğan qadınların orta yaşı da 30,2-dən 31,2-yə, nikahdankənar doğulan uşaqların sayı isə 57 faizdən 65 faizə yüksəlib.
Drees-in daha əvvəl dərc etdiyi araşdırmaya görə, Fransada abortların sayı 2022-ci ildə əhəmiyyətli dərəcədə artaraq son 33 ildə rekord həddə - 234 minə çatıb.
Müəlliflərin fikrincə, xüsusilə 20-29 yaşlı qadınlar arasında özünü büruzə verən bu tendensiyaya təsir edən amillərdən biri Fransada hamiləliyin kəsilməsi imkanının müddətinin 12 həftədən 14 həftəyə qədər uzadılmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.