Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Fransada islamofobiya varmı? Tədqiqatçıların fikirləri haçalanır

© AFP 2024 / CHRISTINA ASSIİnanclı qadın
İnanclı qadın - Sputnik Azərbaycan, 1920, 09.03.2024
Abunə olmaq
Alim bildirib ki, Fransada islamofobiya barədə danışarkən ağ-qara yanaşma sərgiləmək, bütün fransızları islamofobiyada ittiham etmək düzgün deyil.
BAKI, 9 mart - Sputnik. Fransada müsəlmanlığı siyasi anlayış kimi təlqin edirlər. İslamı zorakı din, cihad mənbəyi, idarəolunmaz məfhum kimi qəbul edirlər. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri müstəqil tədqiqatçı və publisist Rolan Öjen Lafit (Roland Eugene Laffitte) Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması” mövzusunda aralıq sessiyada deyib.
Onun sözlərinə görə, bu gün islamofobiya Fransada dövlət siyasətidir.
© Photo : APARolan Öjen Lafit (Roland Eugene Laffitte)
Rolan Öjen Lafit (Roland Eugene Laffitte)  - Sputnik Azərbaycan, 1920, 09.03.2024
Rolan Öjen Lafit (Roland Eugene Laffitte)

“Əgər Fransada şəxs polis tərəfindən saxlanılarsa və o, ərəb mənşəli olarsa, daha çox çətinliklə üzləşir. Əgər iş müraciəti zamanı ərəb soyadınızın olduğunu görərlərsə, şansınız digərlərinə nisbətən 7 dəfə daha azdır" - tədqiqatçı vurğulayıb.

“Azərbaycan özü də islamofobiyanın nəticələrindən əziyyət çəkib. Dünyəvi, sekulyar ölkə olmasına baxmayaraq, müsəlman ölkəsi kimi ayrı-seçkiliyə məruz qalıb. Bəzi ölkələr Azərbaycan-Ermənistan münaqişəsində Ermənistanın mövqeyindən çıxış edib, çünki Ermənistan xristian ölkəsidir".
APA xəbər verir ki, bunu sözügedən konfrans çərçivəsində "Fransada anti-İslam siyasəti: İslamofobiyanın normallaşdırılması" adlı paneldə çıxışında Paris İslam Araşdırmalar fakültəsinin direktoru Nourredine Belhout bildirib.
© Photo : APANourredine Belhout
Nourredine Belhout - Sputnik Azərbaycan, 1920, 09.03.2024
Nourredine Belhout
Direktor vurğulayıb ki, Fransada islamofobiya barədə danışarkən ağ-qara yanaşma sərgiləmək, bütün fransızları islamofob olmaqda ittiham etmək olmaz:

"Fransda 5000 məscid var, müsəlman humanitar təşkilatları var, çoxlu müsəlman humanitar asossiasiyaları var. Fransda məscidlərdə Ramazan yığıncaqları keçirilir, 3000-4000 iştirakçı gəlir. 5-6 milyon avro dəyərində tikilən məscidlər var, Parisdə, Strasburqda məscidlər tikilir. Reallıq barədə faktları bilmək də vacibdir. Mənim rəhbərlik etdiyim İslam elmləri fakültəsində 700-dən çox tələbə təhsil alır".

Fakültə rəhbəri bildirib ki, mediada islamofobiya ilə bağlı qərəz ola bilər, amma bu məsələdə vicdanlı medialar da var.

"Fransada müsəlmanların haqlarını müdafiə edən Melenşon kimi siyasətçi də var, Mari le Pen kimi ekstremist siyasətçi də var. Bəli, müəyyən mənada polis nəzarəti də var. Amma biz müsəlman olsaq da, həm də Fransa vətəndaşıyıq. Məhkəmə bəzən ədalətsiz olur, ancaq siz ona da şahid ola bilərsiz ki, 3 il sonra məhkəmə sizdən keçmiş qərarla bağlı üzr istəsin. Doğrudur, Fransada islamofoblar da var, bu şəxslər sizi hədləyə, ölümlə təhdid edə bilər, ancaq sizi müdafiə edən fransızlar da var”.

Tədqiqatçı konfransın təşkilinə görə Azərbaycana təşəkkür edib:
"Dünyada azsaylı ölkələr öz təşəbbüsü ilə belə önəmli mövzuda konfrans təşkil edir” - alim bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0