https://sputnik.az/20240309/fransada-insanlar-cv-sinde-muselman-olmadigini-qeyd-edende-ise-qebul-sansi-artir-463146502.html
İnsanlar CV-sində müsəlman olmadığını qeyd edəndə işə qəbul şansı artır - Sədr müavini
İnsanlar CV-sində müsəlman olmadığını qeyd edəndə işə qəbul şansı artır - Sədr müavini
Sputnik Azərbaycan
Qurumun sədr müavini bildirib ki, Fransada islamofobiya hallarının 80%-i qadınlarla, onların geyimləri ilə bağlıdır. 09.03.2024, Sputnik Azərbaycan
2024-03-09T11:47+0400
2024-03-09T11:47+0400
2024-03-09T11:48+0400
cəmiyyət
fransa
islamofobiya
müsəlman
https://cdnn1.img.sputnik.az/img/41701/29/417012965_0:0:1489:838_1920x0_80_0_0_40630a4ba3aa0ce044ca026d3d9d54d3.jpg
BAKI, 9 mart - Sputnik. Fransada islamofobiya hallarının 80 faizi qadınlarla, onların geyimləri ilə bağlıdır. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda təşkil edilmiş islamofobiyaya qarşı mübarizəyə dair konfrans çərçivəsində keçirilən “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" mövzusunda plenar iclasda deyib.O, qeyd edib ki, Fransada müsəlmanlar öz CV-lərində müsəlman olmadıqlarını qeyd edəndə onların işə qəbul şansı 50 faizdən çox olur.Həmçinin bir çox Avropa ölkələrində müsəlmanlar öz əqidələrini CV-lərində göstərmirlər. Bir sıra Avropa ölkələrində müsəlman miqrantlar arasında da ayrı-seçkilik halları müşahidə olunur. Onlar daha çox işə qəbulda İtaliya, İspaniyadan olan miqrantlara üstünlük verirlər.Qeyd edək ki, konfransda dünyanın 30 ölkəsindən 130-a qədər alim, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edir.Müzakirələrdə mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri, dövlət rəsmiləri və diplomatlar yer alır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41701/29/417012965_126:0:1398:954_1920x0_80_0_0_5a4b47d921bc77149b7bbc0c21864593.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fransa, islamofobiya, müsəlman
fransa, islamofobiya, müsəlman
İnsanlar CV-sində müsəlman olmadığını qeyd edəndə işə qəbul şansı artır - Sədr müavini
11:47 09.03.2024 (Yenilənib: 11:48 09.03.2024) Qurumun sədr müavini bildirib ki, Fransada islamofobiya hallarının 80%-i qadınlarla, onların geyimləri ilə bağlıdır.
BAKI, 9 mart - Sputnik. Fransada islamofobiya hallarının 80 faizi qadınlarla, onların geyimləri ilə bağlıdır. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda təşkil edilmiş islamofobiyaya qarşı mübarizəyə dair konfrans çərçivəsində keçirilən “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" mövzusunda plenar iclasda deyib.
O, qeyd edib ki, Fransada müsəlmanlar öz CV-lərində müsəlman olmadıqlarını qeyd edəndə onların işə qəbul şansı 50 faizdən çox olur.
Həmçinin bir çox Avropa ölkələrində müsəlmanlar öz əqidələrini CV-lərində göstərmirlər. Bir sıra Avropa ölkələrində müsəlman miqrantlar arasında da ayrı-seçkilik halları müşahidə olunur. Onlar daha çox işə qəbulda İtaliya, İspaniyadan olan miqrantlara üstünlük verirlər.
Qeyd edək ki, konfransda dünyanın 30 ölkəsindən 130-a qədər alim, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edir.
Müzakirələrdə mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri, dövlət rəsmiləri və diplomatlar yer alır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.