ELM

Elm adamları sübut ediblər ki, fillər yas tuta bilirlər

© Sputnik / Валерий Шустов / Mediabanka keçidFil, arxiv
Fil, arxiv - Sputnik Azərbaycan, 1920, 09.03.2024
Abunə olmaq
Yeni araşdırma nəhəng heyvanların davranışlarını daha yaxşı başa düşməyə kömək edib.
BAKI, 9 mart — Sputnik. Asiya filləri yas tutur və ölü balalarını dəfn edirlər. Bu heyvanların cənazə mərasimləri insanların yas mərasiminə bənzəyir.
Aparılan tədqiqatlar bunu sübut edib.
Alimlər 2022-2023-cü illərdə Benqaliya regionunun şimalında fillərin qurduğu beş dəfn mərasimini araşdırıblar. Bütün hallarda yetkin heyvanlar bala filin bədənini gövdəsi və ayaqlarından tutaraq daşıyıblar, sonra isə ayaqları yuxarı vəziyyətdə basdırıblar. Araşdırılan beş haldan birində isə sürü cəsədin ətrafında toplaşaraq xortumları ilə yüksək səslər çıxarıblar.
Araşdırılan hallarda bütün bala fillər insanın günahı olmadan ölmüşdülər. Bir-üç aylığında ölümə səbəb onların çoxsaylı orqan çatışmazlığından əziyyət çəkməsi olub.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, fillər yalnız balalarını basdırırlar, çünki böyüklərin cəsədləri daşımaq üçün çox ağırdır. Fillər tərəfindən "qəbirlər" üçün yer olaraq ən yaxın yaşayış məntəqələrindən yüzlərlə metr uzaq məsafədə yerləşən çay plantasiyalarındakı suvarma kanalları seçilib.
Fillər sosial heyvanlardır. Ancaq onların dəfn mərasimləri öyrənilməmiş olaraq qalıb. Alimlər Afrika fillərinin oxşar davranışlarını qısaca təsvir etsələr də, Asiya filləri diqqətdən kənarda qalıb.
Yeni araşdırma nəhəng heyvanların davranışlarını daha yaxşı başa düşməyə kömək edib. Alimlər müəyyən ediblər ki, müxtəlif sürülər bu vəziyyətdə, təxminən eyni şəkildə davranırlar - onlar cəsədi basdırdıqdan sonra 40 dəqiqə ərzində dəfn yerini tərk ediblər, daha sonra isə bir daha bu ərazidə görünməməyə çalışıblar.
Beynəlxalq Təbiəti Mühafizə Birliyi Asiya fillərini yoxa çıxmaq təhlükəsi altında hesab edib. "Agence France-Presse" xəbər verib ki, vəhşi təbiətdə 26 mindən çox fərd qalmayıb.
Bundan əvvəl alimlər Zimbabvedə fillərin müəmmalı ölüm hallarını araşdırıblar. Səbəbin təhlükəli bakteriya olduğu ortaya çıxıb.
Xəbər lenti
0