https://sputnik.az/20240309/delimitasiya-cercivesinde-ermenistanin-isgali-altinda-olan-4-eksklav-kend-azad-edilecek-463151204.html
Delimitasiya çərçivəsində Ermənistanın işğalı altında olan 4 eksklav kənd azad ediləcək
Delimitasiya çərçivəsində Ermənistanın işğalı altında olan 4 eksklav kənd azad ediləcək
Sputnik Azərbaycan
Azərbaycan tərəfi öz kəndlərinin azad olunmasını tələb edir. 09.03.2024, Sputnik Azərbaycan
2024-03-09T15:38+0400
2024-03-09T15:38+0400
2024-03-09T15:41+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
işğal
azərbaycan
delimitasiya
ermənistan
eksklav
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0f/455949440_0:31:587:361_1920x0_80_0_0_57a0e9123921d3a9c950e2d3c9a9c6d0.jpg
BAKI, 9mart - Sputnik. Dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır.Bildirilir ki, son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır. Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan Respublikası özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir.Vurğulanır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0f/455949440_33:0:554:391_1920x0_80_0_0_a98ab73d4ffe4f325fcf6bda76e838bb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
işğal, azərbaycan, delimitasiya, ermənistan, eksklav
işğal, azərbaycan, delimitasiya, ermənistan, eksklav
Delimitasiya çərçivəsində Ermənistanın işğalı altında olan 4 eksklav kənd azad ediləcək
15:38 09.03.2024 (Yenilənib: 15:41 09.03.2024) Azərbaycan tərəfi öz kəndlərinin azad olunmasını tələb edir.
BAKI, 9mart - Sputnik. Dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır.
Bildirilir ki, son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır. Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan Respublikası özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir.
"Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların “işğal edildiyini” bəyan etmək tamamilə əsassızdır" - məlumatda qeyd olunur.
Vurğulanır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir.
"Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq" - məlumatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.