DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya müharibəyə hazırlaşır? Kommunalar nə üçün yeni bunkerlər tələb edir?

© AZƏRTACBunker
Bunker - Sputnik Azərbaycan, 1920, 09.03.2024
Abunə olmaq
Almaniyanın Şəhərlər və Kommunalar Assosiasiyası hakimiyyətdən insanları qorumaq üçün növbəti 10 il ərzində hər il ən azı 1 milyard avro tələb edir.
BAKI, 9 mart - Sputnik. Almaniyanın Şəhərlər və Kommunalar Assosiasiyası ölkə hakimiyyətini əhalini mümkün hərbi münaqişələrdən qorumaq tədbirlərinin həyata keçirilməsinə, xüsusən də yeni bunkerlərin tikintisinə milyardlarla avro ayırmağa çağırıb. Bu barədə TASS assosiasiyanın rəhbəri Andre Berqqerə istinadən xəbər yayıb.
“Təhlükəsizlik artıq adi bir məsələ deyil. İndi təkcə Bundesveri (Almaniya Federativ Respublikasının silahlı qüvvələri – qeydi müdafiə qabiliyyətinə çevirmək deyil, ümumilikdə əhalinin hərbi təhlükələrdən qorunmasını təmin etmək vacibdir” - assosiasiya rəhbəri Funke media qrupuna bildirib.

“Mülki insanları qorumaq üçün növbəti 10 il ərzində hər il ən azı 1 milyard avroya ehtiyacımız var” - qurum rəhbəri bildirib.

Berqqer ölkə ərazisində daha çox bunkerlərin tikilməsinə çağırıb. O, qeyd edib ki, soyuq müharibə dövründə ölkədə 2 mindən çox bomba sığınacağı olub.
© Sputnik / Pouya MamaghaniYeraltı bunker, arxiv
Подземный музей Бункер—42 в Москве  - Sputnik Azərbaycan, 1920, 09.03.2024
Yeraltı bunker, arxiv

“Onlardan cəmi 600-ü qalıb ki, bu da təxminən 500 min insanı qoruyacaq” - təşkilat rəhbəri aydınlıq gətirib.

Onun qənaətinə görə, tərk edilmiş bunkerlərin yenidən istifadəyə verilməsinə təcili ehtiyac var və biz yeni, müasir bomba sığınacaqları tikilməlidir. Böyük şəhərlərdə bu məqsədlə yeraltı qarajları və metroları təchiz etmək olardı.
Cümə günü Almaniyanın müdafiə naziri Boris Pistorius Helsinkiyə səfəri zamanı Almaniyada mülki əhalinin müdafiəsinin gücləndirilməsinin lehinə çıxış edib.
Onun sözlərinə görə, hələ Almaniyada soyuq müharibə dövründə bunkerlər əhalinin cəmi 10%-i üçün nəzərdə tutulub. Onun sözlərinə görə, bu məsələ Nazirlər Kabinetində müzakirə olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0