https://sputnik.az/20240309/alimler-mamontlarin-yaradilmasi-ucun-lazim-olan-kok-huceyrelerini-elde-edibler-463120633.html
Alimlər mamontların yaradılması üçün lazım olan kök hüceyrələrini əldə ediblər
Alimlər mamontların yaradılması üçün lazım olan kök hüceyrələrini əldə ediblər
Sputnik Azərbaycan
Gələcəkdə tədqiqatçılar embrionu surroqat fil anaya implantasiya etmək üçün qədim mamont DNT-sini fil hüceyrələri ilə birləşdirərək yunlu mamont embrionu... 09.03.2024, Sputnik Azərbaycan
2024-03-09T08:02+0400
2024-03-09T08:02+0400
2024-03-09T08:02+0400
mamont
elm
dnt
dnt analizi
https://cdnn1.img.sputnik.az/img/40898/12/408981259_0:49:3000:1737_1920x0_80_0_0_eb34f43195b65f2bd212690c352cd682.jpg
BAKI, 9 mart — Sputnik. Alimlər ilk dəfə olaraq Asiya fillərindən induksiya olunmuş pluripotent kök hüceyrələrini uğurla əldə ediblər. Amerikanın "Colossal" biotexnoloji şirkətinin tədqiqatının müvafiq nəticələri "biorXiv" elmi materiallar portalında dərc olunub. Tədqiqatçılar induksiya olunmuş pluripotent kök hüceyrələrindən istifadə edərək yunlu mamontları onların ən yaxın qohumlarından fərqləndirən uyğunlaşmaları öyrənə biləcəklər. Bundan əlavə, hüceyrələr canlı heyvanlardan toxuma götürmədən gen dəyişikliklərinin yoxlanılmasına imkan verəcək. Elm adamları hazırda laboratoriyada mamontları diriltmək üçün lazım olan fil sperma və yumurtalarını da yarada bilərlər. Gələcəkdə tədqiqatçılar embrionu surroqat fil anaya implantasiya etmək üçün qədim mamont DNT-sini fil hüceyrələri ilə birləşdirərək yunlu mamont embrionu istehsal etmək istəyirlər. Bundan əvvəl amerikalı alimlərin xəstədə Parkinson xəstəliyinin olub-olmadığını qoxuya görə müəyyən etməyi itlərə öyrətdikləri barədə məlumat verilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40898/12/408981259_321:0:2982:1996_1920x0_80_0_0_1a30d07df6de7bebc469cb3a7c4de75a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mamont, dnt, dnt analizi
Alimlər mamontların yaradılması üçün lazım olan kök hüceyrələrini əldə ediblər
Gələcəkdə tədqiqatçılar embrionu surroqat fil anaya implantasiya etmək üçün qədim mamont DNT-sini fil hüceyrələri ilə birləşdirərək yunlu mamont embrionu istehsal etmək istəyirlər.
BAKI, 9 mart — Sputnik. Alimlər ilk dəfə olaraq Asiya fillərindən induksiya olunmuş pluripotent kök hüceyrələrini uğurla əldə ediblər.
Amerikanın "Colossal" biotexnoloji şirkətinin tədqiqatının müvafiq nəticələri "biorXiv" elmi materiallar portalında dərc olunub.
Tədqiqatçılar induksiya olunmuş pluripotent kök hüceyrələrindən istifadə edərək yunlu mamontları onların ən yaxın qohumlarından fərqləndirən uyğunlaşmaları öyrənə biləcəklər.
Bundan əlavə, hüceyrələr canlı heyvanlardan toxuma götürmədən gen dəyişikliklərinin yoxlanılmasına imkan verəcək. Elm adamları hazırda laboratoriyada mamontları diriltmək üçün lazım olan fil sperma və yumurtalarını da yarada bilərlər.
Gələcəkdə tədqiqatçılar embrionu surroqat fil anaya implantasiya etmək üçün qədim mamont DNT-sini fil hüceyrələri ilə birləşdirərək yunlu mamont embrionu istehsal etmək istəyirlər.
Bundan əvvəl amerikalı alimlərin xəstədə Parkinson xəstəliyinin olub-olmadığını qoxuya görə müəyyən etməyi itlərə öyrətdikləri barədə məlumat verilmişdi.