CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdan Təl-Əvivə uçuşlar bərpa olunur

© BRUCE BENNETT / Getty Images via AFPAZAL təyyarəsi, arxiv
AZAL təyyarəsi, arxiv  - Sputnik Azərbaycan, 1920, 09.03.2024
Abunə olmaq
Aprel ayından etibarən qeyd olunan istiqamətdə 9 uçuş yerinə yetirilməsi nəzərdə tutulur.
BAKI, 9 mart - Sputnik. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib.
Qeyd olunur ki, ilkin mərhələdə aviadaşıyıcı həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək.
Aprel ayından etibarən isə AZAL həftədə 9 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.
Aviabiletləri şirkətin rəsmisaytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0