DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Xəbərdarlıq: Su qıtlığı səbəbindən Aİ ölkələri arasında münaqişələr baş verəcək

© Photo : TRENDSu kranı
Su kranı - Sputnik Azərbaycan, 1920, 08.03.2024
Abunə olmaq
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının su qrupunun rəhbəri Ksavye Lefleyv bəyan edib ki, su qıtlığı səbəbindən sudan istifadə qaydaları dəyişdirilməlidir.
BAKI, 8 mart — Sputnik. Aİ ölkələrində su çatışmazlığı ilə bağlı münaqişə yarana bilər. Əsrin sonuna qədər quraqlıqlar Aİ-nin iqtisadi artımını 7% azalda bilər.
Bu, məxfi sənədi tədqiq edən "Politico"ya məlum olub.
Qlobal istiləşməyə hazır olmayan Aİ ölkələri su çatışmazlığı ilə üzləşə bilər ki, bu da münaqişəyə səbəb ola bilər. Bu, ərzağa, içməli suya və infrastruktura təsir edəcək, insanların sağlamlığını və əsas iqtisadi fəaliyyətləri təhdid edəcək. İqlim risklərinə təbii fəlakətlərin artması, xəstəliklər, məhsul çatışmazlığı və ətraf mühitə ziyan daxildir.
2019-cu ilin məlumatlarına görə, Avropa əhalisinin 38%-i su qıtlığından əziyyət çəkir. Quraqlıqla mübarizəyə isə külli miqdarda vəsait ayrılır.
Su uğrunda rəqabət dövlətlər daxilində münaqişələrə səbəb ola bilər. Mütəxəssislər qlobal istiləşmə ilə mübarizə üçün daha sürətli hazırlıqlara çağırırlar, çünki Aİ dövlətləri qrafikdən geri qalırlar. 2100-cü ilə qədər su çatışmazlığı Aİ-nin iqtisadi artımını 7% azaldacaq.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının su qrupunun rəhbəri Ksavye Lefleyv bəyan edib ki, su qıtlığı səbəbindən sudan istifadə qaydaları dəyişdirilməlidir.
Daha əvvəl məlum olub ki, Kataloniya hakimiyyəti quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edib. Qışın isti keçməsi ilə əlaqədar səlahiyyətlilər şirin suyun istifadəsini məhdudlaşdırıblar.
Xəbər lenti
0