DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Respublikaçılar Baydeni Kiyevə köməklə bağlı dediklərinə görə fitə basıblar

© Elizabeth Frantz / Pool via APABŞ Prezidenti Co Bayden, arxiv şəkli
ABŞ Prezidenti Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.03.2024
Abunə olmaq
Amerika lideri Co Bayden Konqresdə “ölkənin illik vəziyyəti ilə bağlı” çıxış edib.
BAKI, 8 mart - Sputnik. ABŞ-ın Respublikaçılar Partiyasının üzvləri Mayk Louler və Tim Uolberq ABŞ-ın Ukraynaya yardımdan imtina etməyəcəyini deyən Co Baydeni fitə basıblar.
“aif.ru” saytı bu barədə məlumat verib.
"Cəfəngiyyat danışırsan!", – respublikaçılardan biri qışqırıb.
Amerika lideri Co Bayden Konqressdə “ölkənin illik vəziyyəti ilə bağlı” çıxış edib. Xüsusilə, demokrat Kiyevə yardım layihəsinin qəbuluna çağırıb, həmçinin ABŞ ordusunun Ukrayna münaqişəsində iştirak etməyəcəyini bəyan edib.
Bundan əlavə, Bayden Rusiya lideri Vladimir Putinə "qarşı çıxmaq" niyyətində olduğunu söyləyib. Respublikaçılar bu açıqlamaya reaksiya verməyiblər.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Vladimir Putini təhqir edən amerikalı liderləri sevmir.
Xəbər lenti
0