https://sputnik.az/20240308/pasazade-muselmanlarin-diskriminasiyaya-meruz-qalmasi-avropanin-realligidir-463132829.html
Paşazadə: Müsəlmanların diskriminasiyaya məruz qalması Avropanın reallığıdır
Paşazadə: Müsəlmanların diskriminasiyaya məruz qalması Avropanın reallığıdır
Sputnik Azərbaycan
Bakıda islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq konfrans keçirilir. 08.03.2024, Sputnik Azərbaycan
2024-03-08T13:39+0400
2024-03-08T13:39+0400
2024-03-08T13:40+0400
cəmiyyət
şeyxülislam hacı allahşükür paşazadə
qmi
qmi
qafqaz müsəlmanları idarəsinin (qmi)
qafqaz müsəlmanları idarəsinin (qmi)
allahşükür paşazadə
allahşükür paşazadə
şeyxülislam allahşükür paşazadə
https://cdnn1.img.sputnik.az/img/40612/00/406120057_0:0:2001:1125_1920x0_80_0_0_3f33a5f54e4a4d17d29ff1ab38467cea.jpg
BAKI, 8 mart - Sputnik. Multikultural birgəyaşayış təcrübəmiz dünyada model olaraq qəbul edilir.Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda deyib."Azərbaycan hər kəsi mənəvi vəhdətə dəvət edir. İslam dəyərlərinin ümumbəşəriliyinin dünya miqyasında təbliğ edilməsində xüsusi əmək göstərən cənab Prezident bu yöndə müdrik qərarlar verir", - o əlavə edib.QMİ sədri deyib ki, İslam sülh və əmin-amanlıq dinidir: "İslamdan təxribat kimi istifadə etmək yolverilməzdir. Milli-dini qarşıdurmalara yol açan çıxışlara qəti etirazımızı ifadə edir və dini dəyərləri məqsədyönlü şəkildə təhrif edənlərə qarşı mübarizə aparırıq".Allahşükür Paşazadə deyib ki, Avropa İttifaqı və müxtəlif beynəlxalq qurumlarda anti-humanist və irqçi hallar genişlənməkdədir.QMİ sədri deyib ki, ölkəmiz bütün mötəbər beynəlxalq tribunalardan İslamofobiya ilə yanaşı xristianofobiya, anti-semitizm hallarına qarşı daima öz səsini ucaldan, nifrət çağırışlarına etiraz edən, dini zəmində ayrı-seçkilik hallarını qətiyyətlə pisləyən mövqe nümayiş etdirir.O, dini mərkəz olaraq, Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq müstəvisində bütün beynəlxalq forum və platformalarda bu mövqeni fəal müdafiə etdiyini vurğulayıb:"Təəssüf ki, bəşəriyyətə təhdid olan amillərin reallaşması və böhranların dərinləşməsi beynəlxalq hüquq normalarına riayət olunmaması, insan hüquqlarının pozulması, ikili standartlar, qəbul edilən qərarların yerinə yetirilməməsi ilə əlaqədardır".Allahşükür Paşazadə çıxışının yekununda dünya ictimaiyyətinə çağırış edib:"Dünya ictimaiyyəti milli, irqi, dini zəmində dözümsüzlüyə yox deməlidir və bunu həyat tərzi kimi qəbul etməlidir. Bəşəri sivilizasiyaların toqquşdurulması astanasına sürükləyən İslamofobiya kimi ksenofob düşüncə və əməllər islah və inkar olunmalıdır".Bakıda islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq konfrans keçirilir.
https://sputnik.az/20240308/bakida-islamofobiya-ile-mubarizeye-hesr-olunan-beynelxalq-konfrans-kecirilir-463131688.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40612/00/406120057_76:0:1783:1280_1920x0_80_0_0_9011fb91acb01c1cf861f4b4eac29832.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şeyxülislam hacı allahşükür paşazadə, qmi, qmi, qafqaz müsəlmanları idarəsinin (qmi), qafqaz müsəlmanları idarəsinin (qmi), allahşükür paşazadə, allahşükür paşazadə, şeyxülislam allahşükür paşazadə
şeyxülislam hacı allahşükür paşazadə, qmi, qmi, qafqaz müsəlmanları idarəsinin (qmi), qafqaz müsəlmanları idarəsinin (qmi), allahşükür paşazadə, allahşükür paşazadə, şeyxülislam allahşükür paşazadə
Paşazadə: Müsəlmanların diskriminasiyaya məruz qalması Avropanın reallığıdır
13:39 08.03.2024 (Yenilənib: 13:40 08.03.2024) Bakıda islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq konfrans keçirilir.
BAKI, 8 mart - Sputnik. Multikultural birgəyaşayış təcrübəmiz dünyada model olaraq qəbul edilir.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda deyib.
"Azərbaycan hər kəsi mənəvi vəhdətə dəvət edir. İslam dəyərlərinin ümumbəşəriliyinin dünya miqyasında təbliğ edilməsində xüsusi əmək göstərən cənab Prezident bu yöndə müdrik qərarlar verir", - o əlavə edib.
QMİ sədri deyib ki, İslam sülh və əmin-amanlıq dinidir: "İslamdan təxribat kimi istifadə etmək yolverilməzdir. Milli-dini qarşıdurmalara yol açan çıxışlara qəti etirazımızı ifadə edir və dini dəyərləri məqsədyönlü şəkildə təhrif edənlərə qarşı mübarizə aparırıq".
Allahşükür Paşazadə deyib ki, Avropa İttifaqı və müxtəlif beynəlxalq qurumlarda anti-humanist və irqçi hallar genişlənməkdədir.
QMİ sədri deyib ki, ölkəmiz bütün mötəbər beynəlxalq tribunalardan İslamofobiya ilə yanaşı xristianofobiya, anti-semitizm hallarına qarşı daima öz səsini ucaldan, nifrət çağırışlarına etiraz edən, dini zəmində ayrı-seçkilik hallarını qətiyyətlə pisləyən mövqe nümayiş etdirir.
O, dini mərkəz olaraq, Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq müstəvisində bütün beynəlxalq forum və platformalarda bu mövqeni fəal müdafiə etdiyini vurğulayıb:
"Təəssüf ki, bəşəriyyətə təhdid olan amillərin reallaşması və böhranların dərinləşməsi beynəlxalq hüquq normalarına riayət olunmaması, insan hüquqlarının pozulması, ikili standartlar, qəbul edilən qərarların yerinə yetirilməməsi ilə əlaqədardır".
Allahşükür Paşazadə çıxışının yekununda dünya ictimaiyyətinə çağırış edib:
"Dünya ictimaiyyəti milli, irqi, dini zəmində dözümsüzlüyə yox deməlidir və bunu həyat tərzi kimi qəbul etməlidir. Bəşəri sivilizasiyaların toqquşdurulması astanasına sürükləyən İslamofobiya kimi ksenofob düşüncə və əməllər islah və inkar olunmalıdır".
Bakıda islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq konfrans keçirilir.