DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlk uçan taksi Hindistanda 8 aydan sonra istifadəyə veriləcək

© AFP 2024 / Giuseppe CacaceUçan taksi
Uçan taksi - Sputnik Azərbaycan, 1920, 08.03.2024
Abunə olmaq
Şirkətin təsisçisinin sözlərinə görə, hava taksi xidmətlərinin qiyməti Uber kimi ənənəvi taksi xidmətlərindən cəmi iki dəfə baha olacaq.
BAKI, 8 mart - Sputnik. ePlane şirkətinin qurucusu Satya Çakravarti News18 nəşrinə bildirib ki, Hindistanın ilk hava taksisi e200 7-8 ay ərzində debüt uçuşunu həyata keçirəcək və bununla da təkcə Hindistanda deyil, bütün dünyada şəhər mobilliyinin yeni dövrünü açacaq.
Hindistanın hava taksi layihəsi Hindistanın mürəkkəb şəhər landşaftında hərəkət edə bilən kompakt və səmərəli hava taksi formasını yaratmaq üçün əhəmiyyətli texniki və logistik problemləri aradan qaldırmağa çalışırdı.
"Biz hava taksisini çox yığcam etməli olduq ki, o, qapalı məkanlarda yerə enə bilsin və tıxaclı Hindistan hava məkanında uça bilsin. Biz batareyanı doldurmazdan əvvəl bir neçə dəfə qısa məsafələri qət etmək istəyirik" - Çakravarti bildirib.
Onun sözlərinə görtə, çətinliklərə baxmayaraq, ePlane e50 prototipinin uğurlu sınaq uçuşları da daxil olmaqla hava taksilərinin inkişafında əhəmiyyətli irəliləyiş əldə edib.
e200-ün təhlükəsizlik xüsusiyyətlərinin təfərrüatlarını açıqlayan Çakravarti, fövqəladə hallar zamanı yumşaq enişi təmin etmək üçün paraşütlər və şişmə qurğular da daxil olmaqla, müxtəlif ssenarilərdə sərnişinləri qorumaq məqsədi daşıyan xilasetmə sistemlərinin çoxsaylı təbəqələrdən ibarət olduğunu vurğulayıb. Bundan əlavə, hava taksisi əlverişsiz şəraitdə belə yuxarı qalxmanı və dayanıqlığı qoruya bilir.
Şirkətin təsisçisinin sözlərinə görə, hava taksi xidmətlərinin qiyməti Uber kimi ənənəvi taksi xidmətlərindən cəmi iki dəfə baha olacaq.
Layihənin Hindistandan kənarda genişlənməsinə gəlincə, ePlane rəhbəri e200 texnologiyasının doğuracağı qlobal rezonansı proqnozlaşdıraraq, beynəlxalq bazarlarda rəqabət üstünlüyü kimi onun əlverişli qiymətini və istifadəsinin asanlığını qeyd edib.
Hava taksisinin hazırlanmasında eyni zamanda Airbus, Intel, Lilium Aviation, Uber, Google startapları - Zee.Aero və Kitty Hawk, həmçinin Rusiyanın Skolkovo texnoparkının rezidenti - Bartini startapı iştirak edib.
Xəbər lenti
0