DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ küçələrində 600 mindən çox qeyri-leqal cinayətkar dolaşır

© AP Photo / Andres KudackiABŞ
ABŞ - Sputnik Azərbaycan, 1920, 08.03.2024
Abunə olmaq
Ölkədəki vəziyyəti təsvir edən ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson onu "böhran", "fəlakət" və "tənəzzül" sözləri ilə xarakterizə edib.
BAKI, 8 mart — Sputnik. ABŞ şəhərlərinin küçələrində Amerika vətəndaşlarına qarşı hücumlar edən 600 mindən çox qeyri-leqal cinayətkar var.
"RİA Novosti" xəbər verib ki, bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson məlumat verib.
Ölkədəki vəziyyəti təsvir edən Conson onu "böhran", "fəlakət" və "tənəzzül" sözləri ilə xarakterizə edib.
Onun sözlərinə görə, Co Bayden administrasiyası dövründə Amerika ərazisinə qanunsuz daxil olan miqrantların sayı 15 milyon nəfərə çata bilər.
Bundan əvvəl ABŞ-ın keçmiş lideri Donald Tramp Baydenin prezidentlik müddətinin sonuna qədər ölkədə 20 milyondan çox qeyri-qanuni miqrantın olacağını bildirmişdi.
Xəbər lenti
0