https://sputnik.az/20240307/telebelerin-diqqetine-ali-mekteblere-berpa-ve-xaric-olunma-qaydalari-deyisdi-463106896.html
Tələbələrin diqqətinə: Ali məktəblərə bərpa və xaric olunma qaydaları dəyişdi
Tələbələrin diqqətinə: Ali məktəblərə bərpa və xaric olunma qaydaları dəyişdi
Sputnik Azərbaycan
Elm və Təhsil Nazirliyinin kollegiyasının qərarına görə, təhsil müəssisəsinə bərpa olunma yay və qış tətili dövründə həyata keçiriləcək. 07.03.2024, Sputnik Azərbaycan
2024-03-07T14:08+0400
2024-03-07T14:08+0400
2024-03-07T14:08+0400
məktəb
təhsil
"təhsil haqqında" qanun
ali təhsil
ali təhsil müəssisələri
https://cdnn1.img.sputnik.az/img/42252/82/422528235_0:159:3076:1889_1920x0_80_0_0_104ac8d331bf5fe35acb7ffed7059840.jpg
BAKI, 7 mart — Sputnik. Azərbaycanda ali təhsil müəssisəsinə bərpa olunma qaydaları dəyişib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Yeni qaydalarda qeyd olunub ki, ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər. Bu zaman payız semestrində təhsil müəssisəsindən xaric olunan şəxslər növbəti payız semestrində (semestrlərində), yaz semestrində xaric olunan şəxslər isə yalnız növbəti yaz semestrində (semestrlərində) təhsil müəssisəsinə bərpa olunacaqlar. Təhsil müəssisəsi (xüsusi təyinatlı ali təhsil müəssisəsi istisna olmaqla) yenidən təşkil edildiyi və ya ləğv olunduğu halda, sabiq tələbə təhsil aldığı ali təhsil müəssisəsinin hüquqi varisi olan və ya Nazirliyin müəyyən etdiyi ali təhsil müəssisəsinə bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bərpa oluna biləcək. Təhsil müəssisəsinə bərpa olunma yay və qış tətili dövründə həyata keçiriləcək Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ixtisas və təhsilalma forması üzrə kadr hazırlığı aparılmırsa, o, təhsil müəssisəsinə digər ixtisas və təhsilalma forması üzrə bərpa oluna bilər. Bu zaman tələbənin əvvəl təhsil aldığı və bərpa olunduğu ixtisaslar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları" ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Magistratura səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisaslaşması və təhsilalma forması üzrə kadr hazırlığı aparılmırsa, o, öz təhsil müəssisəsinə ixtisası daxilində digər ixtisaslaşma və təhsilalma forması üzrə bərpa oluna bilər. Magistratura səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ali təhsil müəssisəsində ixtisası üzrə kadr hazırlığı aparılmırsa, şəxs öz ixtisası, ixtisaslaşması və təhsilalma forması üzrə digər təhsil müəssisəsinə bu Qaydaların 2.12-ci bəndinin tələbləri nəzərə alınmaqla bərpa oluna bilər. Bərpa olunmaq istəyən şəxsin əvvəl təhsil aldığı ixtisas, ixtisaslaşma və təhsilalma forması üzrə heç bir təhsil müəssisəsində kadr hazırlığı aparılmırsa (ixtisas ləğv olunduğu halda), o, uyğun ixtisas və ixtisaslaşma üzrə (ixtisas və ixtisaslaşmaların uyğunluğu Nazirlik tərəfindən müəyyən olunur, bu zaman şəxsin əvvəl təhsil aldığı və bərpa olduğu ixtisasların eyni ixtisaslar qrupuna daxil olması nəzərə alınır) öz təhsil müəssisəsinə (təhsil müəssisəsi ləğv edildiyi halda digər təhsil müəssisəsinə) bərpa oluna bilər. Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş "Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları"na uyğun olaraq ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrlar təhsil müəssisəsindən xaric olunduqda yalnız qəbul olunduğu ixtisas və təhsilalma forması (qəbul olunduqları ixtisas və təhsilalma formasında kadr hazırlığı aparılmadığı halda həmin təhsil müəssisəsində digər ixtisas və təhsilalma forması) üzrə bərpa oluna bilərlər. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 26.5-ci maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələr təhsil müəssisəsindən xaric olunduqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası"nın 2-ci hissəsində göstərilən ixtisaslardan kənar ixtisasa bərpa üçün müraciət edə bilməzlər. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 26.5-3-cü maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələr təhsil müəssisəsindən xaric olunduqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş "Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri"nin 6-cı hissəsi nəzərə alınmaqla bərpa oluna bilərlər. Təhsil müəssisəsinə bərpa barədə vətəndaşların müraciətlərinə bu Qaydaların 2.7-2.12-ci bəndlərinin tələbləri nəzərə alınmaqla baxılır. Xüsusi təyinatlı ali təhsil müəssisələrindən səhhətinə görə xaric olunan şəxslər uyğun ixtisaslar üzrə Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bu Qaydaların 4.3-cü, 4.4-cü və 4.9-cu bəndlərinə uyğun olaraq bərpa oluna bilərlər. Digər səbəblərdən xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunmuş şəxslərin mülki ali təhsil müəssisələrinə bərpası bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bu Qaydaların 4.3-4.9-cu bəndlərinə uyğun olaraq aparılır. Xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunan şəxslər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin tələbələri üçün müəyyən edilmiş qəbul şərtlərinə cavab verdikləri halda, əvvəl təhsil aldıqları, yaxud digər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Belə hallarda xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa həmin təhsil müəssisələrinin tabe olduqları qurumların razılığı ilə, bu Qaydaların 4.1-ci bəndinin ikinci cümləsində və 4.3-4.9-cu bəndlərində göstərilən qaydada, lakin ən çoxu müvafiq ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) il ərzində (müddətli həqiqi hərbi xidmət dövrü nəzərə alınmamaqla) həyata keçirlir. Bu zaman xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunaraq müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu saxlayan sabiq kursantlar həmin möhlət hüququnun qüvvədə olduğu müddətdə, müddətli həqiqi hərbi xidmətə göndərilən sabiq kursantlar müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra, hərbi və xüsusi rütbəli şəxslərlə komplektləşdirilən dəyişən heyətin sırasından xaric edilmiş digər şəxslər isə xidməti fəaliyyətlərini davam etdirdikləri müddətdə (qanunla müvafiq heyətlər üçün müəyyən edilmiş xidmətkeçmənin yaş hədləri daxilində) xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa olunurlar. Bərpa olunmuş tələbənin şəxsi işi bərpa edilir. Bu şəxsi işə bərpa olunma haqqında əmrdən çıxarış, ölkə daxilində digər ali təhsil müəssisəsindən xaric edilmiş tələbələrin şəxsi işinə isə "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir. Tələbələr təhsil müəssisəsindən hansı hallarda xaric oluna bilər? Həmçinin tələbələrin təhsil müəssisəsindən xaric olunma qaydası təsdiqlənib. Bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyasının Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qərarında bildirilib. Tələbələr aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir: öz arzusu ilə; ali təhsil müəssisəsini dəyişdikdə; ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda) və ya dəfələrlə pozduqda; səhhətinə görə (həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışına (və ya qərarına) əsasən); növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda; əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) və ya həmin icazənin ləğv edildiyi halda; əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının təhsil müəssisəsinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazənin verildiyini təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etmədikdə; yekun dövlət attestasiyasından keçmədikdə (təqvim ilinin sonuna qədər yekun dövlət attestasiyasında iştirak etmədikdə). "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ali təhsil müəssisəsindən xaric edilmiş Azərbaycan Respublikasının vətəndaşı (qanunla müəyyən edilmiş hallarda hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilərək müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilənlər istisna olmaqla) 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Möhlət hüququnu itirmiş şəxslər barədə rəsmi məlumat 7 (yeddi) gün müddətində ali təhsil müəssisəsi tərəfindən tələbələrin hərbi qeydiyyatda olduqları dövlət qurumuna verilir. Ali təhsil müəssisəsindən xaric edilmiş şəxsə "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və şəxsi işində saxlanılan təhsil haqqında dövlət sənədinin əsli (olduğu halda) verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində saxlanılır. Xüsusi təyinatlı ali təhsil müəssisəsinin tələbəsinin həmin müəssisədən xaric olunması həmin müəssisənin nizamnaməsində nəzərdə tutulan əsaslarla həyata keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42252/82/422528235_174:0:2903:2047_1920x0_80_0_0_b404379d788fd5b54626a831c632ca8d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb, "təhsil haqqında" qanun, ali təhsil, ali təhsil müəssisələri
məktəb, "təhsil haqqında" qanun, ali təhsil, ali təhsil müəssisələri
Tələbələrin diqqətinə: Ali məktəblərə bərpa və xaric olunma qaydaları dəyişdi
Elm və Təhsil Nazirliyinin kollegiyasının qərarına görə, təhsil müəssisəsinə bərpa olunma yay və qış tətili dövründə həyata keçiriləcək.
BAKI, 7 mart — Sputnik. Azərbaycanda ali təhsil müəssisəsinə bərpa olunma qaydaları dəyişib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.
Yeni qaydalarda qeyd olunub ki, ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər. Bu zaman payız semestrində təhsil müəssisəsindən xaric olunan şəxslər növbəti payız semestrində (semestrlərində), yaz semestrində xaric olunan şəxslər isə yalnız növbəti yaz semestrində (semestrlərində) təhsil müəssisəsinə bərpa olunacaqlar.
Təhsil müəssisəsi (xüsusi təyinatlı ali təhsil müəssisəsi istisna olmaqla) yenidən təşkil edildiyi və ya ləğv olunduğu halda, sabiq tələbə təhsil aldığı ali təhsil müəssisəsinin hüquqi varisi olan və ya Nazirliyin müəyyən etdiyi ali təhsil müəssisəsinə bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bərpa oluna biləcək.
Təhsil müəssisəsinə bərpa olunma yay və qış tətili dövründə həyata keçiriləcək
Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ixtisas və təhsilalma forması üzrə kadr hazırlığı aparılmırsa, o, təhsil müəssisəsinə digər ixtisas və təhsilalma forması üzrə bərpa oluna bilər. Bu zaman tələbənin əvvəl təhsil aldığı və bərpa olunduğu ixtisaslar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları" ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.
Magistratura səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisaslaşması və təhsilalma forması üzrə kadr hazırlığı aparılmırsa, o, öz təhsil müəssisəsinə ixtisası daxilində digər ixtisaslaşma və təhsilalma forması üzrə bərpa oluna bilər. Magistratura səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ali təhsil müəssisəsində ixtisası üzrə kadr hazırlığı aparılmırsa, şəxs öz ixtisası, ixtisaslaşması və təhsilalma forması üzrə digər təhsil müəssisəsinə bu Qaydaların 2.12-ci bəndinin tələbləri nəzərə alınmaqla bərpa oluna bilər. Bərpa olunmaq istəyən şəxsin əvvəl təhsil aldığı ixtisas, ixtisaslaşma və təhsilalma forması üzrə heç bir təhsil müəssisəsində kadr hazırlığı aparılmırsa (ixtisas ləğv olunduğu halda), o, uyğun ixtisas və ixtisaslaşma üzrə (ixtisas və ixtisaslaşmaların uyğunluğu Nazirlik tərəfindən müəyyən olunur, bu zaman şəxsin əvvəl təhsil aldığı və bərpa olduğu ixtisasların eyni ixtisaslar qrupuna daxil olması nəzərə alınır) öz təhsil müəssisəsinə (təhsil müəssisəsi ləğv edildiyi halda digər təhsil müəssisəsinə) bərpa oluna bilər.
Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş "Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları"na uyğun olaraq ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrlar təhsil müəssisəsindən xaric olunduqda yalnız qəbul olunduğu ixtisas və təhsilalma forması (qəbul olunduqları ixtisas və təhsilalma formasında kadr hazırlığı aparılmadığı halda həmin təhsil müəssisəsində digər ixtisas və təhsilalma forması) üzrə bərpa oluna bilərlər.
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 26.5-ci maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələr təhsil müəssisəsindən xaric olunduqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası"nın 2-ci hissəsində göstərilən ixtisaslardan kənar ixtisasa bərpa üçün müraciət edə bilməzlər.
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 26.5-3-cü maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələr təhsil müəssisəsindən xaric olunduqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş "Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri"nin 6-cı hissəsi nəzərə alınmaqla bərpa oluna bilərlər.
Təhsil müəssisəsinə bərpa barədə vətəndaşların müraciətlərinə bu Qaydaların 2.7-2.12-ci bəndlərinin tələbləri nəzərə alınmaqla baxılır.
Xüsusi təyinatlı ali təhsil müəssisələrindən səhhətinə görə xaric olunan şəxslər uyğun ixtisaslar üzrə Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bu Qaydaların 4.3-cü, 4.4-cü və 4.9-cu bəndlərinə uyğun olaraq bərpa oluna bilərlər. Digər səbəblərdən xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunmuş şəxslərin mülki ali təhsil müəssisələrinə bərpası bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bu Qaydaların 4.3-4.9-cu bəndlərinə uyğun olaraq aparılır.
Xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunan şəxslər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin tələbələri üçün müəyyən edilmiş qəbul şərtlərinə cavab verdikləri halda, əvvəl təhsil aldıqları, yaxud digər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Belə hallarda xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa həmin təhsil müəssisələrinin tabe olduqları qurumların razılığı ilə, bu Qaydaların 4.1-ci bəndinin ikinci cümləsində və 4.3-4.9-cu bəndlərində göstərilən qaydada, lakin ən çoxu müvafiq ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) il ərzində (müddətli həqiqi hərbi xidmət dövrü nəzərə alınmamaqla) həyata keçirlir. Bu zaman xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunaraq müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu saxlayan sabiq kursantlar həmin möhlət hüququnun qüvvədə olduğu müddətdə, müddətli həqiqi hərbi xidmətə göndərilən sabiq kursantlar müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra, hərbi və xüsusi rütbəli şəxslərlə komplektləşdirilən dəyişən heyətin sırasından xaric edilmiş digər şəxslər isə xidməti fəaliyyətlərini davam etdirdikləri müddətdə (qanunla müvafiq heyətlər üçün müəyyən edilmiş xidmətkeçmənin yaş hədləri daxilində) xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa olunurlar.
Bərpa olunmuş tələbənin şəxsi işi bərpa edilir. Bu şəxsi işə bərpa olunma haqqında əmrdən çıxarış, ölkə daxilində digər ali təhsil müəssisəsindən xaric edilmiş tələbələrin şəxsi işinə isə "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir.
Tələbələr təhsil müəssisəsindən hansı hallarda xaric oluna bilər?
Həmçinin tələbələrin təhsil müəssisəsindən xaric olunma qaydası təsdiqlənib. Bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyasının Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qərarında bildirilib.
Tələbələr aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir:
öz arzusu ilə; ali təhsil müəssisəsini dəyişdikdə; ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda) və ya dəfələrlə pozduqda; səhhətinə görə (həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışına (və ya qərarına) əsasən); növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda; əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) və ya həmin icazənin ləğv edildiyi halda; əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının təhsil müəssisəsinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazənin verildiyini təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etmədikdə; yekun dövlət attestasiyasından keçmədikdə (təqvim ilinin sonuna qədər yekun dövlət attestasiyasında iştirak etmədikdə).
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ali təhsil müəssisəsindən xaric edilmiş Azərbaycan Respublikasının vətəndaşı (qanunla müəyyən edilmiş hallarda hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilərək müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilənlər istisna olmaqla) 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Möhlət hüququnu itirmiş şəxslər barədə rəsmi məlumat 7 (yeddi) gün müddətində ali təhsil müəssisəsi tərəfindən tələbələrin hərbi qeydiyyatda olduqları dövlət qurumuna verilir.
Ali təhsil müəssisəsindən xaric edilmiş şəxsə "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və şəxsi işində saxlanılan təhsil haqqında dövlət sənədinin əsli (olduğu halda) verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində saxlanılır.
Xüsusi təyinatlı ali təhsil müəssisəsinin tələbəsinin həmin müəssisədən xaric olunması həmin müəssisənin nizamnaməsində nəzərdə tutulan əsaslarla həyata keçirilir.