Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazirlər görüşdü: Rusiya və Azərbaycan tərəfdaşlığı gücləndirir - Video

© Photo : Ministry of Economy Mikayıl Cabbarovla Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov
 Mikayıl Cabbarovla Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov - Sputnik Azərbaycan, 1920, 07.03.2024
Abunə olmaq
Mikayıl Cabbarov Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla keçirdiyi görüşdə iqtisadi sahədə birgə fəaliyyətin gündəmində olan məsələləri müzakirə edib.
BAKI, 7 mart — Sputnik. Azərbaycan və Rusiya nəqliyyat və infrastruktur layihələri çərçivəsində tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla keçirdiyi görüşdə iqtisadi sahədə birgə fəaliyyətin gündəmində olan məsələləri müzakirə edilib.
Bu mələlər arasında iki ölkə arasında ikitərəfli ticarətin dəstəklənməsi və iş adamları arasında əlaqələrin genişləndirilməsi, nəqliyyat və infrastruktur layihələri çərçivəsində tərəfdaşlığın gücləndirilməsi, həmçinin əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsi mövcuddur.
***
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov martın 7-də Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə Rusiya İqtisadiyyat Nazirliyi məlumat verib.
Qeyd edək ki, səfər çərçivəsində Reşetnikov Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşüb. Səfər çərçivəsində rusiyalı nazirin azərbaycanlı həmkarı iqtisadiyyat naziri Mikayıl Cabbarov görüşü gözlənilir.
© Sputnik / Murad OrudjevRusiyanın iqtisadi inkişaf naziri Azərbaycana gəlib
Министр экономического развития России Максим Решетников с Фуадом Нагиевым - Sputnik Azərbaycan, 1920, 07.03.2024
Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana gəlib
Rusiyalı nazir həmçinin Rusiya və Azərbaycan sahibkarları ilə görüş keçirəcək, Rusiya müəssisəsinə baş çəkəcək.
Səfər çərçivəsində rusiyalı nazir həmçinin Rusiya və Azərbaycan sahibkarları ilə görüş keçirəcək, Rusiya müəssisəsinə baş çəkəcək.
Tərəflər Rusiya və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də birgə layihələrin təşviqi perspektivlərini nəzərdən keçirəcəklər.
Səfərdən sonra mətbuata açıqlamalar nəzərdə tutulub.
Xəbər lenti
0