https://sputnik.az/20240307/region-gucler-arasinda-munaqise-meydanina-cevrilmemelidir---rza-astiani-463108509.html
Region güclər arasında münaqişə meydanına çevrilməməlidir - Rza Aştiani
Region güclər arasında münaqişə meydanına çevrilməməlidir - Rza Aştiani
Sputnik Azərbaycan
İranın müdafiə naziri bildirib ki, bütün qonşularla münasibətlərin möhkəmləndirilməsi İslam Respublikasının xarici siyasətinin tərkib hissəsidir, lakin... 07.03.2024, Sputnik Azərbaycan
2024-03-07T21:40+0400
2024-03-07T21:40+0400
2024-03-07T21:40+0400
iranın xarici işlər naziri məhəmməd cavad zərif
dünya xəbərləri
ermənistan
iran
https://cdnn1.img.sputnik.az/img/07e7/04/04/453361262_0:0:1201:676_1920x0_80_0_0_fbae9856d56a84d72929305db8fc63f3.jpg
BAKI, 7 mart — Sputnik. İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani Tehranda erməni həmkarı ilə görüşdə təhlükəsizlik axtarışlarının regiondan kənarda aparılmasının əks nəticə verəcəyini bildirib. Bu barədə Sputnik Ermənistan məlumat yayıb. Generalın fikrincə, təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda region bütün nəticə və təhdidlərlə fövqəldövlətlər arasında münaqişə meydanına çevriləcək. "Biz regionun xaricilər üçün rəqabət meydanına çevrilməsinə imkan verməməliyik ki, bu da bütün region ölkələrinin təhlükəsizliyinə və sabitliyinə təsir edəcək", nazir əlavə edib. O, həmçinin vurğulayıb ki, bütün qonşularla münasibətlərin möhkəmləndirilməsi İslam Respublikasının xarici siyasətinin tərkib hissəsidir, lakin Ermənistan xüsusi əhəmiyyət kəsb edir: "Ermənistan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə inkişaf edir.İranın region ölkələrinin ərazi bütövlüyü və suverenliyini dəstəkləməklə bağlı qətiyyətli mövqeyə sahibdir". Ermənistanın müdafiə naziri Suren Papikyan da öz növbəsində ölkəsinin İranla tarixi əlaqələrini və dostluğunu yüksək qiymətləndirib və İrəvanın ikitərəfli münasibətləri daha da inkişaf etdirməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkənin regional sabitliklə bağlı oxşar fikirlərinin olması çox vacibdir və regional təhlükəsizliyə nail olmaq üçün daha sıx münasibətlərə çalışmaq lazımdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/04/453361262_0:0:1067:800_1920x0_80_0_0_4f54a4ef5cc9f1f891b37f4059dd70d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iranın xarici işlər naziri məhəmməd cavad zərif, ermənistan, iran
iranın xarici işlər naziri məhəmməd cavad zərif, ermənistan, iran
Region güclər arasında münaqişə meydanına çevrilməməlidir - Rza Aştiani
İranın müdafiə naziri bildirib ki, bütün qonşularla münasibətlərin möhkəmləndirilməsi İslam Respublikasının xarici siyasətinin tərkib hissəsidir, lakin Ermənistan xüsusi əhəmiyyət kəsb edir.
BAKI, 7 mart — Sputnik. İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani Tehranda erməni həmkarı ilə görüşdə təhlükəsizlik axtarışlarının regiondan kənarda aparılmasının əks nəticə verəcəyini bildirib. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Generalın fikrincə, təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda region bütün nəticə və təhdidlərlə fövqəldövlətlər arasında münaqişə meydanına çevriləcək.
"Biz regionun xaricilər üçün rəqabət meydanına çevrilməsinə imkan verməməliyik ki, bu da bütün region ölkələrinin təhlükəsizliyinə və sabitliyinə təsir edəcək", nazir əlavə edib.
O, həmçinin vurğulayıb ki, bütün qonşularla münasibətlərin möhkəmləndirilməsi İslam Respublikasının xarici siyasətinin tərkib hissəsidir, lakin Ermənistan xüsusi əhəmiyyət kəsb edir:
"Ermənistan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə inkişaf edir.İranın region ölkələrinin ərazi bütövlüyü və suverenliyini dəstəkləməklə bağlı qətiyyətli mövqeyə sahibdir".
Ermənistanın müdafiə naziri Suren Papikyan da öz növbəsində ölkəsinin İranla tarixi əlaqələrini və dostluğunu yüksək qiymətləndirib və İrəvanın ikitərəfli münasibətləri daha da inkişaf etdirməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkənin regional sabitliklə bağlı oxşar fikirlərinin olması çox vacibdir və regional təhlükəsizliyə nail olmaq üçün daha sıx münasibətlərə çalışmaq lazımdır.