CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Porsche" ilə törətdiyi qəza zamanı dostunu və qolunu itirən "Nikosayağı"ya hökm oxundu

© Photo : REPORTNikosayağı
Nikosayağı - Sputnik Azərbaycan, 1920, 07.03.2024
Abunə olmaq
Hökmə əsasən, Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
BAKI, 7 mart - Sputnik. "Nikosayağı" kimi tanınan bloger Nicat Şakirliyə hökm oxunub.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror Orxan Mehdiyev məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.
19.08.23, 19:19
“Nikosayağı”nın son vəziyyəti açıqlandı
"Bloqer Nicat Şakirlinin ümumi vəziyyəti stabil olaraq qalır".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) yol-nəqliyyat hadisəsində qolunu itirən bloqerin vəziyyəti ilə bağlı bildirilib.
"Reanimasiya şöbəsində müalicələri aparılan Nicat Şakirlinin vəziyyəti qənaətbəxş hesab edilir. Xəstənin lazımi müayinələrdən keçirilməsi və dinamik müşahidə davam etdirilir. Rutin müalicə prosesi aparılır", - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0