Xırdalanda sakinlərə hücum edən sahibsiz küçə itlərini hansı qurum yığışdırmalıdır? VİDEO
16:17 06.03.2024 (Yenilənib: 16:22 06.03.2024)
© AFP 2024 / VYACHESLAV OSELEDKOİtlər, arxiv
© AFP 2024 / VYACHESLAV OSELEDKO
Abunə olmaq
Abşeron Rayon İcra hakimiyyəti Sahibsiz Heyvanlara Qayğı Mərkəzi tikənə qədər sakinləri səbrli olmağa çağırır.
BAKI, 6 mart — Sputnik. "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi Xırdalan şəhərində sakinlərin küçə itlərinin hücumuna məruz qalması ilə bağlı açıqlama verib. Mərkəzdən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, sözügedən ərazi Abşeron rayonu sayıldığından, Mərkəzin fəaliyyət dairəsinə düşmür.
@sputnik.azerbaycan ‼️Xırdalan, Mehdi Hüseynzadə küçəsində sakinlər itlərə görə mağazadan çıxa bilmirlər. #xirdalan #xırdalan #azerbaycan #xeber #baki #azərbaycan #kəşfet ♬ оригинальный звук - Sputnik Azərbaycan
Abşeron Rayon İcra hakimiyyətindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, sahibsiz heyvanlara qarşı kobud və qanunsuz hərkətlərin, o cümlədən digər hər hansı radikal addımın atılmasının mümkünsüzlüyünü nəzərə alaraq Rayon İcra Hakimiyyəti tərəfindən, mütəxəssislərin də rəyi nəzərə alınmaqla, Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb.
Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub.
© SputnikAbşeronda tikiləcək Sahibsiz Heyvanlara Qayğı Mərkəzi (layihə)
Abşeronda tikiləcək Sahibsiz Heyvanlara Qayğı Mərkəzi (layihə)
© Sputnik
"Tərəfimizdən layihənin smeta xərcləri işlənilib hazırlanıb, bu layihənin tikintisi üçün də maliyyə vəsaiti ayrılıb. Hətta xidməti personal belə təyin edilib. Bütün bu işlərə paralel olaraq Mərkəzin spesifik xüsusiyyətləri nəzərə alınmaqla tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyəti qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Sənədləşmə işləri artıq son mərhələdədir. Bu işlər başa çatdıqdan sonra mərkəzin tikintisinə başlanılacaq" - cavabda bildirilib.
© SputnikAbşeronda tikiləcək Sahibsiz Heyvanlara Qayğı Mərkəzi (layihə)
Abşeronda tikiləcək Sahibsiz Heyvanlara Qayğı Mərkəzi (layihə)
© Sputnik
Qeyd edək ki, Xırdalan, Mehdi Hüseynzadə küçəsində sakinlər sahibsiz küçə itlərinin onlara hücum etməsindən şikayətlənir. Sakin Jalə İsmayıl Sputnik Azərbaycan-a bildirib ki, onlar küçə itlərinin qorxusundan mağazaya gedə bilmirlər.
Onun sözlərinə görə, ərazidə 3 saylı ümumtəhsil müəssisəsi və kollec də var. Valideynlər itlərə görə uşaqlarını tək məktəbə göndərə bilmirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.