Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Universitetlər Bakıdan köçürüləcək?

Tələbə - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Abunə olmaq
Qeyd olunub ki,"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilib. Strategiyada universitetlərin köçürülməsi ilə bağlı tədbirlər nəzərdə tutulmayıb.
BAKI, 6 mart — Sputnik. Azərbaycanda universitetlərin bir bölgədən digərinə köçürülməsi real deyil. Bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Sənəddə bildirilib ki, hər hansı ali təhsil müəssisəsinin bir bölgədən digərinə köçürülməsi üçün yeni bölgədə müvafiq maddi-texniki baza və infrastruktur yaradılmalıdır ki, bu işlər çox böyük maliyyə vəsaiti tələb edir.
Eyni zamanda qeyd olunub ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilib. Strategiyanın Tədbirlər Planında universitetlərin köçürülməsi ilə bağlı tədbirlər nəzərdə tutulmayıb. Odur ki, yaxın gələcəkdə Kürdəmir şəhərinə hər hansı ali təhsil müəssisəsinin köçürülməsi real deyil.
Xatırladaq ki, Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov universitetlərin paytaxtdan köçürülməsi yerinə daha fərqli həll yolları təklif edib:

"Azərbaycanda universitetlərin regionlara köçürülməsi tez-tez müzakirə olunur. Çoxları elə düşünür ki, universitetlərin regionlara aparılması daha yaxşı olacaq. Bu yanaşma kökündən yanlışdır. Universitet həm də şəhərin mədəni mühitini formalaşdırır. Bu məsələnin müzakirəsini ümumiyyətlə gündəlikdən çıxarılmalıdır. Bakıda tıxacların, sıxlığın səbəbi həm də nəqliyyatın idarə olunması ilə bağlıdır. Belə dırnaqarası parlaq ideyalar verməkdənsə, regionlarda yeni iş yerlərinin, zavodların fabriklərin açılması istiqamətində düşünmək lazımdır".

"Paytaxtda axının qarşısını ancaq bu qaydada almaq olar. Mən bu mövzuda çıxış yolunu regionlardakı universitetlərə qəbulu daha çox artırmaqda görürəm. Digər tərəfdən, lazımsız ixtisasların açılmasına, yersiz tələbə artımına son qoymaq lazımdır" - o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0