CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 6 mart – FOTO

© Sputnik / Elnur Salayev6 mart
6 mart - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - bu barədə Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 6 mart — Sputnik. Martın 6-da bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən bəzi hadisələr baş verib.
Martın 6-da kimlər dünyaya gəlib?
Rüstəm Rəhimov (1948) - Sovet futbolçusu, ümumittifaq kateqoriyasının fəxri hakimi, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimidir. O, Bakıda anadan olub. Rəhimov futbol karyerasına Bakının "Neftçi" klubunda başlayıb. O, futbol karyerasını başa vurduqdan sonra hakim vəzifəsinə təyin olunub. Rüstəmin hakim kimi son oyunu 1994-cü ildə keçirilən Birlik Kubokunun finalı olub.
Nikolay Baybakov (1911-2008) - Sovet dövlət xadimi, SSRİ Nazirlər Şurası sədrinin müavini və SSRİ Dövlət Plan Komitəsinin sədridir (1965-1985).
© Sputnik / Владимир АкимовNikolay Baybakov
Nikolay Baybakov - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Nikolay Baybakov
Mikelancelo Buonarroti (1475-1564) - italyan heykəltəraşı, rəssam, memar və şairdir. O, memarlıqda "Barokkonun atası" hesab olunur. Onun ən məşhur heykəltəraşlıq əsərləri arasında "David", "Pyeta", Papa II Yulinin məzarı üçün Musa və Rahil heykəlləri var.
© AFP 2023 / STEPHANE DE SAKUTINZiyarətçi muzeydə Mikelancelo Merisi de Karavacconun əsərinə baxır, arxiv şəkli
Ziyarətçi muzeydə Mikelancelo Merisi de Karavacconun əsərinə baxır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Ziyarətçi muzeydə Mikelancelo Merisi de Karavacconun əsərinə baxır, arxiv şəkli
Qabriel Qarsiya Markes (1927-2014) - kolumbiyalı yazıçı-nasir, jurnalist və siyasi xadimdir. O, Neyştadt Beynəlxalq Ədəbiyyat Mükafatı və Ədəbiyyat üzrə "Nobel" mükafatı laureatıdır.
© AFP 2023 / HASSE PERSSONQabriel Qarsiya Markes
Qabriel Qarsiya Markes - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Qabriel Qarsiya Markes
Mixail Jvanetski (1934-2020) - Sovet və Rusiya satirik yazıçısı, kinossenari müəllifi, teleaparıcı, aktyor və RF xalq artistidir. O, 1988-2020-ci illərdə Moskva Miniatürlər Teatrının bədii rəhbəri, 1990-2020-ci illərdə Ümumdünya Odessa Vətəndaşları Klubunun prezidenti olub.
© Sputnik / Anton Denisov / Mediabanka keçidMixail Jvanetski
Писатель-сатирик Михаил Жванецкий, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Mixail Jvanetski
Valentina Tereşkova (1937) - Sovet kosmonavtı, dünyanın ilk qadın kosmonavtı, general-mayor və Rusiya Federasiyası Dövlət Dumasının deputatıdır.
© Sputnik / Vladimir Akimov / Mediabanka keçidValentina Tereşkova
Первая в мире женщина-космонавт Валентина Терешкова дает автограф - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Valentina Tereşkova
Svetlana Morqunova (1940) - SSRİ Mərkəzi Televiziyasının diktoru, televiziya və radio aparıcısı, Rusiya Federasiyasının xalq artistidir.
© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidSvetlana Morqunova
Svetlana Morqunova - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Svetlana Morqunova
Tatyana Bulanova (1969) - Sovet və Rusiya estrada müğənnisi, aktrisa, RF əməkdar artisti və iki dəfə "Ovatsiya" mükafatı laureatıdır.
© Sputnik / Михаил Воскресенский / Mediabanka keçidTatyana Bulanova
Tatyana Bulanova  - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Tatyana Bulanova
Şakil O'Nil (1972) amerikalı basketbolçu, şərhçi, basketbol teleeksperti, repçi və aktyordur. O, Olimpiya çempionu (1996), 1994-cü il Dünya çempionu, dördqat NBA çempionudur (2000-2002, 2006). Şakil 1996-cı ildə NBA tarixinin 50 ən yaxşı oyunçusu siyahısına daxil edilib və siyahının ən gənc oyunçusu olub. Basketbolçu idman karyerasını başa vurduqdan sonra TNT idman kanalında teleaparıcı və şərhçi kimi çalışır.
© AFP 2023 / Dimitrios KambourisŞakil O'Nil
Знаменитый «великан» баскетболист Шакил О’Нил - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Şakil O'Nil
Martın 6-da dünyada baş verən tarixi hadisələr
1521-ci ildə portuqaliyalı Fernan Magellan dünya səyahəti zamanı Quam adasını kəşf edib.
1790-cı ildə ABŞ-ın ilk Prezidenti Corc Vaşinqtonun şəxsi stomatoloqu Con Qrinvud stomatoloji boru icad edib.
1869-cu ildə rusiyalı alim Dmitri Mendeleyev Rusiya Kimya Cəmiyyətinə kimyəvi elementlərin dövri cədvəlini təqdim edib.
1899-cu ildə alman kimyaçısı Feliks Hoffmann aspirin üçün patent alıb. Alim ilk dəfə 1897-ci ilin avqustunda Elberfelddə (Almaniya) "Bayer" əczaçılıq şirkətinin laboratoriyasında kimyəvi cəhətdən təmiz asetilsalisil turşusunu sintez etməyə nail olub.
1902-ci ildə İspaniyanın Real Madrid klubu yaradılıb. FİFA tərəfindən XX əsrin ən yaxşı futbol komandası elan edilib və heç vaxt La Liqanı tərk etməyib. Klubun adı ilə olan tac loqosu 1920-ci ildə Kral XIII Alfonso tərəfindən verilib.
2000-ci ildə Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzalayıb. Fərman qadın və kişilərin hüquq bərabərliyinə, xüsusən də onların dövlət idarəetmə sistemində lazımi səviyyədə təmsil olunmasına yönəlmiş mühüm addımdır.
Xəbər lenti
0