Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Rusiya ilə Azərbaycan arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib

İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Abunə olmaq
Dünən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş keçirilib.
BAKI, 6 mart — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Bakı ilə Moskva arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qalxdığını bildirib. Bu barədə RİA Novosti xəbər yayıb.

“Biz onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətləri qoruyub saxlamışıq və qarşılıqlı fəaliyyət göstərdiyimiz ictimai-siyasi formasiyadan asılı olmayaraq, xalqlarımız arasında dostluq əlaqələri həmişə dövlətlərarası münasibətlərin əsasını təşkil edib. Dövlətlərarası münasibətlərin həm forma, həm də məzmun baxımından keyfiyyətcə yeni səviyyəyə qalxdığı bu gün, təbii ki, bu, ölkələrimizin ictimaiyyəti tərəfindən də dəstəklənir” - İ.Əliyev çərşənbə günü Rusiyanın baş naziri Mixail Mişustinlə görüşdə bildirib.

O, ötən il olduğu kimi, bu ilin də ikitərəfli əlaqələr çərçivəsində yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edib.
"Müttəfiq əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə güclənəcək. (Bu, həm də regional sabitlik və təhlükəsizlik üçün mühüm amildir" - Əliyev qeyd edib.
O, əməkdaşlığın möhkəmləndirilməsi çərçivəsində qarşıya qoyulan bütün vəzifələrin uğurla yerinə yetirildiyini, ticarət dövriyyəsinin artımının 17 faiz təşkil etdiyini və 4,5 milyard dollar səviyyəsinə yaxınlaşdığını qeyd edib.

“Təbii ki, bu, həddi deyil, əminəm ki, (Rusiya baş nazirinin Azərbaycana) səfəri zamanı əldə edilmiş razılaşmalar çərçivəsində gələn il və bu ilin sonunda biz daha böyük miqyasda iş görəcəyik” - dövlət başçısı bildirib.

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü
Встреча Президента Азербайджана Ильхама Алиева с председателем Правительства России - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü
Öz növbəsində, görüşün əvvəlində Mişustin Azərbaycan Prezidentini son seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
“Bu, Sizin rəhbərliyinizlə ölkənizdə əldə olunan bütün səylərə və nailiyyətlərə Azərbaycan xalqının verdiyi yüksək qiymətdir” - Mişustin deyib.
O qeyd edib ki, səfər zamanı ikitərəfli münasibətlərin geniş gündəliyi, o cümlədən sənaye, xüsusilə nəqliyyat maşınqayırması, kənd təsərrüfatı, əczaçılıq, eləcə də texnoloji innovasiya layihələrinin perspektiv sahələri müzakirə edilib.
“Onu da demək istərdim ki, keçid məntəqələrimizdə daşıma qabiliyyəti 5 dəfə artıb” - RF hökumət başçısı bildirib.
Baş nazir əlavə edib ki, logistika sahəsində layihələrin icrası davam edir.

“Siz (Şimal-Cənub dəhlizi haqqında) dediniz: doğrudan da, 30 milyon ton ciddi həcmdir, təbii ki, hələ çox işlər görülməlidir ki, hissələrdə dar boğazlar olmasın” - Mişustin bildirib.

Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü olub.
Qeyd edək ki, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin başçılıq etdiyi nümayəndə heyəti martın 6-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü
Встреча Президента Азербайджана Ильхама Алиева с председателем Правительства России - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.
Ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin martın 6-da Şəhidlər xiyabanını da ziyarət edib.
M.Mişustin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Xatırladaq ki, martın 5-də Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, hökumət başçıları əvvəlcə təkbətək formatda görüşüblər. Sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olub.
Görüşdə tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildirib, ikitərəfli əlaqələrin dinamik inkişafının iki ölkənin prezidentlərinin sıx təmaslarının və birgə səylərinin nəticəsi olduğunu qeyd ediblər.
Hökumət başçıları iqtisadi-ticari və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Dövlət başçılarının razılaşmalarına və tapşırıqlarına uyğun olaraq energetika, sənaye, nəqliyyat, aqrar və mədəni-humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü
Встреча Президента Азербайджана Ильхама Алиева с председателем Правительства России - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü
İqtisadi-ticari əməkdaşlığın ardıcıl inkişafının əhəmiyyətini vurğulayan tərəflər 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluqlarını ifadə ediblər. Həmçinin əmtəə dövriyyəsinin artım trendinə dəstək göstəriləcəyinə əminlik bildirilib.
Hökumət başçıları qarşılıqlı investisiya fəaliyyətinin genişləndiyini vurğulayıb, prioritet sərmayə layihələri üzrə əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı marağı təsdiqləyiblər.
Sənaye kooperasiyası, o cümlədən Azərbaycanda yük, kommersiya avtomobillərinin istehsalı və yığılması, əczaçılıq preparatlarının istehsalı üzrə birgə layihələrin uğurla həyata keçirilməsinin yüksək dinamikası vurğulanıb.
Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi qiymətləndirilib. Diqqətə çatdırılıb ki, 2023-cü ilin yekunlarına görə Azərbaycan ilə Rusiya arasında yükdaşımaların həcmi 11 faizdən çox artıb.
Tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini vurğulayıb, bu dəhlizin tam gücünə çatdırılması üzrə birgə səyləri alqışlayıblar. Bununla əlaqədar avtomobil və dəmir yolları infrastrukturunun təkmilləşdirilməsinin, dövlət sərhədindən keçid məntəqələrinin inkişafı üzrə aparılan sinxron işin əhəmiyyəti qeyd olunub.
Mədəni-humanitar əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər gələcəkdə də mədəniyyət, elm və gənclər arasında mübadilənin, həmçinin təhsil sahəsində qarşılıqlı fəaliyyətin inkişafının zəruriliyini bildiriblər.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü
Встреча Президента Азербайджана Ильхама Алиева с председателем Правительства России - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü
Tərəflər, həmçinin regionlararası qarşılıqlı fəaliyyətin genişləndirilməsini alqışlayıblar. Qeyd olunub ki, Stavropol diyarında 12-ci Azərbaycan-Rusiya regionlararası forumunun uğurla keçirilməsi bunun bariz nümunəsidir.
Əli Əsədov və Mixail Mişustin qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, Azərbaycan və Rusiya üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə fəal birgə iş aparılmasına hazır olduqlarını təsdiqləyiblər.
Görüşün yekunu olaraq turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0