DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran Astarada hərbi təlimlər keçirir

 Dena esmines - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Abunə olmaq
Təlimlər Astara dəniz limanı ərazisində İranın strateji donanmasının müdafiə qüvvələrinin maksimum hazırlığı üçün nəzərdə tutulub.
BAKI, 6 mart — Sputnik. İran Hərbi Dəniz Qüvvələri dünən, martın 5-də Astara bazası ərazisində hərbi təlimlər və dəniz hava hücumundan müdafiə təlimlərinə başlayıb. Bu barədə Sputnik İran xəbər verir.
Məlumata görə, bu təlimlər Astara dəniz limanı ərazisində İranın strateji donanmasının müdafiə qüvvələrini maksimum dərəcədə hazırlamaq üçün nəzərdə tutulub. Təlimlər zamanı şərti hədəflərə hücum edilib.
Astara şəhərinin siyasi, ictimai və təhlükəsizlik məsələləri üzrə müavini Seyid Həmid Musəvi Sputnik İran-a bildirib ki, Astara şəhərinin sakinləri partlayışların səbəbini bilmirlər və ola bilsinlər, narahat olublar. Partlayışlar silahlı qüvvələrin döyüş hazırlığının yoxlanılması məqsədilə keçirilən təlimlərə görədir.
Eyni zamanda, İran KİV-i İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İraninin Bəndər-Abbasda İran Hərbi Dəniz Qüvvələrinin generalları ilə görüşündə deyib ki, Tehranın donanma üçün hərbi texnika yaradılmasında heyrətamiz uğurlar əldə edib. Xatırladaq ki, ötən ay İran Hərbi Dəniz Qüvvələri Hindistanda keçirilən "Milan-2024" hərbi dəniz təlimlərində iştirak edib və orada İranın "Dena" esminesinin təqdimatı reallaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0