Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Komitə sədri: 2026-cı ildən müəllimlərin əməkhaqqı 1000 manatdan başlayacaq

© Photo : Baku city Education Departmentmüəllim
müəllim - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Abunə olmaq
Komitə sədri bildirib ki, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində sertifikasiya stimullaşdırıcı tədbirdir. Kim daha çox bal toplayırsa, onların əmək haqqına əlavələr olur.
BAKI, 6 mart — Sputnik. "Azərbaycanda 2026-cı ildən müəllimlərin əməkhaqqı 1000 manatdan başlayacaq". Bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində sertifikasiya stimullaşdırıcı tədbirdir:

"Kim daha çox bal toplayırsa, onların əmək haqqına əlavələr olur. Bu da müəllimlərimizin minimum əmək haqqının 2026-cı ildən təqribən 1000 manatdan yuxarı başlayacağına dəlalət edir. Bu gün 1500, 2500 və 3000 manat maaş alan təhsilverənlərimiz var. Burada söhbət ümumtəhsil müəssisələrindən gedir. Eyni məsələ məktəbəqədər, məktəbdənkənar və ali təhsil müəssisələrinə də şamil edilir".

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicBəxtiyar Əliyev
Bəxtiyar Əliyev - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Bəxtiyar Əliyev
Xatırladaq ki, təhsil eksperti Kamran Əsədov deyib ki, 2022-2023-ci illərdə Elm və Təhsil Nazirliyinin sertifikasiya qiymətləndirməsindən keçən müəllimlərin orta aylıq əməkhaqqı 800 manatdır.
2023-cü ildən bu günə kimi 50 minə qədər müəllim sertifikasiya qiymətləndirməsindən keçib. O qeyd edib ki, hazırkı dövrdə diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin dərs bölgüsü zamanı nəzərə alınır:
"Bu, o deməkdir ki, diaqnostik qiymətləndirmənin nəticələri yüksək olan müəllim daha çox dərs saatı alır və bu da onun yüksək əməkhaqqı almasına imkan verir. Bir məqamı qeyd edim ki, dövlət büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri təhsildir. Təhsilə ayrılan məbləğ 2023-cü ildə 4 milyard 423 milyon manat təşkil edir. Bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4 faiz) çoxdur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0