https://sputnik.az/20240306/hansi-birge-layiheler-rusiya-ve-azerbaycana-ticaret-dovriyyesini-artirmaga-imkan-verib-463086140.html
Hansı birgə layihələr Rusiya və Azərbaycana ticarət dövriyyəsini artırmağa imkan verib?
Hansı birgə layihələr Rusiya və Azərbaycana ticarət dövriyyəsini artırmağa imkan verib?
Sputnik Azərbaycan
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından danışan ölkələrin rəsmiləri bu göstəricinin artmasını məhz bir sıra iri müştərək layihələrin... 06.03.2024, Sputnik Azərbaycan
2024-03-06T19:21+0400
2024-03-06T19:21+0400
2024-03-06T19:21+0400
rusiya
iqtisadiyyat
regionlar
azərbaycan
xin
azpromo
"kamaz"
uaz patriot
https://cdnn1.img.sputnik.az/img/42269/89/422698992_0:0:3072:1728_1920x0_80_0_0_d0bf773acfbaa27f1d24418c74107494.jpg
BAKI, 6 mart — Sputnik. Azərbaycanda və Rusiyada sahibkarların üzləşdiyi bütün çətinliklərə - məsələn, ödənişlərlə bağlı müvəqqəti problemlər və logistikada dəyişikliklərə baxmayaraq - ticarət dövriyyəsi, qarşılıqlı investisiyalar, eləcə də iki ölkənin birgə layihələri davamlı artım və inkişaf nümayiş etdirməkdə davam edir. Belə ki, son üç ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi, təxminən iki dəfə artıb – 2021-ci ilin sonundakı 2,9 milyard dollardan ötən il 4,3 milyard dollara çatıb. Eyni zamanda, Rusiya Federasiyasından Azərbaycana ixrac 52%, Azərbaycan məhsullarının Rusiyaya tədarükü isə 30% artıb. Bundan əlavə, qarşılıqlı birbaşa investisiyalar sahəsində nəzərəçarpacaq artım müşahidə oluna bilər. Son məlumatlara görə, Rusiyadan Azərbaycana yatırılan investisiyaların həcmi 2021-ci ildə cəmi 50 milyon dollar olduğu halda, təkcə 2023-cü ilin doqquz ayında, təxminən 295 milyon dollar təşkil edib. Eyni zamanda, 2023-cü ilin doqquz ayının sonunda Rusiya iqtisadiyyatına yatırılan Azərbaycan investisiyalarının həcmi bütün 2021-ci ildəki 19,7 milyon dollara qarşı 33,3 milyon dollara çatıb. Son üç ilin ticarət münasibətlərindəki dəyişiklikləri müqayisə etmək heç də təsadüfi seçilməyib - 2020-ci ildə koronavirus pandemiyasından sonra, bütün qlobal ticarətin görünməmiş enişlə üzləşdiyi 2021-ci il həm qlobal təchizat zəncirlərinin, həm də beynəlxalq biznes mühitinin bərpasının başlanğıcı olub. Hansı layihələr ticarət dövriyyəsinin artmasına kömək edib? Qeyd edək ki, ölkələrin rəsmiləri ticarət dövriyyəsinin məhz bir sıra iri müştərək layihələrin həyata keçirilməsi hesabına artdığını bildirirlər. Belə ki, Rusiyanın Bakıdakı səfiri Mixail Yevdokimov bu yaxınlarda Rusiya mətbuatına müsahibəsində qeyd edib ki, ticarət dövriyyəsində yüksək göstəricilər Azərbaycan vasitəsilə təkrar ixracla deyil, sənaye kooperasiyası layihələrinin həyata keçirilməsi ilə əldə olunub. Son üç ildə Rusiya və Azərbaycan arasında birgə layihələri nəzərdən keçirərkən bir sıra iri sənaye və kommersiya layihələri diqqəti çəkir. Onların arasında əsas layihələrdən biri kimi 2021-ci ildə Hacıqabul sənaye məhəlləsinin ərazisində "Azərmaş" ASC-nin zavodunun açılmasını göstərmək olar ki, burada "QAZ Qrupu"nun kommersiya və xüsusi təyinatlı avtomobilləri istehsal olunur. Zavodun layihə gücü ildə 1500-ə qədər avtomobilin yığılmasını nəzərdə tutur, istehsal olunan markalar arasında "QAZell NEXT" və "QAZon NEXT" var. Bundan əlavə, 2021-ci ildə Rusiyanın "Abrau-Durso" şirkətinin törəmə müəssisəsi Şəki rayonunda illik 2,6 milyon şüşə istehsal gücünə malik "Şəki Şərab" şərab zavodunun alınması üzrə özəlləşdirmə müsabiqəsinin qalibi olub. Azərbaycanda "Abrau-Durso" Şirkətlər Qrupu öz şərab zavodunda "Mədrəs" və "Bayanşirə" üzüm çeşidlərindən şərab, "Abrau" kupaj şərabları, Ağdam portveyni və "Şirvan" konyakını istehsal edən "AzAbrau" törəmə şirkətini təsis edib. Onu da vurğulamaq lazımdır ki, şirkətin fəaliyyəti sayəsində 2022-ci ildə Azərbaycandan Rusiyaya spirtli içkilərin ixracı xeyli artıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycandan Rusiya Federasiyasına 10,59 milyon ABŞ dolları dəyərində spirtli içkilər ixrac edilib ki, bu da 2021-ci illə müqayisədə, təxminən 3,3 dəfə çoxdur. Azərbaycandan Rusiya Federasiyasına spirtli içkilərin ixracında artım ötən il də davam edib - 2023-cü ilin sonunda Rusiyaya 13 milyon dollardan artıq spirtli içkilər tədarük edilib. Digər böyük layihə Azərbaycanda müasir əczaçılıq zavodunun tikintisini 2021-ci ildə başa çatdıran "R-Pharm" şirkətlər qrupunun layihəsidir. Şirkət beynəlxalq əczaçılıq şirkəti olan "Servier" ilə müqavilə əsasında şəkərli diabetin ("Diabeton") müalicəsi üçün dərman istehsal edir. Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyindən verilən məlumata görə, hazırda "R-Pharm Azerbaijan" MMC-nin zavodunun müəssisələrində "QEROFARM" MMC tərəfindən insulin istehsalının lokallaşdırılması istiqamətində işlər aparılır. İnsulinin birinci partiyasının buraxılması 2024-cü ilin ikinci rübündə (bir dərman), bu ilin üçüncü və dördüncü rübündə isə iki əlavə preparatın buraxılması planlaşdırılır. Azərbaycanda Rusiya sərmayələri ilə 2023-cü ildə həyata keçirilən ən böyük layihə Cəbrayıl rayonunda Rusiya-Azərbaycan birgə "Avto lizinq Azərbaycan" ("KAMAZ" İctimai Səhmdar Cəmiyyəti Gəncə Avtomobil Müəssisəsi ilə birlikdə) tərəfindən yaradılmış "KAMAZ" texnikasına xidmət üçün servis mərkəzinin açılışıdır. Mərkəz, ümumilikdə ildə, təxminən 1500 ədəd olmaqla yük maşınlarına və kənd təsərrüfatı texnikasına xidmət sahəsində qovşaq rolunu oynayacaq. Bundan əlavə, 2023-cü ilin oktyabr ayında Hacıqabul sənaye məhəlləsində "PENOPLEKS Prikavkazye" şirkətinin ekoloji istilik izolyasiya materialları istehsalı müəssisəsinin açılışı olub. Rusiya Federasiyasının Bakıdakı Ticarət Nümayəndəliyindən verilən məlumata görə, müasir və təhlükəsiz istehsalatda 100-dən çox iş yeri açıldığı üçün yeni müəssisənin açılması region üçün böyük sosial əhəmiyyət kəsb edir. Maşınqayırma sahəsində Rusiya Federasiyası və Azərbaycan daha bir layihə həyata keçirir. Belə ki, 2023-cü ilin may ayında "Rusiya-İslam Dünyası: KazanForum" forumu çərçivəsində "Sollers" İctimai Səhmdar Cəmiyyəti ilə "Azərmaş" ASC arasında Azərbaycan Respublikasında avtomobillərin istehsalının genişləndirilməsinə dair Əməkdaşlıq Memorandumu imzalanıb. "Azərmaş" SC-nin müəssisələrində yüngül kommersiya avtomobillərinin istehsalının təşkili nəzərdə tutulur. Ticarət nümayəndəliyindən bildirilib ki, "Azərmaş" SC-nin zavodunda "Sollers Atlant" və "Sollers Arqo" avtomobillərinin, eləcə də bütün "UAZ" modellərinin yığılmasının təşkili prosesi gedir. "UAZ" model seriyalı avtomobillərin yığılması üçün avtomobil dəstlərinin ilk partiyası Azərbaycana 2023-cü ilin sentyabrında gətirilib və həmin ilin oktyabrında yığılmağa başlanıb. İdarənin məlumatına görə, 2023-cü il dekabrın 1-i tarixinə qədər 186 "UAZ" avtomobili yığılıb. Müsbət və mənfi tendensiyalar Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının dünya iqtisadiyyatı kafedrasının müdiri Mariya Tkaçenko deyir ki, Rusiyaya qarşı Qərbin sanksiyaları tətbiq edildikdən sonra Azərbaycan və Rusiya Federasiyası arasında iqtisadi əlaqələr bir sıra müsbət və mənfi tendensiyalara məruz qalıb. Müsbət tendensiyalar arasında ekspert iki ölkənin xarici ticarət ödənişlərində milli valyutaların payının artmasını qeyd edib. Bundan əlavə, sənaye kooperasiyası nöqteyi-nəzərindən ən perspektivli məhsul qruplarında mal mübadiləsi artır. Eyni zamanda ekspert ixrac olunan əmtəə strukturunun oxşarlığını iki ölkə arasında ticarət əlaqələrində məhdudlaşdırıcı amil kimi müəyyən edib. Yəni nə Rusiya Azərbaycan üçün, nə də Azərbaycan Rusiya üçün əsas neft bazarına çevrilə bilməz. "Amma burada stimullaşdırıcı amil şəklində əks tarazlıq var. Bu daha yüksək əlavə dəyəri olan məhsulların mübadiləsi üçün səy göstərmək lazım olduğu barədə ümumi anlayışdır" - o bildirib. İki ölkə arasında ticarət əlaqələrini məhdudlaşdıran ikinci amil nəqliyyat və logistika infrastrukturudur. Rusiyada sanksiyalardan əvvəl əsasən liman infrastrukturunun inkişafına ciddi əhəmiyyət verilir, daha az dərəcədə isə dəmir yolu və yol infrastrukturunun inkişafına diqqət yetirilirdi. Bu, hazırda ölkələr arasında multimodal daşımaları çətinləşdirir. Tkaçenko hesab edir ki, hazırda bu sektorun inkişafı istiqamətində işlər gedir və bu mənada Azərbaycan təkcə Rusiya məhsullarının tədarük nöqtəsi deyil, həm də Rusiya Federasiyasından gələn malların daşınması üçün mühüm tranzit ölkəyə çevriləcək. Bundan əlavə, onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında münasibətlərdə müsbət tendensiya geosiyasi qeyri-sabitliyin aradan qaldırılmasıdır. Yəni, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi Qafqazda siyasi sabitliyi möhkəmləndirir, regionda ticarət-iqtisadi əlaqələrin inkişafına töhfə verir. Ödənişlərdə problem yoxdur "Azərbaycan və Rusiya müəssisələrinin kooperasiyası iki ölkənin ticarət dövriyyəsinin dəfələrlə artmasına kömək edəcək" - XII Rusiya-Azərbaycan Regionlararası Forumunun kuluarlarında Azərbaycanın ixrac və İnvestisiyaların Təşviqi Agentliyinin ("AZPROMO") icraçı direktoru Yusif Abdullayev "Sputnik Azərbaycan"a müsahibəsində bildirib. "Azərbaycan və Rusiya strateji tərəfdaşdırlar və 2022-ci ildə imzalanmış müttəfiqlik münasibətləri haqqında sənəd iki ölkə arasında əməkdaşlığı ən yüksək səviyyəyə qaldırıb. 2024-cü ilin əvvəlində əməkdaşlığın demək olar ki, bütün sahələrini əhatə edən yol xəritəsi də imzalanıb" - Abdullayev qeyd edib. Onun sözlərinə görə, artıq formalaşmış ənənəyə uyğun olaraq, Azərbaycanın Rusiya Federasiyasına ixracında aqrar-sənaye kompleksinin məhsulları, eləcə də sənaye malları üstünlük təşkil edir. Sevindirici haldır ki, Rusiyaya sənaye mallarının ixracı artır. "İnvestisiyaların həcminə görə Rusiya Azərbaycan iqtisadiyyatına xarici investorlar arasında beşinci yerdədir... Ümumiyyətlə, Rusiya şirkətlərinin iştirakı ilə keçirilən birgə biznes forumlar, sərgilər, eləcə də Rusiya regionlarının biznes missiyaları iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə töhfə verir" – "AZPROMO"nun icraçı direktoru bildirib. Abdullayevin sözlərinə görə, XII regionlararası forum Rusiya Federasiyasında və Azərbaycanda növbə ilə keçirilən bütün belə tədbirlərin bir növ kulminasiya nöqtəsinə çevrilib. Bundan əlavə, bu il forumun əsasən kiçik və orta biznesə yönəldilməsi çox vacibdir: Agentliyin həmsöhbəti qeyd edib ki, ticarət dövriyyəsinin artırılması, eləcə də iki ölkənin tranzit imkanlarının inkişaf etdirilməsi məqsədilə Azərbaycan və Rusiya sərhədində potensialın modernləşdirilməsi və genişləndirilməsi istiqamətində genişmiqyaslı işlər aparılır. "2028-ci ilin sonunadək iki ölkə sərhədində imkanların genişləndirilməsi üzrə işlərin tam başa çatdırılması planlaşdırılır. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ticarət dövriyyəsinin artırılması üçün logistika komponenti böyük əhəmiyyət kəsb edir" - o qeyd edib. "Kommersiya müqavilələri üzrə ödənişlərə gəlincə, bu gün onlarla heç bir problem yoxdur" - Abdullayev bildirib. "Bu gün ödənişlər rubl və manatla həyata keçirilir. Ticarət dövriyyəsi milli valyuta ilə 50%-dən çoxdur. Hesab edirik ki, bu, yaxşı tendensiyadır" - AZPROMO-nun icraçı direktoru sözünü yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42269/89/422698992_0:0:2732:2048_1920x0_80_0_0_4751451ccb146bf1881d02a124947a46.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
rusiya, regionlar, azərbaycan, xin, azpromo, "kamaz", uaz patriot
rusiya, regionlar, azərbaycan, xin, azpromo, "kamaz", uaz patriot
Hansı birgə layihələr Rusiya və Azərbaycana ticarət dövriyyəsini artırmağa imkan verib?
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından danışan ölkələrin rəsmiləri bu göstəricinin artmasını məhz bir sıra iri müştərək layihələrin həyata keçirilməsi ilə əlaqələndirirlər.
BAKI, 6 mart — Sputnik. Azərbaycanda və Rusiyada sahibkarların üzləşdiyi bütün çətinliklərə - məsələn, ödənişlərlə bağlı müvəqqəti problemlər və logistikada dəyişikliklərə baxmayaraq - ticarət dövriyyəsi, qarşılıqlı investisiyalar, eləcə də iki ölkənin birgə layihələri davamlı artım və inkişaf nümayiş etdirməkdə davam edir.
Belə ki, son üç ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi, təxminən iki dəfə artıb – 2021-ci ilin sonundakı 2,9 milyard dollardan ötən il 4,3 milyard dollara çatıb. Eyni zamanda, Rusiya Federasiyasından Azərbaycana ixrac 52%, Azərbaycan məhsullarının Rusiyaya tədarükü isə 30% artıb.
Bundan əlavə, qarşılıqlı birbaşa investisiyalar sahəsində nəzərəçarpacaq artım müşahidə oluna bilər. Son məlumatlara görə, Rusiyadan Azərbaycana yatırılan investisiyaların həcmi 2021-ci ildə cəmi 50 milyon dollar olduğu halda, təkcə 2023-cü ilin doqquz ayında, təxminən 295 milyon dollar təşkil edib. Eyni zamanda, 2023-cü ilin doqquz ayının sonunda Rusiya iqtisadiyyatına yatırılan Azərbaycan investisiyalarının həcmi bütün 2021-ci ildəki 19,7 milyon dollara qarşı 33,3 milyon dollara çatıb.
Son üç ilin ticarət münasibətlərindəki dəyişiklikləri müqayisə etmək heç də təsadüfi seçilməyib - 2020-ci ildə koronavirus pandemiyasından sonra, bütün qlobal ticarətin görünməmiş enişlə üzləşdiyi 2021-ci il həm qlobal təchizat zəncirlərinin, həm də beynəlxalq biznes mühitinin bərpasının başlanğıcı olub.
Hansı layihələr ticarət dövriyyəsinin artmasına kömək edib?
Qeyd edək ki, ölkələrin rəsmiləri ticarət dövriyyəsinin məhz bir sıra iri müştərək layihələrin həyata keçirilməsi hesabına artdığını bildirirlər.
Belə ki, Rusiyanın Bakıdakı səfiri Mixail Yevdokimov bu yaxınlarda Rusiya mətbuatına müsahibəsində qeyd edib ki, ticarət dövriyyəsində yüksək göstəricilər Azərbaycan vasitəsilə təkrar ixracla deyil, sənaye kooperasiyası layihələrinin həyata keçirilməsi ilə əldə olunub.
Son üç ildə Rusiya və Azərbaycan arasında birgə layihələri nəzərdən keçirərkən bir sıra iri sənaye və kommersiya layihələri diqqəti çəkir. Onların arasında əsas layihələrdən biri kimi 2021-ci ildə Hacıqabul sənaye məhəlləsinin ərazisində "Azərmaş" ASC-nin zavodunun açılmasını göstərmək olar ki, burada "QAZ Qrupu"nun kommersiya və xüsusi təyinatlı avtomobilləri istehsal olunur. Zavodun layihə gücü ildə 1500-ə qədər avtomobilin yığılmasını nəzərdə tutur, istehsal olunan markalar arasında "QAZell NEXT" və "QAZon NEXT" var.
Bundan əlavə, 2021-ci ildə Rusiyanın "Abrau-Durso" şirkətinin törəmə müəssisəsi Şəki rayonunda illik 2,6 milyon şüşə istehsal gücünə malik "Şəki Şərab" şərab zavodunun alınması üzrə özəlləşdirmə müsabiqəsinin qalibi olub.
Azərbaycanda "Abrau-Durso" Şirkətlər Qrupu öz şərab zavodunda "Mədrəs" və "Bayanşirə" üzüm çeşidlərindən şərab, "Abrau" kupaj şərabları, Ağdam portveyni və "Şirvan" konyakını istehsal edən "AzAbrau" törəmə şirkətini təsis edib.
Onu da vurğulamaq lazımdır ki, şirkətin fəaliyyəti sayəsində 2022-ci ildə Azərbaycandan Rusiyaya spirtli içkilərin ixracı xeyli artıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycandan Rusiya Federasiyasına 10,59 milyon ABŞ dolları dəyərində spirtli içkilər ixrac edilib ki, bu da 2021-ci illə müqayisədə, təxminən 3,3 dəfə çoxdur. Azərbaycandan Rusiya Federasiyasına spirtli içkilərin ixracında artım ötən il də davam edib - 2023-cü ilin sonunda Rusiyaya 13 milyon dollardan artıq spirtli içkilər tədarük edilib.
Digər böyük layihə Azərbaycanda müasir əczaçılıq zavodunun tikintisini 2021-ci ildə başa çatdıran "R-Pharm" şirkətlər qrupunun layihəsidir. Şirkət beynəlxalq əczaçılıq şirkəti olan "Servier" ilə müqavilə əsasında şəkərli diabetin ("Diabeton") müalicəsi üçün dərman istehsal edir.
Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyindən verilən məlumata görə, hazırda "R-Pharm Azerbaijan" MMC-nin zavodunun müəssisələrində "QEROFARM" MMC tərəfindən insulin istehsalının lokallaşdırılması istiqamətində işlər aparılır. İnsulinin birinci partiyasının buraxılması 2024-cü ilin ikinci rübündə (bir dərman), bu ilin üçüncü və dördüncü rübündə isə iki əlavə preparatın buraxılması planlaşdırılır.
Azərbaycanda Rusiya sərmayələri ilə 2023-cü ildə həyata keçirilən ən böyük layihə Cəbrayıl rayonunda Rusiya-Azərbaycan birgə "Avto lizinq Azərbaycan" ("KAMAZ" İctimai Səhmdar Cəmiyyəti Gəncə Avtomobil Müəssisəsi ilə birlikdə) tərəfindən yaradılmış "KAMAZ" texnikasına xidmət üçün servis mərkəzinin açılışıdır. Mərkəz, ümumilikdə ildə, təxminən 1500 ədəd olmaqla yük maşınlarına və kənd təsərrüfatı texnikasına xidmət sahəsində qovşaq rolunu oynayacaq.
Bundan əlavə, 2023-cü ilin oktyabr ayında Hacıqabul sənaye məhəlləsində "PENOPLEKS Prikavkazye" şirkətinin ekoloji istilik izolyasiya materialları istehsalı müəssisəsinin açılışı olub.
Rusiya Federasiyasının Bakıdakı Ticarət Nümayəndəliyindən verilən məlumata görə, müasir və təhlükəsiz istehsalatda 100-dən çox iş yeri açıldığı üçün yeni müəssisənin açılması region üçün böyük sosial əhəmiyyət kəsb edir.
"Yeni istehsal Azərbaycanın uzunmüddətli perspektivdə effektiv istilik izolyasiyasına olan tələbatını tam ödəyəcək, həmçinin rahat logistika sayəsində qonşu ölkələrə tədarükün maya dəyərini aşağı salacaq. İstehsal olunan məhsulların 60%-i Azərbaycan bazarına, 40%-i isə xarici bazarlarda tədarük ediləcək" - məlumatda bildirilir.
Maşınqayırma sahəsində Rusiya Federasiyası və Azərbaycan daha bir layihə həyata keçirir. Belə ki, 2023-cü ilin may ayında "Rusiya-İslam Dünyası: KazanForum" forumu çərçivəsində "Sollers" İctimai Səhmdar Cəmiyyəti ilə "Azərmaş" ASC arasında Azərbaycan Respublikasında avtomobillərin istehsalının genişləndirilməsinə dair Əməkdaşlıq Memorandumu imzalanıb. "Azərmaş" SC-nin müəssisələrində yüngül kommersiya avtomobillərinin istehsalının təşkili nəzərdə tutulur. Ticarət nümayəndəliyindən bildirilib ki, "Azərmaş" SC-nin zavodunda "Sollers Atlant" və "Sollers Arqo" avtomobillərinin, eləcə də bütün "UAZ" modellərinin yığılmasının təşkili prosesi gedir. "UAZ" model seriyalı avtomobillərin yığılması üçün avtomobil dəstlərinin ilk partiyası Azərbaycana 2023-cü ilin sentyabrında gətirilib və həmin ilin oktyabrında yığılmağa başlanıb. İdarənin məlumatına görə, 2023-cü il dekabrın 1-i tarixinə qədər 186 "UAZ" avtomobili yığılıb.
Müsbət və mənfi tendensiyalar
Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının dünya iqtisadiyyatı kafedrasının müdiri Mariya Tkaçenko deyir ki, Rusiyaya qarşı Qərbin sanksiyaları tətbiq edildikdən sonra Azərbaycan və Rusiya Federasiyası arasında iqtisadi əlaqələr bir sıra müsbət və mənfi tendensiyalara məruz qalıb.
Müsbət tendensiyalar arasında ekspert iki ölkənin xarici ticarət ödənişlərində milli valyutaların payının artmasını qeyd edib. Bundan əlavə, sənaye kooperasiyası nöqteyi-nəzərindən ən perspektivli məhsul qruplarında mal mübadiləsi artır.
"Bu, Rusiya ilə Azərbaycan arasında sənaye əməkdaşlığının artdığının sübutudur. Təbii ki, belə müsbət tendensiyalar regionlararası əməkdaşlığı gücləndirir - Rusiya Federasiyasının yaxınlıqda yerləşən subyektləri Azərbaycanla daha çox əməkdaşlıq edirlər, lakin bu, Rusiya Federasiyası və Azərbaycanın digər subyektləri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi imkanlarını istisna etmir" - Tkaçenko XII Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.
Eyni zamanda ekspert ixrac olunan əmtəə strukturunun oxşarlığını iki ölkə arasında ticarət əlaqələrində məhdudlaşdırıcı amil kimi müəyyən edib. Yəni nə Rusiya Azərbaycan üçün, nə də Azərbaycan Rusiya üçün əsas neft bazarına çevrilə bilməz.
"Amma burada stimullaşdırıcı amil şəklində əks tarazlıq var. Bu daha yüksək əlavə dəyəri olan məhsulların mübadiləsi üçün səy göstərmək lazım olduğu barədə ümumi anlayışdır" - o bildirib.
İki ölkə arasında ticarət əlaqələrini məhdudlaşdıran ikinci amil nəqliyyat və logistika infrastrukturudur. Rusiyada sanksiyalardan əvvəl əsasən liman infrastrukturunun inkişafına ciddi əhəmiyyət verilir, daha az dərəcədə isə dəmir yolu və yol infrastrukturunun inkişafına diqqət yetirilirdi. Bu, hazırda ölkələr arasında multimodal daşımaları çətinləşdirir.
Tkaçenko hesab edir ki, hazırda bu sektorun inkişafı istiqamətində işlər gedir və bu mənada Azərbaycan təkcə Rusiya məhsullarının tədarük nöqtəsi deyil, həm də Rusiya Federasiyasından gələn malların daşınması üçün mühüm tranzit ölkəyə çevriləcək.
Bundan əlavə, onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında münasibətlərdə müsbət tendensiya geosiyasi qeyri-sabitliyin aradan qaldırılmasıdır. Yəni, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi Qafqazda siyasi sabitliyi möhkəmləndirir, regionda ticarət-iqtisadi əlaqələrin inkişafına töhfə verir.
"İkinci dərəcəli sanksiyalar təhlükəsini çəkindirici adlandırmaq olar, lakin bu, Rusiya Federasiyası ilə əməkdaşlıq edən bütün ölkələri əhatə edir. Amma ondan fərqli olaraq, Azərbaycanın hansısa bir anlıq mənfəəti rəhbər tutmayan, əksinə, milli maraqlara yönələrək öz milli maraqlarını reallaşdırmaq üçün ikitərəfli müqavilələr bağlamağa üstünlük verən çox yaxşı mövqeyini qeyd etmək istərdim. Bu səbəbdən Azərbaycan üçüncü dövlətlərin təzyiqlərinə ən az məruz qalır. Ona görə də hesab edirəm ki, bu, Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq münasibətlərinə də müsbət təsir edir" - Tkaçenko bildirib.
Ödənişlərdə problem yoxdur
"Azərbaycan və Rusiya müəssisələrinin kooperasiyası iki ölkənin ticarət dövriyyəsinin dəfələrlə artmasına kömək edəcək" - XII Rusiya-Azərbaycan Regionlararası Forumunun kuluarlarında Azərbaycanın ixrac və İnvestisiyaların Təşviqi Agentliyinin ("AZPROMO") icraçı direktoru Yusif Abdullayev "Sputnik Azərbaycan"a müsahibəsində bildirib.
"Azərbaycan və Rusiya strateji tərəfdaşdırlar və 2022-ci ildə imzalanmış müttəfiqlik münasibətləri haqqında sənəd iki ölkə arasında əməkdaşlığı ən yüksək səviyyəyə qaldırıb. 2024-cü ilin əvvəlində əməkdaşlığın demək olar ki, bütün sahələrini əhatə edən yol xəritəsi də imzalanıb" - Abdullayev qeyd edib.
Onun sözlərinə görə, artıq formalaşmış ənənəyə uyğun olaraq, Azərbaycanın Rusiya Federasiyasına ixracında aqrar-sənaye kompleksinin məhsulları, eləcə də sənaye malları üstünlük təşkil edir. Sevindirici haldır ki, Rusiyaya sənaye mallarının ixracı artır.
"İnvestisiyaların həcminə görə Rusiya Azərbaycan iqtisadiyyatına xarici investorlar arasında beşinci yerdədir... Ümumiyyətlə, Rusiya şirkətlərinin iştirakı ilə keçirilən birgə biznes forumlar, sərgilər, eləcə də Rusiya regionlarının biznes missiyaları iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə töhfə verir" – "AZPROMO"nun icraçı direktoru bildirib.
Abdullayevin sözlərinə görə, XII regionlararası forum Rusiya Federasiyasında və Azərbaycanda növbə ilə keçirilən bütün belə tədbirlərin bir növ kulminasiya nöqtəsinə çevrilib. Bundan əlavə, bu il forumun əsasən kiçik və orta biznesə yönəldilməsi çox vacibdir:
"Dəyirmi masalarda iki ölkənin kiçik və orta sahibkarları arasında mümkün əməkdaşlığın perspektivləri müzakirə olunub. Forumda kiçik və orta sahibkarlıq sektorunda fəaliyyət göstərən 70-dən çox Azərbaycan şirkətinin nümayəndələri iştirak edib - bu, çox yaxşı göstəricidir. Sektorlara nəzər salsanız, kiçik və orta sahibkarlar arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Bunlar əsasən sənaye istehsalı, aqrar-sənaye kompleksi, xidmət, xidmət, turizm və logistikadır".
Agentliyin həmsöhbəti qeyd edib ki, ticarət dövriyyəsinin artırılması, eləcə də iki ölkənin tranzit imkanlarının inkişaf etdirilməsi məqsədilə Azərbaycan və Rusiya sərhədində potensialın modernləşdirilməsi və genişləndirilməsi istiqamətində genişmiqyaslı işlər aparılır.
"2028-ci ilin sonunadək iki ölkə sərhədində imkanların genişləndirilməsi üzrə işlərin tam başa çatdırılması planlaşdırılır. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ticarət dövriyyəsinin artırılması üçün logistika komponenti böyük əhəmiyyət kəsb edir" - o qeyd edib.
"Kommersiya müqavilələri üzrə ödənişlərə gəlincə, bu gün onlarla heç bir problem yoxdur" - Abdullayev bildirib.
"Bu gün ödənişlər rubl və manatla həyata keçirilir. Ticarət dövriyyəsi milli valyuta ilə 50%-dən çoxdur. Hesab edirik ki, bu, yaxşı tendensiyadır" - AZPROMO-nun icraçı direktoru sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.