https://sputnik.az/20240306/ermenistan-cenubi-qafqazin-herbi-plasdarmina-cevrilir-regionu-ne-gozleyir-463045299.html
Ermənistan Cənubi Qafqazın hərbi plasdarmına çevrilir: Regionu nə gözləyir?
Ermənistan Cənubi Qafqazın hərbi plasdarmına çevrilir: Regionu nə gözləyir?
Sputnik Azərbaycan
Cənubi Qafqaz üç ölkənin yerləşdiyi kiçik bir region olsa da, bu kiçik region qlobal güclərin maraqlarının kəsişdiyi mərkəzlərdən biridir. 06.03.2024, Sputnik Azərbaycan
2024-03-06T09:00+0400
2024-03-06T09:00+0400
2024-03-05T18:24+0400
ermənistan
təhlil
ai
cənubi qafqaz
yunanıstan
co bayden
abş-ın vitse-prezidenti co bayden
qərb
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0e/458620838_0:0:1280:721_1920x0_80_0_0_e51309716a7b0539a4769b1de63d966b.jpg
BAKI, 6 mart — Sputnik. Cənubi Qafqazda münaqişə ocağı söndürülsə də regionu alovlandırmaq cəhdləri səngimək bilmir. Əslində regionumuzda baş verən hadisələrə təkcə Ermənistan-Azərbaycan qarşıdurması kimi baxmaq doğru olmaz. Cənubi Qafqazda mövqelənmək istəyən ölkələrin bir-biri ilə qarşı qütblərdə dayanması regionun plasdarma çevrilmək ehtimalını artırır. Cənubi Qafqazın Ermənistanın timsalında uzaq xarici müttəfiqlərə qucaq açması hər keçən gün sürətlənir. Bütün bunlar 44 günlük müharibədən sonra aktiv şəkildə davam etdirilir. Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə əgər Cənubi Qafqaza nisbətən paritet əsaslarla yanaşma var idisə, indi yeni reallıqlar fonunda bütün qüvvələrin qarşı-qarşıya dayandığını görürük. Cənubi Qafqaz üç ölkənin yerləşdiyi kiçik bir region olsa da, bu kiçik region qlobal güclərin maraqlarının kəsişdiyi mərkəzlərdən biridir. Cənubi Qafqazı Qərb üçün əhəmiyyətli edən onun Rusiya ilə sərhədləri, o cümlədən qlobal nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsidir. Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı qələbədən sonra regionun arxitekturasında əsaslı dəyişiklik baş verib, nəqliyyat və kommunikasiyaların diversifikasiyası üçün yeni imkanlar qazanılıb. Ermənistan mövcud reallıqlara dirəniş göstərməyə çalışsa da, əslində dəyişikliyin onun maraqlarına xidmət etdiyini də dərk edir. Cənubi Qafqazdan keçən qlobal iqtisadi layihələrdə kənarda qalmaq Ermənistanı sosial partlayışa sürükləyir. Əvvəlki Ermənistan hərbi-siyasi elitası regional əməkdaşlıqdan və iqtisadi layihələrdən kənarda qalmış ölkələrindəki mövcud vəziyyəti Qarabağ kartından istifadə edərək pərdələməyə çalışırdı. Yəqin ki, mövcud Ermənistan hakimiyyəti xələflərinin getdiyi yolun acınacaqlı və biabırçı sonunu yaşamaq istəməz. Ermənistan üzünü Qərbə tutub regionda dayaqlarını möhkəmləndirmək üçün çırpınışlar edir. Maraqlısı budur ki, Ermənistana olan maraq daha çox hərbi müstəvidə artır. Ermənistanı plasdarm kimi görən ölkələr bu balaca ərazidə öz hərbi mövcudluqlarını təmin etmək nə lazımdırsa edirlər. Bu gün əsas diqqət çəkən Ermənistanın Fransa, Hindistan və Yunanıstanla qurduğu hərbi əməkdaşlıqlardır. Gəlin bu əməkdaşlıqların sıralamasına uyğun olaraq mahiyyətinə nəzər salaq. Paşinyan hakimiyyəti dövründə ilk dəfə Fransa Ermənistan hərbi əməkdaşlığı görünməmiş səviyyəyə çatıb. İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti ilə barışa bilməyən Paris regionda hərbi balansı Ermənistanın xeyrinə dəyişdirmək üçün hər şeyi edir. Ötən ilin oktyabr ayında iki ölkə arasında hava hücumundan müdafiə sənayesi sahəsində anlaşma memorandumu imzalanıb. Memorandumda 3 ədəd Ground Master radarının, həmçinin gecəgörmə cihazlarının alınması üçün müqavilələr əlavə edilib. Həmin radarlar 250 km radiusda hava obyektlərinin tanınmasına imkan verir. Anlaşmaya əsasən, Fransa Silahlı Qüvvələri üç mərhələdə Ermənistan Silahlı Qüvvələri üçün dağ şəraitində döyüş kursları keçirəcək. Azərbaycanı isə göndərilən silahlar, ya da Fransanın Ermənistana keçəcəyi təlimlər deyil, regionun yenidən barıt çəlləyinə çevrilmək ehtimalları narahat edir. Müxtəlif siyasi platformalarda Azərbaycanı Ermənistanla hərbi toqquşmaya sürükləmək istəyənlərə Azərbaycan siyasi rəhbərliyi tərəfindən açıq şəkildə yeni müharibə planlarının olmadığı dəfələrlə bəyan edilib. Regionda Ermənistanı silahlandıran digər bir ölkə isə Hindistandır. Müdafiə sənayesi istehsalının gücü baxımından Hindistan dünya miqyasında əhəmiyyətli bir paya sahib olmasa da, Cənubi Qafqazda gedən proseslərin bir parçasına çevrilmək cəhdləri aydın sezilir. Hindistan əvvəllər Ermənistana xaricə ilk dəfə satılan modernləşdirilmiş 214 mm-lik "Pinaka" yaylım atəşli reaktiv sistemlərini (YARS), həmçinin tank əleyhinə raketlər və sursat partiyası verib. "Indian Defense Research Wing" onlayn nəşrinin məlumatına görə, 2023-cü ilin avqust ayının əvvəlində Hindistanın "Bharat Forge" müdafiə şirkəti 155,5 milyon ABŞ dollarlıq müqavilə çərçivəsində 6 ədəd yedəyə alınan 155 mm-lik ATAGS haubitsasını Ermənistana təhvil verib. 155 mm-lik bu topların atış məsafəsinin 48 kilometrə qədər olduğu, dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirildiyi və hazırda Hindistan ordusunun arsenalına 150 ədəd "ATAGS"-ın daxil edildiyi bildirilir. Müqavilə üç il ərzində bu tipli 90 artilleriya qurğusunun tədarükünü nəzərdə tutur. Bunlardan başqa, Ermənistan Hindistana 155 mm çaplı MArG 155-BR özüyeriyən artilleriya qurğusu (ÖAQ) da sifariş verib. Ekspertlər Hindistanın regionda silahlanma prosesindəki iştirakını Pakistan Azərbaycan hərbi-siyasi müttəfiqliyi ilə əlaqələndirirlər. Təbii ki, Hindistanın bu regiondakı fəallığında iqtisadi maraqları da gözardı edilə bilməz. Çinin müəllifi olduğu "Bir kəmər bir yol" layihəsinin uğursuzluğa düçar olması üçün keçdiyi regionlarda qeyri-stabilliyin olması Hindistanın iqtisadi maraqlarına da cavab verir. Ötən il ABŞ, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Hindistan yeni Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin yaradılması haqqında razılığa gəliblər. G20-nin Yeni Dehlidə keçirilən samitində elan olunmuş bu razılaşma Yaxşın Şərqlə Cənubi Asiya dəmir yolları və limanlarının birləşdirilməsini nəzərdə tutur. Razılaşmanın əldə olunması ABŞ prezidenti Co Baydenin Vaşinqtonu G20 qrupunda inkişaf etməkdə olan ölkələr üçün alternativ tərəfdaş və investor kimi təqdim etməklə Çinin qlobal əməkdaşlığa dair "Bir kəmər və yol" təşəbbüslərinə qarşı durmağa çalışdığı bir vaxta təsadüf edir. Bayden bildirib ki, bu, iki qitə arasında limanlar arasında körpü yaradacaq və daha sabit, firavan və inteqrasiya olunmuş Yaxın Şərq formalaşacaq. Amma çox keçmədi ki, Yaxın Şərq elə həmin ilin oktyabrında qan çanağına döndü. Son olaraq isə Yunanıstan Cənubi Qafqazda fəallaşmağa çalışır. Ötən ilin dekabrında Ermənistan və Yunanıstan arasında hərbi-texniki sahədə əməkdaşlıq haqqında saziş imzalanıb. Yunanıstanın müdafiə naziri Nikos Dendias Ermənistan-Yunanıstan-Kipr arasında müdafiə sahəsində üçtərəfli əməkdaşlığı uğurlu adlandırıb və Ermənistan-Yunanıstan-Fransa-Hindistan arasında dördtərəfli əməkdaşlığı mümkün hesab edib. Yunanıstan həm də Aİ misisyasınnı tərkibində Azərbaycanla sərhəddə müşahidələr aparır. Yunanıstan Azərbaycan qazından istifadə edən ilk Aİ ölkəsidir. Qlobal müstəvidə müşahidə edilən qeyri-stabillik fonunda qaz mənbələrinin itirilməsi Yunanıstanıa yaxşı heç nə vəd etmir. Ermənistandan fərqli olaraq Azərbaycan əməkdaşlığı və müttəfiqliyi sərhədlərindən uzaqlarda axtarmır. Azərbaycan və Türkiyə arasında tarixi bağlara söykənən müttəfiqlik, Rusiya ilə 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin ortaya çıxardığı ən yüksək əməkdaşlıq imkanları ölkəmizə qarşı hərbi təhdidlərin təşəbbüskarlarını oyundankənar vəziyyət salır. Azərbaycan regionun bütün ölkələri ilə dinc və əməkdaşlığa söykənən münasibətləri inkişaf etdirdiyi bir vaxtda Ermənistanın regionu kənar qüvvələrin məskəninə çevirməsi isti qarşılanmır. Aİ Mülki Missiyası adı altında regionda Qərbin hərbi mövcudluğunu təmin edən Ermənistan bununla təhlükəsizliyini təmin etdiyini iddia etsə də, regionda hərbi toqquşmalar ehtimalını artırmış olur. Çünki regionda Qərb qüvvələrinin olması Rusiya və İranı da yetərincə narahat edir. Xüsusilə də bu mülki missiyanın getdikcə hərbiləşən xarakteri etibarilə gələcəkdə onların mövcudluğu etinasızlıqla qarşılanmaya bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0e/458620838_0:0:1218:913_1920x0_80_0_0_46efd4466083aa369063c8c5bac13c19.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, ai, cənubi qafqaz, yunanıstan, co bayden, abş-ın vitse-prezidenti co bayden, qərb
ermənistan, ai, cənubi qafqaz, yunanıstan, co bayden, abş-ın vitse-prezidenti co bayden, qərb
Ermənistan Cənubi Qafqazın hərbi plasdarmına çevrilir: Regionu nə gözləyir?
Cənubi Qafqaz üç ölkənin yerləşdiyi kiçik bir region olsa da, bu kiçik region qlobal güclərin maraqlarının kəsişdiyi mərkəzlərdən biridir.
BAKI, 6 mart — Sputnik. Cənubi Qafqazda münaqişə ocağı söndürülsə də regionu alovlandırmaq cəhdləri səngimək bilmir. Əslində regionumuzda baş verən hadisələrə təkcə Ermənistan-Azərbaycan qarşıdurması kimi baxmaq doğru olmaz. Cənubi Qafqazda mövqelənmək istəyən ölkələrin bir-biri ilə qarşı qütblərdə dayanması regionun plasdarma çevrilmək ehtimalını artırır. Cənubi Qafqazın Ermənistanın timsalında uzaq xarici müttəfiqlərə qucaq açması hər keçən gün sürətlənir. Bütün bunlar 44 günlük müharibədən sonra aktiv şəkildə davam etdirilir. Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə əgər Cənubi Qafqaza nisbətən paritet əsaslarla yanaşma var idisə, indi yeni reallıqlar fonunda bütün qüvvələrin qarşı-qarşıya dayandığını görürük.
Cənubi Qafqaz üç ölkənin yerləşdiyi kiçik bir region olsa da, bu kiçik region qlobal güclərin maraqlarının kəsişdiyi mərkəzlərdən biridir. Cənubi Qafqazı Qərb üçün əhəmiyyətli edən onun Rusiya ilə sərhədləri, o cümlədən qlobal nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsidir.
Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı qələbədən sonra regionun arxitekturasında əsaslı dəyişiklik baş verib, nəqliyyat və kommunikasiyaların diversifikasiyası üçün yeni imkanlar qazanılıb. Ermənistan mövcud reallıqlara dirəniş göstərməyə çalışsa da, əslində dəyişikliyin onun maraqlarına xidmət etdiyini də dərk edir. Cənubi Qafqazdan keçən qlobal iqtisadi layihələrdə kənarda qalmaq Ermənistanı sosial partlayışa sürükləyir. Əvvəlki Ermənistan hərbi-siyasi elitası regional əməkdaşlıqdan və iqtisadi layihələrdən kənarda qalmış ölkələrindəki mövcud vəziyyəti Qarabağ kartından istifadə edərək pərdələməyə çalışırdı. Yəqin ki, mövcud Ermənistan hakimiyyəti xələflərinin getdiyi yolun acınacaqlı və biabırçı sonunu yaşamaq istəməz. Ermənistan üzünü Qərbə tutub regionda dayaqlarını möhkəmləndirmək üçün çırpınışlar edir. Maraqlısı budur ki, Ermənistana olan maraq daha çox hərbi müstəvidə artır. Ermənistanı plasdarm kimi görən ölkələr bu balaca ərazidə öz hərbi mövcudluqlarını təmin etmək nə lazımdırsa edirlər. Bu gün əsas diqqət çəkən Ermənistanın Fransa, Hindistan və Yunanıstanla qurduğu hərbi əməkdaşlıqlardır.
Gəlin bu əməkdaşlıqların sıralamasına uyğun olaraq mahiyyətinə nəzər salaq.
Paşinyan hakimiyyəti dövründə ilk dəfə Fransa Ermənistan hərbi əməkdaşlığı görünməmiş səviyyəyə çatıb. İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti ilə barışa bilməyən Paris regionda hərbi balansı Ermənistanın xeyrinə dəyişdirmək üçün hər şeyi edir. Ötən ilin oktyabr ayında iki ölkə arasında hava hücumundan müdafiə sənayesi sahəsində anlaşma memorandumu imzalanıb. Memorandumda 3 ədəd Ground Master radarının, həmçinin gecəgörmə cihazlarının alınması üçün müqavilələr əlavə edilib. Həmin radarlar 250 km radiusda hava obyektlərinin tanınmasına imkan verir.
Anlaşmaya əsasən, Fransa Silahlı Qüvvələri üç mərhələdə Ermənistan Silahlı Qüvvələri üçün dağ şəraitində döyüş kursları keçirəcək. Azərbaycanı isə göndərilən silahlar, ya da Fransanın Ermənistana keçəcəyi təlimlər deyil, regionun yenidən barıt çəlləyinə çevrilmək ehtimalları narahat edir. Müxtəlif siyasi platformalarda Azərbaycanı Ermənistanla hərbi toqquşmaya sürükləmək istəyənlərə Azərbaycan siyasi rəhbərliyi tərəfindən açıq şəkildə yeni müharibə planlarının olmadığı dəfələrlə bəyan edilib.
Regionda Ermənistanı silahlandıran digər bir ölkə isə Hindistandır. Müdafiə sənayesi istehsalının gücü baxımından Hindistan dünya miqyasında əhəmiyyətli bir paya sahib olmasa da, Cənubi Qafqazda gedən proseslərin bir parçasına çevrilmək cəhdləri aydın sezilir.
Hindistan əvvəllər Ermənistana xaricə ilk dəfə satılan modernləşdirilmiş 214 mm-lik "Pinaka" yaylım atəşli reaktiv sistemlərini (YARS), həmçinin tank əleyhinə raketlər və sursat partiyası verib.
"Indian Defense Research Wing" onlayn nəşrinin məlumatına görə, 2023-cü ilin avqust ayının əvvəlində Hindistanın "Bharat Forge" müdafiə şirkəti 155,5 milyon ABŞ dollarlıq müqavilə çərçivəsində 6 ədəd yedəyə alınan 155 mm-lik ATAGS haubitsasını Ermənistana təhvil verib. 155 mm-lik bu topların atış məsafəsinin 48 kilometrə qədər olduğu, dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirildiyi və hazırda Hindistan ordusunun arsenalına 150 ədəd "ATAGS"-ın daxil edildiyi bildirilir. Müqavilə üç il ərzində bu tipli 90 artilleriya qurğusunun tədarükünü nəzərdə tutur.
Bunlardan başqa, Ermənistan Hindistana 155 mm çaplı MArG 155-BR özüyeriyən artilleriya qurğusu (ÖAQ) da sifariş verib.
Ekspertlər Hindistanın regionda silahlanma prosesindəki iştirakını Pakistan Azərbaycan hərbi-siyasi müttəfiqliyi ilə əlaqələndirirlər. Təbii ki, Hindistanın bu regiondakı fəallığında iqtisadi maraqları da gözardı edilə bilməz. Çinin müəllifi olduğu "Bir kəmər bir yol" layihəsinin uğursuzluğa düçar olması üçün keçdiyi regionlarda qeyri-stabilliyin olması Hindistanın iqtisadi maraqlarına da cavab verir. Ötən il ABŞ, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Hindistan yeni Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin yaradılması haqqında razılığa gəliblər. G20-nin Yeni Dehlidə keçirilən samitində elan olunmuş bu razılaşma Yaxşın Şərqlə Cənubi Asiya dəmir yolları və limanlarının birləşdirilməsini nəzərdə tutur.
Razılaşmanın əldə olunması ABŞ prezidenti Co Baydenin Vaşinqtonu G20 qrupunda inkişaf etməkdə olan ölkələr üçün alternativ tərəfdaş və investor kimi təqdim etməklə Çinin qlobal əməkdaşlığa dair "Bir kəmər və yol" təşəbbüslərinə qarşı durmağa çalışdığı bir vaxta təsadüf edir.
Bayden bildirib ki, bu, iki qitə arasında limanlar arasında körpü yaradacaq və daha sabit, firavan və inteqrasiya olunmuş Yaxın Şərq formalaşacaq. Amma çox keçmədi ki, Yaxın Şərq elə həmin ilin oktyabrında qan çanağına döndü.
Son olaraq isə Yunanıstan Cənubi Qafqazda fəallaşmağa çalışır. Ötən ilin dekabrında Ermənistan və Yunanıstan arasında hərbi-texniki sahədə əməkdaşlıq haqqında saziş imzalanıb. Yunanıstanın müdafiə naziri Nikos Dendias Ermənistan-Yunanıstan-Kipr arasında müdafiə sahəsində üçtərəfli əməkdaşlığı uğurlu adlandırıb və Ermənistan-Yunanıstan-Fransa-Hindistan arasında dördtərəfli əməkdaşlığı mümkün hesab edib. Yunanıstan həm də Aİ misisyasınnı tərkibində Azərbaycanla sərhəddə müşahidələr aparır. Yunanıstan Azərbaycan qazından istifadə edən ilk Aİ ölkəsidir. Qlobal müstəvidə müşahidə edilən qeyri-stabillik fonunda qaz mənbələrinin itirilməsi Yunanıstanıa yaxşı heç nə vəd etmir.
Ermənistandan fərqli olaraq Azərbaycan əməkdaşlığı və müttəfiqliyi sərhədlərindən uzaqlarda axtarmır. Azərbaycan və Türkiyə arasında tarixi bağlara söykənən müttəfiqlik, Rusiya ilə 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin ortaya çıxardığı ən yüksək əməkdaşlıq imkanları ölkəmizə qarşı hərbi təhdidlərin təşəbbüskarlarını oyundankənar vəziyyət salır. Azərbaycan regionun bütün ölkələri ilə dinc və əməkdaşlığa söykənən münasibətləri inkişaf etdirdiyi bir vaxtda Ermənistanın regionu kənar qüvvələrin məskəninə çevirməsi isti qarşılanmır. Aİ Mülki Missiyası adı altında regionda Qərbin hərbi mövcudluğunu təmin edən Ermənistan bununla təhlükəsizliyini təmin etdiyini iddia etsə də, regionda hərbi toqquşmalar ehtimalını artırmış olur. Çünki regionda Qərb qüvvələrinin olması Rusiya və İranı da yetərincə narahat edir. Xüsusilə də bu mülki missiyanın getdikcə hərbiləşən xarakteri etibarilə gələcəkdə onların mövcudluğu etinasızlıqla qarşılanmaya bilər.