https://sputnik.az/20240306/azerbaycanin-rusiyadan-bugda-asililigi-niye-artib-daha-ucuz-ve-elcatandir-463020110.html
Azərbaycanın Rusiyadan buğda asılılığı niyə artıb? Daha ucuz və əlçatandır
Azərbaycanın Rusiyadan buğda asılılığı niyə artıb? Daha ucuz və əlçatandır
Sputnik Azərbaycan
Azərbaycanın Rusiyadan buğda idxalı artıb, Qazaxıstandan isə azalıb. Çünki Rusiyadan buğda idxalı ölkəmiz üçün daha ucuz başa gəlir. 06.03.2024, Sputnik Azərbaycan
2024-03-06T09:30+0400
2024-03-06T09:30+0400
2024-03-06T09:30+0400
buğda
iqtisadiyyat
rusiya
qazaxıstan
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458546711_0:203:2921:1846_1920x0_80_0_0_672acaed1bd53f2ad4508396f73bfb5f.jpg
BAKI, 6 mart — Sputnik. Avrasiya İqtisadi İttifaqının iki üzv ölkəsi – Rusiya və Qazaxıstan keçən il Azərbaycana buğdanın əsas tədarükçüsü olub. Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Rusiyadan Azərbaycana 250,4 milyon dollar dəyərində 1 milyon tondan çox buğda idxal edilib. Bu da 2022-ci illə müqayisədə miqdar baxımından 0,9 faiz çox, dəyər baxımından isə 25,8 faiz azdır. Beləliklə, Rusiyadan Azərbaycana gətirilən buğdanın miqdarı artıb, dəyəri isə azalıb. Dəyərin azalması buğdanın idxal qiymətinin ucuzlaşdığını göstərir. Rusiya buğdasının bir tonu orta hesabla Azərbaycana 246 dollara başa gəlib. Qazaxıstandan buğda idxalı azalıb Keçən il Qazaxıstandan Azərbaycana 51 milyon dollar dəyərində 152 min ton buğda gətirilib. Bu da 2022-ci illə müqayisədə miqdar baxımından 46,6 faiz, dəyər baxımından isə 46,7 faiz az deməkdir. Nəticədə Azərbaycanın Qazaxıstandan buğda alışında azalma müşahidə edilib. Qazaxıstan buğdasının bir tonu Azərbaycana orta hesabla 335 dollara başa gəlib. Cəmi buğda idxalının 87 faizi Rusiyanın payına düşüb Qeyd edək ki, Qazaxıstana nisbətən Rusiyadan buğda idxalı ölkəmiz üçün daha ucuz başa gəlir. Keçən il Azərbaycana cəmi buğda idxalının 87 faizi Rusiyanın, 13 faizi isə Qazaxıstanın payına düşüb. Ərzaqlıq buğdanın istehsalçılarına subsidiya verilir Xatırladaq ki, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Nazirlər Kabineti keçən il "Ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin müəyyənləşdirilməsi barədə" Sərəncam qəbul edib. Sərəncama əsasən, yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2023-ci il üçün 450 manat müəyyən edilib. "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Azərbaycan Prezidentinin Fərmanına əsasən, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlamış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir. Azərbaycanda buğda istehsalı artıb Keçən il Azərbaycanda buğda istehsalında artım müşahidə edilib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə ölkədə 1,8 milyon ton buğda istehsal edilib ki, bu da illik müqayisədə 5,6 faiz çoxdur. Buğdanın məhsuldarlığı illik müqayisədə 1,9 sentner artaraq hər hektara 33,8 sentner olub. Keçən il ən çox buğda bitkisi Cəlilabad, Füzuli, Şamaxı, Hacıqabul, Şəki, İsmayıllı, Ağcabədi və Xocavənd rayonlarında səpilib. Keçən il ölkədə çörək ucuzlaşıb Əlavə edək ki, dünya bazarlarında, xüsusilə Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma keçən ilin mart ayında çörəyin qiymətinin enməsinə səbəb olub. 2023-cü ilin martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiymətinin 70 qəpikdən 65 qəpiyə düşdüyü müşahidə olunub. Həmin ilin iyun ayında 650 qramlıq zavod çörəyinin qiyməti daha 5 qəpik ucuzlaşaraq 60 qəpiyə düşüb.Son dövrlərdə dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma ölkəmizdə bazar prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşan unun qiymətlərinə təsirsiz ötüşməyib. Daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi çörəyin qiymətinə də birbaşa təsir edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458546711_95:0:2826:2048_1920x0_80_0_0_65d700749f48193677fe7375c75fd389.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
buğda, rusiya, qazaxıstan
buğda, rusiya, qazaxıstan
Azərbaycanın Rusiyadan buğda asılılığı niyə artıb? Daha ucuz və əlçatandır
Azərbaycanın Rusiyadan buğda idxalı artıb, Qazaxıstandan isə azalıb. Çünki Rusiyadan buğda idxalı ölkəmiz üçün daha ucuz başa gəlir.
BAKI, 6 mart — Sputnik. Avrasiya İqtisadi İttifaqının iki üzv ölkəsi – Rusiya və Qazaxıstan keçən il Azərbaycana buğdanın əsas tədarükçüsü olub.
Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Rusiyadan Azərbaycana 250,4 milyon dollar dəyərində 1 milyon tondan çox buğda idxal edilib. Bu da 2022-ci illə müqayisədə miqdar baxımından 0,9 faiz çox, dəyər baxımından isə 25,8 faiz azdır. Beləliklə, Rusiyadan Azərbaycana gətirilən buğdanın miqdarı artıb, dəyəri isə azalıb. Dəyərin azalması buğdanın idxal qiymətinin ucuzlaşdığını göstərir. Rusiya buğdasının bir tonu orta hesabla Azərbaycana 246 dollara başa gəlib.
Qazaxıstandan buğda idxalı azalıb
Keçən il Qazaxıstandan Azərbaycana 51 milyon dollar dəyərində 152 min ton buğda gətirilib. Bu da 2022-ci illə müqayisədə miqdar baxımından 46,6 faiz, dəyər baxımından isə 46,7 faiz az deməkdir. Nəticədə Azərbaycanın Qazaxıstandan buğda alışında azalma müşahidə edilib. Qazaxıstan buğdasının bir tonu Azərbaycana orta hesabla 335 dollara başa gəlib.
Cəmi buğda idxalının 87 faizi Rusiyanın payına düşüb
Qeyd edək ki, Qazaxıstana nisbətən Rusiyadan buğda idxalı ölkəmiz üçün daha ucuz başa gəlir. Keçən il Azərbaycana cəmi buğda idxalının 87 faizi Rusiyanın, 13 faizi isə Qazaxıstanın payına düşüb.
Ərzaqlıq buğdanın istehsalçılarına subsidiya verilir
Xatırladaq ki, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Nazirlər Kabineti keçən il "Ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin müəyyənləşdirilməsi barədə" Sərəncam qəbul edib. Sərəncama əsasən, yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2023-ci il üçün 450 manat müəyyən edilib.
"Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Azərbaycan Prezidentinin Fərmanına əsasən, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlamış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.
Azərbaycanda buğda istehsalı artıb
Keçən il Azərbaycanda buğda istehsalında artım müşahidə edilib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə ölkədə 1,8 milyon ton buğda istehsal edilib ki, bu da illik müqayisədə 5,6 faiz çoxdur. Buğdanın məhsuldarlığı illik müqayisədə 1,9 sentner artaraq hər hektara 33,8 sentner olub. Keçən il ən çox buğda bitkisi Cəlilabad, Füzuli, Şamaxı, Hacıqabul, Şəki, İsmayıllı, Ağcabədi və Xocavənd rayonlarında səpilib.
Keçən il ölkədə çörək ucuzlaşıb
Əlavə edək ki, dünya bazarlarında, xüsusilə Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma keçən ilin mart ayında çörəyin qiymətinin enməsinə səbəb olub. 2023-cü ilin martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiymətinin 70 qəpikdən 65 qəpiyə düşdüyü müşahidə olunub. Həmin ilin iyun ayında 650 qramlıq zavod çörəyinin qiyməti daha 5 qəpik ucuzlaşaraq 60 qəpiyə düşüb.
Son dövrlərdə dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma ölkəmizdə bazar prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşan unun qiymətlərinə təsirsiz ötüşməyib. Daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi çörəyin qiymətinə də birbaşa təsir edib.