https://sputnik.az/20240305/tehsil-sektorunda-gender-beraberliyi-pozulub-sedr-muavini-463037093.html
Təhsil sektorunda gender bərabərliyi pozulub-Sədr müavini
Təhsil sektorunda gender bərabərliyi pozulub-Sədr müavini
Sputnik Azərbaycan
Sədaqət Qəhrəmanova bildirib ki, kişi müəllimlərin sayı azalıb, kişi müəllimlərin sayının artırılmasına ehtiyac var. 05.03.2024, Sputnik Azərbaycan
2024-03-05T13:58+0400
2024-03-05T13:58+0400
2024-03-05T14:26+0400
təhsil
cəmiyyət
gender
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
sədaqət
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0e/461314073_0:0:2121:1193_1920x0_80_0_0_32af8fc8874e87becbd0e50fa4cfa0c6.jpg
BAKI, 5 mart — Sputnik. Azərbaycanda kişi müəllimlərin sayı azalıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycan Standartlaşdırma İnstitutu və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) birgə təşkilatçılığı ilə keçirilən "Standartlaşdırmada gender bərabərliyi" adlı tədbirdə deyib. Onun sözlərinə görə, ümumilikdə təhsil sektorunda gender bərabərliyi pozulub: "Gender bərabərliyi ictimai həyatın bütün sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Lakin təhsildə gender bərabərsizliyi var. Kişi müəllimlərin sayı azalıb, kişi müəllimlərin sayının artırılmasına ehtiyac var. Bu balans pozulub. Biz dörd ildir gender bərabərliyi ilə bağlı qanunun icrası üçün məlumatlar toplayırıq". Qeyd edək ki, ölkənin orta məktəblərində fəaliyyət göstərən ibtidai sinif müəllimlərinin 99 faizini qadınlar təşkil edir. Kişi ibtidai sinif müəllimi demək olar ki, yoxdur. Ayrı-ayrı fənlər üzrə kişi müəllimlərin də sayı qadınlara nisbətən azdır. Ümumilikdə, hazırda Azərbaycanın 4481 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71 faizini qadınlar, 29 faizini isə kişi müəllimlər təşkil edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0e/461314073_78:0:1963:1414_1920x0_80_0_0_6311abf5e91a325bbd62b3c441959d42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təhsil, gender, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, sədaqət
təhsil, gender, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, sədaqət
Təhsil sektorunda gender bərabərliyi pozulub-Sədr müavini
13:58 05.03.2024 (Yenilənib: 14:26 05.03.2024) Sədaqət Qəhrəmanova bildirib ki, kişi müəllimlərin sayı azalıb, kişi müəllimlərin sayının artırılmasına ehtiyac var.
BAKI, 5 mart — Sputnik. Azərbaycanda kişi müəllimlərin sayı azalıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycan Standartlaşdırma İnstitutu və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) birgə təşkilatçılığı ilə keçirilən "Standartlaşdırmada gender bərabərliyi" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, ümumilikdə təhsil sektorunda gender bərabərliyi pozulub: "Gender bərabərliyi ictimai həyatın bütün sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Lakin təhsildə gender bərabərsizliyi var. Kişi müəllimlərin sayı azalıb, kişi müəllimlərin sayının artırılmasına ehtiyac var. Bu balans pozulub. Biz dörd ildir gender bərabərliyi ilə bağlı qanunun icrası üçün məlumatlar toplayırıq".
Qeyd edək ki, ölkənin orta məktəblərində fəaliyyət göstərən ibtidai sinif müəllimlərinin 99 faizini qadınlar təşkil edir. Kişi ibtidai sinif müəllimi demək olar ki, yoxdur. Ayrı-ayrı fənlər üzrə kişi müəllimlərin də sayı qadınlara nisbətən azdır. Ümumilikdə, hazırda Azərbaycanın 4481 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71 faizini qadınlar, 29 faizini isə kişi müəllimlər təşkil edir.