Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib

© Photo : courtesy of Rasim BalayevRasim Balayev - Azərbaycan Kinematoqrafçılar İttifaqı
Rasim Balayev - Azərbaycan Kinematoqrafçılar İttifaqı - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Abunə olmaq
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlikdən imtina edib.
BAKI, 5 mart - Sputnik. Xalq artisti Rasim Balayev yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.
"Report" xəbər verir ki, bu barədə Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə baş tutan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı keçirilən konfransda yekdilliklə qərar qəbul olunub.
Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilən Rasim Balayev çıxışında Şəfiqə Məmmədovanın namizədliyini geri götürəcəyini gözləmədiyini deyib və ona etimad göstərənlərə təşəkkürünü bildirib.
Qeyd edək ki, Bakıda keçirilən tədbirdə hər iki kino ittifaqının birləşməsinə qərar verilib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.
Xatırladaq ki, Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlikdən imtina edib.
***
Azərbaycanın iki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.
“Report” xəbər verir ki, məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.
Eyni zamanda yeni yaradılan qurumun nizamnaməsi də təsdiq olunub.
Qeyd edək ki, təkcə rejissor Oqtay Mir-Qasım kino ittifaqlarının birləşməsinin əleyhinə olub.
***
Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı konfrans keçirilir.
"Report" xəbər verir ki, Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə baş tutan tədbirdə kino ittifaqlarının birləşməsi rəsmiləşəcək, yeni qurumun nizamnaməsi təsdiqlənəcək, eləcə də sədr və idarə heyəti seçiləcək.
Qeyd edək ki, AKİ və ARKİ-nin birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da iki qurumun idarə heyətlərinin birgə iclası keçirilib və birləşmə haqqında birgə bəyanat qəbul edilib.
AKİ 1963-cü ildən fəaliyyət göstərir, İdarə Heyətinin sədri Xalq artisti Rasim Balayevdir. ARKİ isə 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədovadır.
Xəbər lenti
0