https://sputnik.az/20240305/dovlet-qurumlarinda-informasiya-tehlukesizliyi-ile-bagli-bosluqlar-keskin-artib-463044946.html
Sosial şəbəkələrdəki problemin əsas səbəbi açıqlandı
Sosial şəbəkələrdəki problemin əsas səbəbi açıqlandı
Sputnik Azərbaycan
Yəmənin husi qruplaşmasının Qırmızı dənizdə törtdiyi təxribat zamanı qlobal trafikin 25 faizini təşkil edən kabellər zədələnib. 05.03.2024, Sputnik Azərbaycan
2024-03-05T22:26+0400
2024-03-05T22:26+0400
2024-03-06T09:16+0400
dövlət
azərbaycan xəbərləri
rabitə və yüksək texnologiyalar nazirliyi
informasiya
informasiya təhlükəsizliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/05/16/455142424_0:0:3207:1804_1920x0_80_0_0_7602288dee2dfa9726690e4b55652e84.jpg
BAKI, 5 mart — Sputnik. Sosial şəbəkələr - "Facebook" və "Instagram"dakı problem Qırmızı dənizdə kabellərin zədələnməsi səbəbindən baş verib.Bu barədə Honq-Konq provayderi "HGC Global Communications Limited" məlumat yayıb.Bildirlib ki, Qırmızı dənizdə kabellərə hücum Yəmənin husi qruplaşması tərəfindən törədilib.Qeyd olunub ki, həmin kabellər qlobal trafikin 25 faizini təşkil edir. Artıq hücumun nəticələri aradan qaldırılır.Bəzi proqnozlara görə, kabellər yalnız 8 həftədən sonra tam bərpa olunacaq.***“Facebook”və “İnstagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb."Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur", - məlumatda deyilir.Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Report"un sorğusuna cavab olaraq bildirib ki, "Meta" şirkətinə məxsus "Facebook", "Instagram" kimi beynəlxalq platformalara daxil olmada problem yaşanır:"Problem lokal deyil, qlobal xarakter daşıyır. Şirkət hələlik problemlə bağlı rəsmi məlumat yaymayıb".***Bu ilin yanvar ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 68 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib. XRİTDX-dən bildirilib ki, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 84 % artım deməkdir. Xatırladaq ki, 2023-cü ildə dövlət qurumlarının 697 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 142 ədəd və ya 26 % çoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/16/455142424_379:0:3110:2048_1920x0_80_0_0_2476fc934a17a3b1cb51e21904f30794.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət, rabitə və yüksək texnologiyalar nazirliyi, informasiya, informasiya təhlükəsizliyi
dövlət, rabitə və yüksək texnologiyalar nazirliyi, informasiya, informasiya təhlükəsizliyi
Sosial şəbəkələrdəki problemin əsas səbəbi açıqlandı
22:26 05.03.2024 (Yenilənib: 09:16 06.03.2024) Yəmənin husi qruplaşmasının Qırmızı dənizdə törtdiyi təxribat zamanı qlobal trafikin 25 faizini təşkil edən kabellər zədələnib.
BAKI, 5 mart — Sputnik. Sosial şəbəkələr - "Facebook" və "Instagram"dakı problem Qırmızı dənizdə kabellərin zədələnməsi səbəbindən baş verib.
Bu barədə Honq-Konq provayderi "HGC Global Communications Limited" məlumat yayıb.
Bildirlib ki, Qırmızı dənizdə kabellərə hücum Yəmənin husi qruplaşması tərəfindən törədilib.
Qeyd olunub ki, həmin kabellər qlobal trafikin 25 faizini təşkil edir. Artıq hücumun nəticələri aradan qaldırılır.
Bəzi proqnozlara görə, kabellər yalnız 8 həftədən sonra tam bərpa olunacaq.
“Facebook”və “İnstagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
"Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur", - məlumatda deyilir.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Report"un sorğusuna cavab olaraq bildirib ki, "Meta" şirkətinə məxsus "Facebook", "Instagram" kimi beynəlxalq platformalara daxil olmada problem yaşanır:
"Problem lokal deyil, qlobal xarakter daşıyır. Şirkət hələlik problemlə bağlı rəsmi məlumat yaymayıb".
Bu ilin yanvar ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 68 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.
XRİTDX-dən bildirilib ki, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 84 % artım deməkdir.
Xatırladaq ki, 2023-cü ildə dövlət qurumlarının 697 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 142 ədəd və ya 26 % çoxdur.