https://sputnik.az/20240305/deputatlar-avropa-parlamentinin-qetnamesini-pisleyibler-463035715.html
Deputatlar Avropa Parlamentinin qətnaməsini pisləyiblər
Deputatlar Avropa Parlamentinin qətnaməsini pisləyiblər
Sputnik Azərbaycan
Deputatlar bildiriblər ki, Avropa Parlamentinin deputatları müxtəlif dinləmələr zamanı Cənubi Qafqaz regionunda yeni münaqişə üçün açıq çağırışlar... 05.03.2024, Sputnik Azərbaycan
2024-03-05T12:17+0400
2024-03-05T12:17+0400
2024-03-05T12:53+0400
azərbaycan xəbərləri
deputat
deputat
avropa parlamenti
avropa parlamenti
https://cdnn1.img.sputnik.az/img/40373/62/403736279_0:94:1800:1107_1920x0_80_0_0_9d515802b568d4ae5c3595bcfa088764.jpg
BAKI, 5 mart - Sputnik. "Təəssüflər olsun ki, bir neçə gün bundan öncə Avropa Parlamenti məkrli qətnamə qəbul etdi". Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib. Deputat bildirib ki, bu, postmünaqişə dövründə münasibətlərdə ayırıcı xətlərə xidmət edir: “Bu, vaxtilə özlərinə milyonlarla büdcə ayıran, münaqişənin dondurulması, münaqişənin necə həll edilməməsi kimi parazitliklə məşğul olan ATƏT-in bəzi qurumlarını xatırlatdı. Biz Ordumuzun, Ali Baş Komandanımız, birliyimiz nəticəsində o planları məhv etdik, onları pat vəziyyətinə saldıq. Biz indiki planlara qarşı da çıxmalıyıq, Azərbaycan Qoşulmama Hərəkatı, Asiya Parlament Assambleyası sayəsində öz beynəlxalq nüfuzunu daha da artırmalıdır”. Deputat Kamal Cəfərov da vurğulayıb ki, Avropa Parlamenti tərəfindən “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı” üzrə qəbul edilmiş qətnamə Azərbaycana qarşı başladılmış total kampaniyanın tərkib hissəsidir: “Qətnamədə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı açıq hörmətsizlik nümayiş olunub, 2023-cü ildə həyata keçirdiyimiz lokal xarakterli anti-terror tədbirləri ilə bağlı faktlar təhrif edilib, böhtan xarakterli və tamamilə əsassız müddəalar təkcə Avropa Parlamenti deyil, Avropa İttifaqının gələcək fəaliyyətinə dair əsaslı şübhələr yaradıb. Avropa Parlamentinin deputatları müxtəlif dinləmələr zamanı Cənubi Qafqaz regionunda yeni münaqişə üçün açıq çağırışlar səsləndiriblər. Bütün bunlar bir daha təsdiq edir ki, Avropa Parlamentinin nümunəsində bəzi dövlətlər və institutlar regionda sülh istəmir, onlar üçün beynəlxalq hüquq və Avropa İttifaqının maraqları deyil, şəxsi maraqlar üstünlük təşkil edir. Bu cür siyasət bir daha göstərir ki, Qərbin məqsədi bu məsələni süni şəkildə şişirtmək və Azərbaycanı qarşısına qoyduğu xarici siyasət hədəflərindən yayındırmaq cəhdidir". Qeyd edək ki, ötən həftə Avropa Parlamentində Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tövsiyə edən qətnamə qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40373/62/403736279_100:0:1700:1200_1920x0_80_0_0_24b630132639f675c43e32d3348517df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
deputat, deputat, avropa parlamenti, avropa parlamenti
deputat, deputat, avropa parlamenti, avropa parlamenti
Deputatlar Avropa Parlamentinin qətnaməsini pisləyiblər
12:17 05.03.2024 (Yenilənib: 12:53 05.03.2024) Deputatlar bildiriblər ki, Avropa Parlamentinin deputatları müxtəlif dinləmələr zamanı Cənubi Qafqaz regionunda yeni münaqişə üçün açıq çağırışlar səsləndiriblər.
BAKI, 5 mart - Sputnik. "Təəssüflər olsun ki, bir neçə gün bundan öncə Avropa Parlamenti məkrli qətnamə qəbul etdi".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.
Deputat bildirib ki, bu, postmünaqişə dövründə münasibətlərdə ayırıcı xətlərə xidmət edir: “Bu, vaxtilə özlərinə milyonlarla büdcə ayıran, münaqişənin dondurulması, münaqişənin necə həll edilməməsi kimi parazitliklə məşğul olan ATƏT-in bəzi qurumlarını xatırlatdı. Biz Ordumuzun, Ali Baş Komandanımız, birliyimiz nəticəsində o planları məhv etdik, onları pat vəziyyətinə saldıq. Biz indiki planlara qarşı da çıxmalıyıq, Azərbaycan Qoşulmama Hərəkatı, Asiya Parlament Assambleyası sayəsində öz beynəlxalq nüfuzunu daha da artırmalıdır”.
Deputat Kamal Cəfərov da vurğulayıb ki, Avropa Parlamenti tərəfindən “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı” üzrə qəbul edilmiş qətnamə Azərbaycana qarşı başladılmış total kampaniyanın tərkib hissəsidir: “Qətnamədə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı açıq hörmətsizlik nümayiş olunub, 2023-cü ildə həyata keçirdiyimiz lokal xarakterli anti-terror tədbirləri ilə bağlı faktlar təhrif edilib, böhtan xarakterli və tamamilə əsassız müddəalar təkcə Avropa Parlamenti deyil, Avropa İttifaqının gələcək fəaliyyətinə dair əsaslı şübhələr yaradıb. Avropa Parlamentinin deputatları müxtəlif dinləmələr zamanı Cənubi Qafqaz regionunda yeni münaqişə üçün açıq çağırışlar səsləndiriblər. Bütün bunlar bir daha təsdiq edir ki, Avropa Parlamentinin nümunəsində bəzi dövlətlər və institutlar regionda sülh istəmir, onlar üçün beynəlxalq hüquq və Avropa İttifaqının maraqları deyil, şəxsi maraqlar üstünlük təşkil edir. Bu cür siyasət bir daha göstərir ki, Qərbin məqsədi bu məsələni süni şəkildə şişirtmək və Azərbaycanı qarşısına qoyduğu xarici siyasət hədəflərindən yayındırmaq cəhdidir".
Qeyd edək ki, ötən həftə Avropa Parlamentində Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tövsiyə edən qətnamə qəbul edilib.