https://sputnik.az/20240305/bu-sexsler-imtahanlardan-azad-olunacaq-463042482.html
Bu şəxslər imtahanlardan azad olunacaq!
Bu şəxslər imtahanlardan azad olunacaq!
Sputnik Azərbaycan
DİM sədri deyib ki, Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsi təmin ediləcək. 05.03.2024, Sputnik Azərbaycan
2024-03-05T15:19+0400
2024-03-05T15:19+0400
2024-03-05T15:47+0400
imtahan
təhsil
dövlət imtahan mərkəzi
ali məktəblərə qəbul imtahanı
dövlət imtahan mərkəzi (dim) direktorlar şurası
məleykə abbaszadə
məleykə abbaszadə
https://cdnn1.img.sputnik.az/img/42408/28/424082874_0:0:3087:1737_1920x0_80_0_0_d7c3e45618adc7da636ec00d40c448e0.jpg
BAKI, 5 mart — Sputnik. Azərbaycan dili bacarıqları üzrə imtahan verərək sertifikat alanlar müəyyən imtahanlardan azad olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər və sertifikasiya imtahanının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib. O bildirib ki, "Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər" proqramı və imtahan modeli ölkədə və ölkədən kənarda azərbaycanca öyrənənlər, öyrədənlər, təlim materialları hazırlayanlar və imtahan təşkil edənlər üçün əsas məqamları, məqsədləri, səviyyələrə və bacarıqlara görə təlim nəticələrini, imtahan prosesini, dilin tədrisi mövzularını, dil təlimi standartlarını müəyyən çərçivəyə salan bir proqram kimi hazırlanıb. "Belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək. Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlarda iştirakçılara sertifikat veriləcək. Gələcəkdə sertifikatların müvafiq səviyyələrinə malik olanların həmin sertifikatın qüvvədə olduğu müddətdə Azərbaycan dili ilə bağlı müəyyən imtahanlardan azad olunması və buna uyğun normativ hüquqi bazanın yaradılması nəzərdə tutulur" - deyə sədr əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/28/424082874_313:0:3044:2048_1920x0_80_0_0_3b92e293ed6755c22ef0b93993ded296.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
imtahan, dövlət imtahan mərkəzi, ali məktəblərə qəbul imtahanı, dövlət imtahan mərkəzi (dim) direktorlar şurası, məleykə abbaszadə, məleykə abbaszadə
imtahan, dövlət imtahan mərkəzi, ali məktəblərə qəbul imtahanı, dövlət imtahan mərkəzi (dim) direktorlar şurası, məleykə abbaszadə, məleykə abbaszadə
Bu şəxslər imtahanlardan azad olunacaq!
15:19 05.03.2024 (Yenilənib: 15:47 05.03.2024) DİM sədri deyib ki, Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsi təmin ediləcək.
BAKI, 5 mart — Sputnik. Azərbaycan dili bacarıqları üzrə imtahan verərək sertifikat alanlar müəyyən imtahanlardan azad olunacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər və sertifikasiya imtahanının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, "Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər" proqramı və imtahan modeli ölkədə və ölkədən kənarda azərbaycanca öyrənənlər, öyrədənlər, təlim materialları hazırlayanlar və imtahan təşkil edənlər üçün əsas məqamları, məqsədləri, səviyyələrə və bacarıqlara görə təlim nəticələrini, imtahan prosesini, dilin tədrisi mövzularını, dil təlimi standartlarını müəyyən çərçivəyə salan bir proqram kimi hazırlanıb.
"Belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlarda iştirakçılara sertifikat veriləcək. Gələcəkdə sertifikatların müvafiq səviyyələrinə malik olanların həmin sertifikatın qüvvədə olduğu müddətdə Azərbaycan dili ilə bağlı müəyyən imtahanlardan azad olunması və buna uyğun normativ hüquqi bazanın yaradılması nəzərdə tutulur" - deyə sədr əlavə edib.