https://sputnik.az/20240305/bezi-cezacekme-muessiselerinde-normadan-artiq-sexsin-saxlanildigi-musahide-edilib-463041884.html
Bəzi cəzaçəkmə müəssisələrində normadan artıq şəxsin saxlanıldığı müşahidə edilib
Bəzi cəzaçəkmə müəssisələrində normadan artıq şəxsin saxlanıldığı müşahidə edilib
Sputnik Azərbaycan
Penitensiar müəssisələrdə sıxlığın azaldılması istiqamətində kompleks tədbirlər davam etdirilir. 05.03.2024, Sputnik Azərbaycan
2024-03-05T15:38+0400
2024-03-05T15:38+0400
2024-03-05T15:50+0400
cəzaçəkmə müəssisəsi
cəmiyyət
ombudsman
ombudsman səbinə əliyeva
illik məruzə
müzakirə
müzakirələr
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0f/441146734_0:103:2000:1228_1920x0_80_0_0_f0e05b8f79808cf2be175a97014662d9.jpg
BAKI, 5 mart - Sputnik. "İstintaq təcridxanalarında və bəzi cəzaçəkmə müəssisələrində mövcud normadan artıq şəxsin saxlanıldığı halları müşahidə edilib". Bu barədə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi”ndə qeyd edilib. Belə ki, 2500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında başçəkmələr zamanı orada limitdən daha çox şəxsin saxlanıldığı müəyyən olunub. Bununla yanaşı, 700 nəfərlik 2 saylı İstintaq Təcridxanasında 800, 1050 nəfərlik 3 saylı İstintaq Təcridxanasında 1400 nəfərin saxlandığı, 1200 nəfər saxlanma limiti olan 2 saylı cəzaçəkmə müəssisəsində isə 1411 məhkumun cəza çəkdiyi müəyyənləşib.Penitensiar müəssisələrdə sıxlığın azaldılması istiqamətində kompleks tədbirlər davam etdirilir. Bununla belə, əksər hallarda həbs qətimkan tədbirinin seçilməsinə dair, habelə həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanları tərəfindən verilən təqdimatların çoxluğu və çox vaxt həmin təqdimatların məhkəmələr tərəfindən təmin edilməsi istintaq təcridxanalarında sıxlığın yaranmasına səbəb olur. Qeyd edək ki, bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi” müzakirəyə çıxarılıb. Məruzəni ombudsman Səbinə Əliyeva təqdim edib. Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0f/441146734_114:0:1887:1330_1920x0_80_0_0_73151c3db2ba7b60e854e40da52768b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
cəzaçəkmə müəssisəsi, ombudsman, ombudsman səbinə əliyeva, illik məruzə, müzakirə, müzakirələr
cəzaçəkmə müəssisəsi, ombudsman, ombudsman səbinə əliyeva, illik məruzə, müzakirə, müzakirələr
Bəzi cəzaçəkmə müəssisələrində normadan artıq şəxsin saxlanıldığı müşahidə edilib
15:38 05.03.2024 (Yenilənib: 15:50 05.03.2024) Penitensiar müəssisələrdə sıxlığın azaldılması istiqamətində kompleks tədbirlər davam etdirilir.
BAKI, 5 mart - Sputnik. "İstintaq təcridxanalarında və bəzi cəzaçəkmə müəssisələrində mövcud normadan artıq şəxsin saxlanıldığı halları müşahidə edilib".
Bu barədə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi”ndə qeyd edilib.
Belə ki, 2500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında başçəkmələr zamanı orada limitdən daha çox şəxsin saxlanıldığı müəyyən olunub. Bununla yanaşı, 700 nəfərlik 2 saylı İstintaq Təcridxanasında 800, 1050 nəfərlik 3 saylı İstintaq Təcridxanasında 1400 nəfərin saxlandığı, 1200 nəfər saxlanma limiti olan 2 saylı cəzaçəkmə müəssisəsində isə 1411 məhkumun cəza çəkdiyi müəyyənləşib.
Penitensiar müəssisələrdə sıxlığın azaldılması istiqamətində kompleks tədbirlər davam etdirilir. Bununla belə, əksər hallarda həbs qətimkan tədbirinin seçilməsinə dair, habelə həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanları tərəfindən verilən təqdimatların çoxluğu və çox vaxt həmin təqdimatların məhkəmələr tərəfindən təmin edilməsi istintaq təcridxanalarında sıxlığın yaranmasına səbəb olur.
Qeyd edək ki, bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi” müzakirəyə çıxarılıb. Məruzəni ombudsman Səbinə Əliyeva təqdim edib.
Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.