CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Qəbələ qatarları hər gün hərəkət edəcək

© Official website of President of Azerbaijan Republicstadler
stadler - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Abunə olmaq
Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
BAKI, 5 mart — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə xəttə 10 əlavə qatar reysi təyin edib.
Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
Hazırda Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hər iki istiqamət üzrə hərəkət edir.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya "ADY Mobile" tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.
Xəbər lenti
0