CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda cinayət törədənlərin sayı getdikcə artır - Ombudsman həyəcan təbili çaldı

© AFP 2024 / PHILIPPE HUGUENHəbs, arxiv
Həbs, arxiv - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Abunə olmaq
İnsan hüquqları üzrə müvəkkil hesab edir ki, aidiyyəti dövlət qurumları tərəfindən təhlillər aparılmalı, eyni şəxsin təkrar cinayət törətməsinə gətirib çıxaran səbəb və şərtlərin aradan qaldırılması istiqamətində addımlar atılmalıdır.
BAKI, 5 mart - Sputnik. Statistik məlumatlara əsasən, cinayət törətmiş, habelə əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayı getdikcə artmaqdadır. Belə ki, bu rəqəm 2020-ci ildə 2859, 2021-ci ildə 4374 olub, 2022-ci ildə isə 5127 nəfərə çatıb.
Bu barədə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi"ndə qeyd edilib.
Bildirilib ki, aidiyyəti dövlət qurumları tərəfindən təhlillər aparılmalı, eyni şəxsin təkrar cinayət törətməsinə gətirib çıxaran səbəb və şərtlərin aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Məhkumların cəmiyyətə inteqrasiyasında və şəxsi inkişafının stimullaşdırılmasında təhsilin mühüm rolu var.
Qeyd edək ki, bu gün Milli Məclisdə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi" müzakirəyə çıxarılıb. Məruzəni ombudsman Səbinə Əliyeva təqdim edib.
Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Xəbər lenti
0