https://sputnik.az/20240304/salyanda-ana-olan-mekteblinin-tedrisden-yayindigi-tesdiqlendi-ozu-erde-adi-jurnalda-463016085.html
Salyanda ana olan məktəblinin tədrisdən yayındığı təsdiqləndi: Adı jurnalda, özü ərdə
Salyanda ana olan məktəblinin tədrisdən yayındığı təsdiqləndi: Adı jurnalda, özü ərdə
Sputnik Azərbaycan
Kəmalə Ağazadə Salyan rayonu Pambıqkənd kəndində ərdə olan məktəbli qızlara jurnalda qiymət yazıldığını söyləyib. 04.03.2024, Sputnik Azərbaycan
2024-03-04T23:28+0400
2024-03-04T23:28+0400
2024-03-04T23:36+0400
salyan
cəmiyyət
məktəb
məktəb direktoru
nikah
erkən nikah
kəmalə ağazadə
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/06/461135394_0:111:2121:1304_1920x0_80_0_0_a26aa7bdf75a768be61cb1da374a0941.jpg
BAKI, 4 mart — Sputnik. Sosial şəbəkələrdə barəsində məlumat yayılan Salyan rayonu Pambıqkənd kənd A.İbadov adına tam orta məktəbin şagirdi 2022-ci ildə buraxılış imtahanlarında iştirak edib və ümumi orta təhsil haqqında attestat alaraq icbari təhsilini tamamlayıb. Bunu Sputnik Azərbaycan-a Şirvan–Salyan Regional Təhsil İdarəsi bildirib. Məlumatda qeyd olunur ki, sonradan şagirdin valideyni övladının 10-cu sinifdə təhsilini davam etdirməsi ilə bağlı məktəbə müraciət edib. Lakin ötən müddət ərzində şagirdin dərsə davamiyyəti olmadığı üçün bu barədə valideyninə dəfələrlə məlumat verilsə də, nəticə əldə edilməyib. Bu səbəbdən 2022–2023-cü tədris ilində şagird 10-cu sinifdə saxlanılıb. "Məktəbə davamlı olaraq gəlmədiyi üçün məktəbli Salyan rayonu Pambıqkənd kənd A.İbadov adına tam orta məktəbin Pedaqoji Şurasının 30.01.2024-cü il tarixli 03 nömrəli qərarı ilə ümumi təhsil müəssisəsinin şagird kontingentindən çıxarılıb" - Təhsil İdarəsinin məlumatında deyilir.Qeyd olunur ki, şagirdin hamilə olması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib və məsələ ilə bağlı araşdırma aparılır.***Salyan rayonu Pambıqkənd kənd tam orta məktəbində azyaşlı şagirdinin erkən nigaha cəlb olunması ilə bağlı araşdırma aparılır. Həmin şagirdin 9-cu sinifdən sonra tədrisdən yayındığı məlum olub. Şagirdin bu müddətdə biliyi qiymətləndirilməyib. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Şirvan-Salyan Regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi Gülay Qanbayzadə bildirib. G.Qanbayzadə deyib ki, məsələ ilə bağlı məktəb direktorunun və sinif rəhbərinin izahatı alınıb: "Salyan rayonu Pambıqkənd kənd tam orta məktəbin azyaşlı şagirdinin erkən nigaha cəlb olunması barədə sosial şəbəkələrdə yayılan məlumatla bağlı bildiririk ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinə bu barədə məlumat daxil olan kimi dərhal məsələni nəzarətə götürmüş və həmin təhsil müəssisəsində araşdırma aparılmışdır. Azyaşlı şagirdin erkən nigaha cəlb olunması barədə hüquq mühafizə orqanlarına və diğər aidiyyəti qurumlara məlumat verilmişdir". Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Salyan rayonu Pambıqkənd orta məktəbinin 11-ci sinif şagirdi ana olub. O, Salyan rayonu Pambıqkənd kəndində ərdə olan məktəbli qızlara jurnalda qiymət yazıldığını söyləyib. Bildirib ki, sözügedən məktəbdə 15 yaşında qızlardan nışanlanan var. Sputnik Azərbaycan Pambıqkənd kənd tam orta məktəbinin direktoru ilə əlaqə saxlasa da, onun xəstəxanada olduğunu bildiriblər. Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi hələlik bu barədə sorğumuza cavab verməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/06/461135394_118:0:2003:1414_1920x0_80_0_0_2b97ea586db2326aaf2ff13977c7bcb0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
salyan, məktəb, məktəb direktoru, nikah, erkən nikah, kəmalə ağazadə, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
salyan, məktəb, məktəb direktoru, nikah, erkən nikah, kəmalə ağazadə, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
Salyanda ana olan məktəblinin tədrisdən yayındığı təsdiqləndi: Adı jurnalda, özü ərdə
23:28 04.03.2024 (Yenilənib: 23:36 04.03.2024) Kəmalə Ağazadə Salyan rayonu Pambıqkənd kəndində ərdə olan məktəbli qızlara jurnalda qiymət yazıldığını söyləyib.
BAKI, 4 mart — Sputnik. Sosial şəbəkələrdə barəsində məlumat yayılan Salyan rayonu Pambıqkənd kənd A.İbadov adına tam orta məktəbin şagirdi 2022-ci ildə buraxılış imtahanlarında iştirak edib və ümumi orta təhsil haqqında attestat alaraq icbari təhsilini tamamlayıb.
Bunu Sputnik Azərbaycan-a Şirvan–Salyan Regional Təhsil İdarəsi bildirib.
Məlumatda qeyd olunur ki, sonradan şagirdin valideyni övladının 10-cu sinifdə təhsilini davam etdirməsi ilə bağlı məktəbə müraciət edib. Lakin ötən müddət ərzində şagirdin dərsə davamiyyəti olmadığı üçün bu barədə valideyninə dəfələrlə məlumat verilsə də, nəticə əldə edilməyib. Bu səbəbdən 2022–2023-cü tədris ilində şagird 10-cu sinifdə saxlanılıb.
"Məktəbə davamlı olaraq gəlmədiyi üçün məktəbli Salyan rayonu Pambıqkənd kənd A.İbadov adına tam orta məktəbin Pedaqoji Şurasının 30.01.2024-cü il tarixli 03 nömrəli qərarı ilə ümumi təhsil müəssisəsinin şagird kontingentindən çıxarılıb" - Təhsil İdarəsinin məlumatında deyilir.
Qeyd olunur ki, şagirdin hamilə olması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib və məsələ ilə bağlı araşdırma aparılır.
Salyan rayonu Pambıqkənd kənd tam orta məktəbində azyaşlı şagirdinin erkən nigaha cəlb olunması ilə bağlı araşdırma aparılır. Həmin şagirdin 9-cu sinifdən sonra tədrisdən yayındığı məlum olub. Şagirdin bu müddətdə biliyi qiymətləndirilməyib.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Şirvan-Salyan Regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi Gülay Qanbayzadə bildirib.
G.Qanbayzadə deyib ki, məsələ ilə bağlı məktəb direktorunun və sinif rəhbərinin izahatı alınıb:
"Salyan rayonu Pambıqkənd kənd tam orta məktəbin azyaşlı şagirdinin erkən nigaha cəlb olunması barədə sosial şəbəkələrdə yayılan məlumatla bağlı bildiririk ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinə bu barədə məlumat daxil olan kimi dərhal məsələni nəzarətə götürmüş və həmin təhsil müəssisəsində araşdırma aparılmışdır. Azyaşlı şagirdin erkən nigaha cəlb olunması barədə hüquq mühafizə orqanlarına və diğər aidiyyəti qurumlara məlumat verilmişdir".
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Salyan rayonu Pambıqkənd orta məktəbinin 11-ci sinif şagirdi ana olub. O, Salyan rayonu Pambıqkənd kəndində ərdə olan məktəbli qızlara jurnalda qiymət yazıldığını söyləyib. Bildirib ki, sözügedən məktəbdə 15 yaşında qızlardan nışanlanan var.
Sputnik Azərbaycan Pambıqkənd kənd tam orta məktəbinin direktoru ilə əlaqə saxlasa da, onun xəstəxanada olduğunu bildiriblər.
Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi hələlik bu barədə sorğumuza cavab verməyib.