Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Kimlər qəbul imtahanında ödənişdən azaddır?

© Photo : REPORTİmtahan
İmtahan - Sputnik Azərbaycan, 1920, 04.03.2024
Abunə olmaq
Kateqoriyalardan olan abituriyentlər barədə məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.
BAKI, 4 mart — Sputnik. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (ali və ya orta ixtisas təhsili almış şəxslər istisna olmaqla) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (ali və ya orta ixtisas təhsili almış şəxslər istisna olmaqla) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
-I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Qeyd olunan kateqoriyalardan olan abituriyentlər barədə məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.
Xəbər lenti
0