https://sputnik.az/20240304/haitide-mehbuslarin-qacmasi-ile-elaqedar-komendant-saati-ve-fovqelade-veziyyet-tetbiq-edib-463013928.html
Haitidə məhbusların qaçması ilə əlaqədar komendant saatı və fövqəladə vəziyyət tətbiq edib
Haitidə məhbusların qaçması ilə əlaqədar komendant saatı və fövqəladə vəziyyət tətbiq edib
Sputnik Azərbaycan
Nəşrin məlumatına görə, həbsxanadan 3,6 mindən çox insan qaçıb. 04.03.2024, Sputnik Azərbaycan
2024-03-04T22:20+0400
2024-03-04T22:20+0400
2024-03-04T22:20+0400
haiti
dünya xəbərləri
həbsxana
https://cdnn1.img.sputnik.az/img/07e8/03/04/463013595_0:0:3224:1813_1920x0_80_0_0_37194fe9a70b0933ac5a4eb08e943bc9.jpg
BAKI, 4 mart — Sputnik. Haitinin paytaxtı Port-o-Prensində minlərlə məhbusun həbsxanadan qaçması səbəbindən fövqəladə vəziyyət və komendant saatı tətbiq olunub. Bu barədə Rusiya mediadsı Fransanın "Le Monde" qəzetinə istinadən xəbər verib. Nəşrin məlumatına görə, Haitinin paytaxtının tərkibində olduğu departament bazar ertəsindən çərşənbə gününə kimi yerli vaxtla saat 18:00-dan səhər 05:00-a qədər (Moskva vaxtı ilə saat 10:00-dan 21:00-a qədər) və 10 mart bazar günü yerli vaxtla saat 20:00-dan səhər 05:00-a qədər bütün ərazidə komendant saatı tətbiq edir (Moskva vaxtı ilə saat 12:00-dan 21:00-dək). Nəşrin məlumatına görə, 3,6 mindən çox insan həbsxanadan qaçıb. Həbsxananı ziyarət edən "France-Presse" (AFP) agentliyinin jurnalisti bildirir ki, qapılar açıqdır və binanın içərisində "demək olar ki, heç kim yoxdur". Xatırladaq ki, bir gün əvvəl, martın 3-də silahlı qruplaşmaların Port-o-Prensində yerləşən Haitinin əsas həbsxanasını ələ keçirdikləri barədə məlumat verilib. Həbsxananı mühafizə edən hüquq-mühafizə orqanları quldurların hücumuna qarşı çıxa bilməyiblər. Penitensiar xidmətinin (APENA) əməkdaşlarının məlumatına görə, cinayətkarların dəqiq neçə məhbusu azad edə bildiyi bilinmir, lakin bunun "əhəmiyyətli" və 3,6 mindən çox olduğu qeyd edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/04/463013595_280:0:2920:1980_1920x0_80_0_0_eb57e26145b5c83ba59c97b76cce02b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
haiti, həbsxana
Haitidə məhbusların qaçması ilə əlaqədar komendant saatı və fövqəladə vəziyyət tətbiq edib
Nəşrin məlumatına görə, həbsxanadan 3,6 mindən çox insan qaçıb.
BAKI, 4 mart — Sputnik. Haitinin paytaxtı Port-o-Prensində minlərlə məhbusun həbsxanadan qaçması səbəbindən fövqəladə vəziyyət və komendant saatı tətbiq olunub.
Bu barədə Rusiya mediadsı Fransanın "Le Monde" qəzetinə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, Haitinin paytaxtının tərkibində olduğu departament bazar ertəsindən çərşənbə gününə kimi yerli vaxtla saat 18:00-dan səhər 05:00-a qədər (Moskva vaxtı ilə saat 10:00-dan 21:00-a qədər) və 10 mart bazar günü yerli vaxtla saat 20:00-dan səhər 05:00-a qədər bütün ərazidə komendant saatı tətbiq edir (Moskva vaxtı ilə saat 12:00-dan 21:00-dək).
Nəşrin məlumatına görə, 3,6 mindən çox insan həbsxanadan qaçıb. Həbsxananı ziyarət edən "France-Presse" (AFP) agentliyinin jurnalisti bildirir ki, qapılar açıqdır və binanın içərisində "demək olar ki, heç kim yoxdur".
Xatırladaq ki, bir gün əvvəl, martın 3-də silahlı qruplaşmaların Port-o-Prensində yerləşən Haitinin əsas həbsxanasını ələ keçirdikləri barədə məlumat verilib. Həbsxananı mühafizə edən hüquq-mühafizə orqanları quldurların hücumuna qarşı çıxa bilməyiblər. Penitensiar xidmətinin (APENA) əməkdaşlarının məlumatına görə, cinayətkarların dəqiq neçə məhbusu azad edə bildiyi bilinmir, lakin bunun "əhəmiyyətli" və 3,6 mindən çox olduğu qeyd edilir.