Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Göyçayda avtomobil aşdı, 3 nəfər həlak oldu

© AP Photo / Thanassis StavrakisQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.03.2024
Abunə olmaq
Sürücü, eləcə də iki sərnişin hadisə yerində ölüb, 1 nəfər xəsarət alıb.
BAKI, 4 mart — Sputnik. Göyçay rayonu ərazisində bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Bildirilir ki, rayonunun Müskürlü kəndi ərazisində "Kia" markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlü Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüb, digər bir sərnişin isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb.
Xəbər lenti
0