DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Finlandiya və İsveç Rusiya sərhədləri yaxınlığında hərbi təlimlərdə iştirak edəcək

© AFP 2023 / HEIKKI SAUKKOMAAFinlandiya ordusu
Finlandiya ordusu - Sputnik Azərbaycan, 1920, 04.03.2024
Abunə olmaq
"Nordic Response 2024" bir neçə ay davam edəcək "Steadfast Defender 2024" təlimlərinin bir hissəsidir. Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, bu cür təlimlər hərbi insident riskini artırır.
BAKI, 4 mart — Sputnik. NATO üzvləri Finlandiya və İsveç Rusiya sərhədi yaxınlığında keçiriləcək "Nordic Response 2024" hərbi təlimlərində iştirak edəcək.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Martın 4-dən 15-dək Finlandiya, Norveç və İsveçin şimal bölgələrində keçiriləcək təlimlərdə 13 ölkədən - Belçika, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, İspaniya, İsveç, Böyük Britaniya və ABŞ-dan 20 mindən çox hərbçi iştirak edəcək.
Təlimlərdə Finlandiyadan 4,1 min əsgər və 700-ə yaxın texnika, İsveçdən isə 4,5 min şəxsi heyət iştirak edəcək.
Macarıstan üzvlük ərizəsini ratifikasiya etdikdən sonra İsveç, faktiki olaraq NATO-ya üzv olub. Alyansa qoşulma aktının rəsmi imzalanması yaxın günlərdə baş tutacaq.
"Nordic Response 2024" bir neçə ay davam edəcək "Steadfast Defender 2024" təlimlərinin bir hissəsidir. Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, bu cür təlimlər hərbi insident riskini artırır. Departamentin rəsmi nümayəndəsi Mariya Zaxarova əvvəllər qeyd edib ki, "Nordic Response" təlimləri gərginliyi artırır.
Kreml NATO-nun genişmiqyaslı təlimlərini təhlükəsizliyə təhdid kimi qiymətləndirib. Prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, alyans qarşıdurma aləti kimi yaradılıb. Hazırda təşkilat öz rolunu yerinə yetirməkdə davam edir.
Xəbər lenti
0