https://sputnik.az/20240304/azerbaycan-ordusunun-esgeri-ozunu-oldurub---herbi-prokurorluqda-cinayet-isi-baslanib-463032041.html
Azərbaycan Ordusunun əsgəri özünü öldürüb - Hərbi Prokurorluqda cinayət işi başlanıb
Azərbaycan Ordusunun əsgəri özünü öldürüb - Hərbi Prokurorluqda cinayət işi başlanıb
Sputnik Azərbaycan
Əsgər niyə odlu silahla öz canına qıydı?
2024-03-04T22:52+0400
2024-03-04T22:52+0400
2024-03-04T22:55+0400
hadisə
hərbi prokurorluq
əsgər
müdafiə nazirliyi
azərbaycan ordusu
hərbi qulluqçu
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053165_0:162:3067:1887_1920x0_80_0_0_88b2e81bb4b805e6edbffeec1f3403b2.jpg
BAKI, 4 mart - Sputnik. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Eyvazlı Musa Ehtiram oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub.Bu barədə məlumatı Hərbi Prokurorluq yayıb. Bildirilir ki, daxil olmuş məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053165_168:0:2899:2048_1920x0_80_0_0_70c4872cb545f48224bde1e23c0f88ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan ordusunun əsgəri özünü niyə güllələyib ilginc səbəb
azərbaycan ordusunun əsgəri özünü niyə güllələyib ilginc səbəb
Azərbaycan Ordusunun əsgəri özünü öldürüb - Hərbi Prokurorluqda cinayət işi başlanıb
22:52 04.03.2024 (Yenilənib: 22:55 04.03.2024) Şəmkir Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb.
BAKI, 4 mart - Sputnik. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Eyvazlı Musa Ehtiram oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub.
Bu barədə məlumatı Hərbi Prokurorluq yayıb.
Bildirilir ki, daxil olmuş məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.