https://sputnik.az/20240303/zengezur-dehlizi-rusiya-turkiye-ve-ranin-maraqlarina-tam-cavab-verir---emirbeyov--463004846.html
Zəngəzur dəhlizi Rusiya, Türkiyə və İranın maraqlarına tam cavab verir - Əmirbəyov
Zəngəzur dəhlizi Rusiya, Türkiyə və İranın maraqlarına tam cavab verir - Əmirbəyov
Sputnik Azərbaycan
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi nildirib ki, Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında etimadı gücləndirə bilər. 03.03.2024, Sputnik Azərbaycan
2024-03-03T16:09+0400
2024-03-03T16:09+0400
2024-03-03T16:09+0400
siyasət
elçin əmirbəyov
zəngəzur dəhlizi
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/03/15/452923086_0:0:924:520_1920x0_80_0_0_f0a8e73232251ff7ed71a32ef64258af.jpg
BAKI, 3 mart - Sputnik. Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün qurulması üçün mühüm vasitə ola bilər. Azərtac xəbər verir ki, bu fikri Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Avrasiyada əməkdaşlığın yeni dinamikası” panel müzakirəsində çıxışı zamanı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov söyləyib.Onun sözlərinə görə, həmçinin Zəngəzur dəhlizi artıq mövcud olan Orta Dəhlizə alternativ marşrut ola bilər, Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Avropa ilə birləşdirə bilər.Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vurğulayıb ki, üç ildən artıqdır öhdəliklərini yerinə yetirməkdən yayınan və faktiki olaraq Zəngəzur vasitəsilə nəqliyyat əlaqələrinin bərpasına mane olan İrəvanın nəhayət bu layihənin Ermənistan üçün tam faydasını dərk edəcəyinə ümidvardır. Onun sözlərinə görə, əks təqdirdə, arzulanan qovşağın regional dalan kimi qalmaq riski var.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
zəngəzur dəhlizi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/15/452923086_0:0:840:630_1920x0_80_0_0_4f3d671ead80f83ffbc971dad152a562.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
elçin əmirbəyov, zəngəzur dəhlizi, ermənistan
elçin əmirbəyov, zəngəzur dəhlizi, ermənistan
Zəngəzur dəhlizi Rusiya, Türkiyə və İranın maraqlarına tam cavab verir - Əmirbəyov
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi nildirib ki, Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında etimadı gücləndirə bilər.
BAKI, 3 mart - Sputnik. Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün qurulması üçün mühüm vasitə ola bilər. Azərtac xəbər verir ki, bu fikri Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Avrasiyada əməkdaşlığın yeni dinamikası” panel müzakirəsində çıxışı zamanı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov söyləyib.
“Bunun bariz nümunəsi Zəngəzur dəhlizi layihəsidir ki, bu, nəinki Ermənistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələri yarada bilər, həm də İrəvanın regionda iqtisadi təcridinə son qoya bilər. Bundan əlavə, bu layihənin həyata keçirilməsi bölgədəki digər ölkələrin, ilk növbədə, Türkiyə, Rusiya və İranın maraqlarına tam cavab verir və onlara fayda gətirəcək" - Əmirbəyov bildirib.
Onun sözlərinə görə, həmçinin Zəngəzur dəhlizi artıq mövcud olan Orta Dəhlizə alternativ marşrut ola bilər, Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Avropa ilə birləşdirə bilər.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vurğulayıb ki, üç ildən artıqdır öhdəliklərini yerinə yetirməkdən yayınan və faktiki olaraq Zəngəzur vasitəsilə nəqliyyat əlaqələrinin bərpasına mane olan İrəvanın nəhayət bu layihənin Ermənistan üçün tam faydasını dərk edəcəyinə ümidvardır. Onun sözlərinə görə, əks təqdirdə, arzulanan qovşağın regional dalan kimi qalmaq riski var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.