https://sputnik.az/20240303/teqaud-inkisafa-tekan-kimi-azerbaycan-rusiya-telebelerini-nece-heveslendirir---foto-462999775.html
Təqaüd inkişafa təkan kimi: Azərbaycan Rusiya tələbələrini necə həvəsləndirir - FOTO
Təqaüd inkişafa təkan kimi: Azərbaycan Rusiya tələbələrini necə həvəsləndirir - FOTO
Sputnik Azərbaycan
Həştərxan Dövlət Universiteti Azərbaycanla tərəfdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. 03.03.2024, Sputnik Azərbaycan
2024-03-03T11:27+0400
2024-03-03T11:27+0400
2024-03-03T11:29+0400
rusiya
həştərxan
universitet
tələbə
təqaüd
azərbaycan
təhsil
institut
https://cdnn1.img.sputnik.az/img/07e8/03/01/462983577_0:160:3072:1888_1920x0_80_0_0_bebaa3f750dcb8f9f60c5ac2e0fb1c59.jpg
BAKI, 3 mart - Sputnik. V.N.Tatişev adına Həştərxan Dövlət Universitetində (ADU) elm və təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti olub. Rusiya universitetinin açıqlamasında bildirilir ki, səfərin əsas məqsədi fərqlənən tələbələrə təqaüdlərin verilməsi olub. Bildirilir ki, Həştərxan Dövlət Universitetinin Azərbaycanın təhsil və elm təşkilatları ilə uzun illər strateji tərəfdaşlıq tarixi var.Hazırda universitetdə 2 minə yaxın əcnəbi tələbə təhsil alır ki, onların da 80-dən çoxu Azərbaycan vətəndaşıdır. Həştərxan Dövlət Universitetini Bakıda təmsil edən mərkəz də yaradılıb və uğurla fəaliyyət göstərir.Rusiyada ilk dostluq dövlət təqaüdünün təsis edilməsi universitetlə Azərbaycan Təhsil İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsində öz əksini tapıb. Sənədə uyğun olaraq, cari tədris ilindən etibarən ADU-nun əyani təhsili üzrə seçilmiş tələbələri - Xəzəryanı dövlətlərin vətəndaşları Azərbaycan Respublikasının təqaüdünü ala biləcəklər.Müraciətdə sözlərindən sitat gətirilən ADU-nun rektoru vəzifəsini icra edən İqor Alekseyevin qeyd etdiyi kimi, Həştərxan Dövlət Universiteti Azərbaycanla tərəfdaşlıq əlaqələrinin inkişafına böyük önəm verir.Mesajda bildirilir ki, Həştərxan Dövlət Universitetinin bakalavr, mütəxəssis və magistr pillələrində təhsil alan istedadlı tələbələri 6858 rubl, aspirantura və doktorantura pilləsində təhsil alan tələbələr isə 7386 rubl məbləğində təqaüd alacaqlar.Azərbaycan elm və təhsil nazirinin müavini Firudin Qurbanovun verdiyi məlumata görə, dövlət təqaüdü proqramı Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230606/azerbaycanda-her-10-sagirdden-biri-dovlet-hesabina-rus-dilinde-tehsil-alir-455617877.html
həştərxan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/01/462983577_171:0:2902:2048_1920x0_80_0_0_495823054a2075833551e68d5238f573.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həştərxan, universitet, tələbə, təqaüd, azərbaycan, təhsil, institut
həştərxan, universitet, tələbə, təqaüd, azərbaycan, təhsil, institut
Təqaüd inkişafa təkan kimi: Azərbaycan Rusiya tələbələrini necə həvəsləndirir - FOTO
11:27 03.03.2024 (Yenilənib: 11:29 03.03.2024) Həştərxan Dövlət Universiteti Azərbaycanla tərəfdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir.
BAKI, 3 mart - Sputnik. V.N.Tatişev adına Həştərxan Dövlət Universitetində (ADU) elm və təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti olub.
Rusiya universitetinin açıqlamasında bildirilir ki, səfərin əsas məqsədi fərqlənən tələbələrə təqaüdlərin verilməsi olub. Bildirilir ki, Həştərxan Dövlət Universitetinin Azərbaycanın təhsil və elm təşkilatları ilə uzun illər strateji tərəfdaşlıq tarixi var.
Hazırda universitetdə 2 minə yaxın əcnəbi tələbə təhsil alır ki, onların da 80-dən çoxu Azərbaycan vətəndaşıdır. Həştərxan Dövlət Universitetini Bakıda təmsil edən mərkəz də yaradılıb və uğurla fəaliyyət göstərir.
Rusiyada ilk dostluq dövlət təqaüdünün təsis edilməsi universitetlə Azərbaycan Təhsil İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsində öz əksini tapıb. Sənədə uyğun olaraq, cari tədris ilindən etibarən ADU-nun əyani təhsili üzrə seçilmiş tələbələri - Xəzəryanı dövlətlərin vətəndaşları Azərbaycan Respublikasının təqaüdünü ala biləcəklər.
Müraciətdə sözlərindən sitat gətirilən ADU-nun rektoru vəzifəsini icra edən İqor Alekseyevin qeyd etdiyi kimi, Həştərxan Dövlət Universiteti Azərbaycanla tərəfdaşlıq əlaqələrinin inkişafına böyük önəm verir.
“2023-cü ildə tələbələri Azərbaycan Respublikasından təqaüd ala biləcək ilk Rusiya universiteti olmaq üçün bizə unikal imkan təqdim olundu. Biz bunu böyük hörmətlə qəbul etdik və ondan əvvəlki bütün işləri bütün məsuliyyətlə yerinə yetirdik. Əminəm ki, universitetimizin istedadlı tələbələri üçün bu təqaüdün təsis edilməsi Azərbaycan Respublikasının təhsil təşkilatları ilə artıq qurulmuş dostluq əlaqələrinin inkişafına və möhkəmlənməsinə təkan verəcək” - Alekseyev deyib.
Mesajda bildirilir ki, Həştərxan Dövlət Universitetinin bakalavr, mütəxəssis və magistr pillələrində təhsil alan istedadlı tələbələri 6858 rubl, aspirantura və doktorantura pilləsində təhsil alan tələbələr isə 7386 rubl məbləğində təqaüd alacaqlar.
Azərbaycan elm və təhsil nazirinin müavini Firudin Qurbanovun verdiyi məlumata görə, dövlət təqaüdü proqramı Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilir.
“Təhsil gələcəyi müəyyən edən sahədir. Sergey Mixalkovun çox gözəl bir ifadəsi var: “Bu günün uşaqları sabahın insanlarıdır”. Ölkənin gələcəyi gənclərimizin necə formalaşmasından, özlərinə hansı peşəni seçməsindən asılıdır. Təqaüd simvolik məna daşıyır və təhsil və tədqiqatlarında həqiqətən də görkəmli nailiyyətlər göstərmiş tələbələrə verilir” - Qurbanov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.