CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda hər 10 şagirddən biri dövlət hesabına rus dilində təhsil alır

© Sputnik / Murad Orujov20 nömrəli məktəbdə tədris prosesi
20 nömrəli məktəbdə tədris prosesi - Sputnik Azərbaycan, 1920, 06.06.2023
Abunə olmaq
Millət vəkili Ceyhun Məmmədov bildirir ki, Azərbaycan-Rusiya əlaqələri ən yüksək səviyyədədir. Rusiya ilə bir regionda yerləşdiyimiz üçün bu dil ölkəmizdə geniş istifadə olunur.
BAKI, 6 iyun — Sputnik. 2010-cu ildən etibarən hər il iyunun 6-sı "Rus dili günü" kimi qeyd olunur. BMT tərəfindən belə bir günün təsis olunmasında məqsəd çoxdillilik və mədəni müxtəlifliyə diqqət çəkməkdir. Hazırda rus dili BMT-nin altı rəsmi dillərindən biridir. Bu gün həm də rus dilini dünyaya sevdirən ən böyük rus şairi Aleksandr Puşkinin doğum gününə təsadüf edir.
Azərbaycanda rus dili 150 mindən çox insanın, əsasən etnik rusların, eləcə də bu dildə danışan bir sıra digər xalqların nümayəndələrinin - ukraynalıların, yəhudilərin və digər milli azlıqların ünsiyyət dilidir.
Azərbaycanın təhsilində rus dilinin əhəmiyyəti nə qədərdir?
Əvvəlcə rəqəmlərə nəzər yetirək:
Daha öncəki illərlə müqayisədə Azərbaycanda orta məktəblərdə rus dilində təhsil alanların sayı artıb. Belə ki, əgər beş il əvvəl 90 min şagird rus dilində təhsil alırdısa, artıq onların sayı 160 min nəfər təşkil edir. Bu isə Azərbaycanda təxminən hər 10 şagirddən birinin dövlət büdcəsi hesabına rus dilində təhsil alması deməkdir.
Təhsildə rus dili qorunub saxlanılacaq
Bir müddət əvvəl Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev çıxışı zamanı bildirib ki, Azərbaycanda təhsil sahəsində rus dili qorunub saxlanılacaq. O qeyd edib ki, Azərbaycanda rus dilində tədris aparılan məktəblərdə təhsil alanların sayı 159 031 nəfərdir. Nazir müavini həmçinin bildirib ki, universitetlərin rus bölmələrində 16 min tələbə təhsil alır. O, bu tendensiyanın davam edəcəyini bildirərək bunu rus dilinin ünsiyyət, öyrənmə, təcrübə mübadiləsi dili olması ilə əlaqələndirib.
Nazir müavini qeyd edib ki, Azərbaycan tərəfi Rusiya universitetləri ilə əməkdaşlığa hazırdır və artıq Həştərxan Dövlət Universiteti ilə müəllim mübadiləsi məsələsi müzakirə olunub.
© Sputnik / Murad OrujovTəhsil nazirinin müavini İdris İsayev
Təhsil nazirinin müavini İdris İsayev - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Təhsil nazirinin müavini İdris İsayev
"Onlara Azərbaycan dili müəllimləri lazımdır, biz də bu işdə kömək edəcəyik. Onlar da rus dilində dərs deyən fənn müəllimləri ilə bağlı bizə kömək edə bilərlər", - deyə nazir müavini bildirib.
Mütəxəssis kimi yetişmək üçün rus dilinin hansı üstünlükləri var
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan Repsublikasının Konstitusiyası və "Təhsil haqqında qanun" bütün xalqların nümayəndələrinə öz dillərində təhsil almaq imkanı verir. Yəni Azərbaycanda tolerantlıq tam şəkildə təmin olunub:

"Azərbaycan dövləti eyni zamanda rus dilli xalqların nümayəndələrinin övladları üçün bu dildə təhsil almaq imkanını yaradır. Qeyd edim ki, hazırda ölkədə 4 min 432 orta ümumtəhsil məktəbi var ki, onların 329-u tamamilə rus bölməsindən ibarətdir. Bu gün təkcə birinci sinfə qəbul olunan 165 min şagirdin 15 mini rus bölməsinin şagirdləridir. Valideynlər övladlarının gələcəyi, əlavə olaraq bir xarici dil öyrənmələri üçün onları rus bölməsində təhsilə cəlb edirlər".

© Sputnik / Murad OrujovKamran Əsədov
Эксперт по образованию Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Kamran Əsədov
Ekspert qeyd edib ki, orta ümumtəhsil məktəblərində 1,6 milyon şagird təhsil alır və onların 850 mini xarici dil kimi həm də rus dilini öyrənir:
"Azərbyacan o ölkələrdəndir ki, orta ixtisas təhsilində, ali təhsilin bütün pillələrində - istər bakalavr, istərsə də magistr, doktorantura səviyyələrində rus dili bölmələri var. Azərbaycanda həm doğma dilimizdə, həm də rus dilində qəbul həyata keçirilir".
Rus dilinin ali məktəbə qəbulda da üstünlükləri var
Kamran Əsədov bildirir ki, ölkədə rus dilli xalqlar tam olaraq təhsil və dərsliklə də təmin olunur:

"Azərbaycan bölməsinin abituriyentlərinin 500 balla qəbul olduğu fakültələrə rus bölməsi üzrə təhsil alan abituriyentlər 200, yaxud da daha aşağı balla qəbul olunurlar. Yəni ali məktəbə daha asan qəbul üçün rus dilinin prestiji var və validyenlər də öncədən bunu nəzərə alırlar".

Müəllim sayına gəldikdə...
Ekspert qeyd edir ki, hazırda ibtidai siniflər üzrə müəllim çatışmazlığı yoxdur:
"Lakin ən ciddi problem VI-XI siniflər üzrədir. Xüsusən də bu siniflər üzrə riyaziyyat, fizika, kimya, biologiya üzrə rus dilli ixtisaslı müəllim çatışmazlığı var. Bunun da əsas səbəbi onların dərs saatlarının azlığı və bunun əmək haqlarına təsiridir".
"Müəllimlərin İşə Qəbuluna gəldikdə isə, ali məktəbə qəbulda olduğu kimi, bu imtahanlarda da Azərbaycan bölməsi üzrə daha yüksək balla qəbul var. MİQ imtahanlarında bəzən rus bölmələri üzrə daha aşağı balla işə qəbul olmaq mümkündür," - deyə o əlavə edib.
Hər iki dil üzrə təhsilin keyfiyyətinə gəldikdə...
K.Əsədov bildirir ki, istər Azərbaycan, istərsə də rus bölməsi üzrə qəbul və buraxılış imtahanları onu göstərir ki, hər iki isitqamətdə təhsilin keyfiyyəti 50 faiz ətrafındadır:
"Yəni bu səbəbdən deyə bilmərəm ki, hansı bölmədə təhsil digərindən daha yaxşıdır".
Millət vəkili Ceyhun Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında ölkəmiz üçün rus dilinin əhəmiyyətindən danışaraq bildirib ki, bəzən insanlar hansısa məsələyə ifrat səviyyədə və müxtəlif aspektlərdən baxaraq yanaşırlar:
"Hansısa dilə yanaşmada öncə reallıqları, tarixi məsələləri nəzərə almalıyıq. Azərbaycan-Rusiya əlaqələri ən yüksək səviyyədədir. Bizim bu ölkə ilə tarixi qonuşuluğumuz var. Rusiya ilə bir regionda yerləşdiyimiz üçün bu dil ölkədə geniş istifadə olunur".
© Photo : Azerbaijan Institute of TheologyCeyhun Məmmədov
Deputat Ceyhun Məmmədov  - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Ceyhun Məmmədov
"Hazırda Azərbaycanda rus dilində danışanların da sayı çoxdur. Bu baxımdan da düşünürəm ki, 6 iyunun "Rus dili günü" olaraq ölkədə qeyd olunmasında heç bir problem yoxdur. Rusiyada da Azərbaycan günləri, yaxud da Azərbaycan dili günü kimi qeyd oluna bilər. Azərbaycanda da eyni ənənə ola bilər və buna normal bir reaksiya verilməlidir. Bütün bunların dövlətin siyasəti və atdığı addımlarla əlaqələndirilməsinin tam olaraq tərəfdarı deyiləm. Düşünürəm ki, bu məsələlərə soyuq başla, düşünərək, təhlil apararaq yanaşmalıyıq", - deyə o əlavə edib.
Millət vəkili qeyd edir ki, rus dili şəxslərə məlumatların doğru-dürüst və səlis şəkildə çatıdırılması baxımından da bizim üçün əhəmiyyətlidir: "Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsində bu təxribatların qarşısını almaq və buna cavab vermək üçün, rus dilli oxuculara reallıqları çatdırmaq üçün bizim bu dilə ehtiyacımız var".
"Bundan başqa, rus ədəbiyyatı, dili çox zəngindir. Rus dilini bilmək həm də geniş ədəbiyyata çıxış imkanı qazanmaq dmeəkdir", - deyə C.Məmmədov xüsusi vurğulayıb.
© Photo : Baku city Education DepartmentBakıda məktəbdə dərs prosesi
В одной из бакинских школ, фото из архива  - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Bakıda məktəbdə dərs prosesi
Dövlət İmtahan Mərkəzinin statistik təhlilləri də illər üzrə vəziyyətə baxmağa imkan verir. Belə ki, DİM-in "Abituriyent 12" nəşrində qeyd olunan statistik təhlilinə görə, 2021-ci ildə rus bölməsində 1 qrup üzrə ali məktəəb qəbul olunanların sayı 851, II qrup üzrə 817, III qrup üzrə 1037, IV qrup üzrə 210, V qrup üzrə 105 olub ki, bunların da ümumi cəmi 3020 təşkil edib.
Lakin 2018-2019-cu tədris ilində rəqəmlər daha yüksək olub. Belə ki, qeyd olunan dövrdə rus bölməsi üzrə ali məktəbə qəbul olunanların sayı 3 min 783, 2019-2020-ci ildə 3 min 549, 2020-2021-ci ildə 3214 olub. 2022-ci il üzrə rəqəmlər isə hələlik ki açıqlanmayıb.
Adıçəkilən nəşrin statistik təhlillərinə əsasən ali təhsil məktəbləri arasında ən çox rus dili bölməsinə yer ayıran universitetlərlərə nəzər yetirək:
DİM-in adıçəkilən hesabatına görə, ölkədə ən çox Bakı Dövlət Universitetində (BDU) rus dili bölməsinə qəbul planı ayrılıb. Belə ki, BDU üzrə bu rəqəm 795, ondan sonrakı yerdə qərarlaşan Azərbaycan Dövlət İqtisad Universitetində bu rəqəm 525-dir.
Azərbaycan Dövlət Pedaqoji Universitetində 200, Azərbaycan Neft və Sənaye Universitetində 185, Azərbaycan Texniki Universitetində 150, Azərbaycan Memarlıq və İnşaat Universitetində 145, Azərbaycan Tibb Universitetində 45, Azərbaycan Dillər Universitetində 300, Bakı Slavyan Universitetində 310, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 185, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 10, Azərbaycan Turizm və Menecment Universitetində 25, Milli Aviasiya Akademiyasında 120, Gəncə Dövlət Universitetində 15 Bakı Avrasiya Universitetində rus dili bölməsinə 10 yer ayrılsa da, özəl universitetlərdən biri istisna olmaqla digərlərində rus dili bölməsinə yer ayrılmayıb.
© Sputnik / Murad OrujovBakıda məktəbdə sinif otağında şagird
20 nömrəli məktəbdə tədris prosesi - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Bakıda məktəbdə sinif otağında şagird
Rus bölməsi üzrə müəllim problemi
Lakin bununla belə ixtisaslı kadr problemi qalmaqdadır. Bir müddət öncə Elm və Təhsil naziri Emin Əmrullayev brifinqdə çıxışı zamanı bildirib ki, bir tədris mövsümündə rus dili bölmələrinə 14 min şagirdin qəbulu üçün yeri ayrılıb:
"Lakin rus dilində təhsil almaq üçün müraciətlər bu rəqəmdən çoxdur. Vəziyyətdən digər çıxış yolu, yeni siniflərin açılmasıdır. Bu gün mövcud rus dili bölmələrinin keyfiyyətini qoruyub saxlamaq nazirlik üçün ağrılı məsələdir. Çünki, müəllim yoxdur. MİQ imtahanı üçün elan etdiyimiz yerlərin 15-18 faizini doldura bilirik. Xeyli sayda vakant yerlərimiz var. Amma həmin vakansiyalarda işləyəcək rus dilli müəllim tapa bilmirik".
© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Təhsil naziri Emin Əmrullayev
E.Əmrullayev onu da bildirib ki, hətta rusdilli müəllimlərin məktəblərə cəlb edilməsi üçün MİQ imtahanlarında keçid balı 30-a salınıb. Onun fikrincə, keçid balını bundan aşağı salmaq şagirdlərə qarşı ədalətsizlikdir:

"Biz nazirlik olaraq şagirdin qarşısına rus bölməsi üzrə 30 baldan aşağı toplayan müəllimi çıxarda bilmərik. Məsələn, rus bölməsində riyaziyyat fənni üzrə 106 vakant yer üzrə cəmi 22 namizəd keçid balını topalyıb. Bir çox alələrdə valideynlər rus dilində bilməsə belə, uşağını aşağı yaşdan stresə salıb rus bölməsinə yerləşdirmək istəyirlər. Bu isə nə uşağa, nə də valideynə heç nə vermir. Biz rus bölməsinin sayını və keyfiyyətini saxlayırıq. Bundan sonra da biz onları keyfiyyətli saxlamaq istəyirik. Amma nəzərə alaq ki, namizəd olmaldır ki, biz onları işə götürək. MİQ imtahanında Təsviri incəsənət üzrə rus bölməsində 93 yerə 16 müəllim keçib. Coğrafiya fənni üzrə rus bölməsində 48 yerə 7 namizəd var. İnformatika fənnində 158 yer üzrə12 müəllim işləmək istəyir. Ona görədə rus bölmələrinin sayını artırmaq fiziki olaraq mümkün deyil".

Universitetlər nə deyir?
Azərbaycan Dövlət Pedaqoji Universitetindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil mərkəzinin əsas funksiyası müəllim hazırlığı ilə bağlıdır:
© Sputnik / Aleksey Filippov / Mediabanka keçidAuditoriyada tələbə
Студенты в аудитории, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Auditoriyada tələbə
"Universitetlərdə ixtisas və fakültələr sırf əmək bazarına əsasən formalaşır. Ölkəmizdə orta məktəblərdə rus bölməsi üzrə tədris aparıldığı üçün rus dilli müəllimlərin yetişdirilməsi zərurəti var. Hazırda universitetdə rus dili üzrə fakültə olmasa da, rus dilli fakültələr mövcuddur. Bu il üçün 15 belə ixtisasa qəbul planı nəzərdə tutulub. Builki qəbul planında bilogiya, fizika, fiziki tərbiyə, çağırışaqədər hazırlıq, ibtidai sinif, informatika, kimya, riyaziyyat korreksiyaedici təlim, məktəbəqədər təhsil, tarix, təhsildə sosial və psixoloji xidmət, təsviri incəsənət müəllimliyinə və digər ixtisaslara qəbul planı elan olunacaq. 305 nəfər üçün qəbul planı açılıb".
"Hazırda isə 550 nəfərədək şəxs rus bölməsi üzrə təhsil alır. Bu il isə 150-200 məzunumuz olacaq", - deyə universitetdən verilən məlumatda bildirilib.
Azərbaycanda ali təhsil ocaqları arasında xüsusən də rusdilli müəllimləri yetişdirən ocaqlardan biri də Bakı Slavyan Universitetidir. 1946-cı ildə yaranan, öncələr M.F.Axundov adını daşıyan universitetdə 1948-ci ildən Azərbaycan məktəbliləri üçün “Rus dili və ədəbiyyatı” müəllimi ixtisası yaradıldı. 1960-cı ili sentyabrından Asiya hətta Afrika ölkələrindən rus dilini öyrənmək üçün keçmiş sovet ittifaqına gələnlərə birillik hazırlıq kursu (fakültə) yaradıldı ki bu da artıq yeni bir istiqamətin inkişafına töhfə verdi.
Hazırda da universitetdə rus dili ədəbiyatı, tərcüməsi, filologiyası, rus dili müəllimliyi ixtisasları öyrədilir.
Qeyd edək ki, hazırda Bakı Slavyan Universitetində Xarici dil müəllimliyi fakültəsində Rus dili müəllimliyi ixtisasında 659 tələbə təhsil alır. "Filologiya" fakültəsində 2 ixtisas üzrə - "Dil və ədəbiyyat müəllimliyi" (rus dili üzrə) -150, "Rus dili və ədəbiyyatı" ixtisası üzrə isə 46 tələbə təhsil alır.
Həmçinin, bu fakültədə "Rus dili və ədəbiyyatı" ixtisası üzrə qiyabi təhsil alan tələbələrin sayı 47 nəfərdir. Ötən tədris ilində "Xarici dil müəllimliyi" fakültəsində "Rus dili müəllimliyi" ixtisası üzrə 102, "Filologiya" fakültəsində "Dil və ədəbiyyatı müəllimliyi" (rus dili üzrə) 22, "Rus dili və ədəbiyyatı" ixtisası üzrə əyani olaraq 16, qiyabi olaraq 7 tələbə məzun olub.
Valideylər nə üçün övladlarıın rus bölməsində təhsil almasını istəyir?
Nigar Əliyeva adlı valideyn bildirir ki, uzun illər SSRİ-nin tərkibində yaşadığımız üçün rus dili, sovet psixologiyası hələ də canımızda, qanımızdadır:
"Hansı işə görə müraciət etsən, öncə rus dili biliyinin olub-olmaması tələb olunur. Bunun əsas səbəbləri odur ki, ölkədə rus dilli kontingent çoxluq təşkil edir, ruslarla alqı-satqı müqavilələrimiz, işbirliyimiz var. Bu dil zəngin və çox gözəldir. Bu səbəbdən də düşünürəm ki, əlavə dil öyrənməyin heç bir mənfi tərəfi yoxdur, əksinə müsbət tərəfi var. Çünki rahatlıqla rus dilində bizə laızm olan məlumatları tapa bilirik".
Bakı sakini Gülüş Nabatova da övladının rus dilini öyrənməsini istəyir:
"Lakin bunun SSRİ ilə bağlılığı yoxdur. Nə olsun ki, biz uzun illər SSRİ-nin tərkibində olmuşuq?! Dil öyrənmək vacibdir. Sırf təhsil səviyyəsi, dünyagörüşünün artması üçün bu dili bilmək önəmlidir. Rus dili də dünyanı idarə edən əsas dillərdən biridir. Bu dildə istənilən mövzuda rahatlıqla elmi məqalə araşdıra bilərsən".
© Sputnik / Константин Чалабов / Mediabanka keçidMəktəbdə dərs oxuyan şagird
Ученики на уроке чтения в начальной общеобразовательной школе  - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Məktəbdə dərs oxuyan şagird
Rus dili həm də həqiqıtləri dünyaya çatdırmaq üçün bir vasitədir
Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi Təhmasib Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, valideynləri rusdilli olduqları üçün o, rus bölməsində təhsil alıb:

"Valideynlərim mənim informasiyaya əlçatanlığımı təmin etmək üçün məhz bu bölmədə təhsil almağımı istədilər. Həqiqətən də bu gün rus dilinn sayəsində mən böyük bir informasiya məkanına daxil ola və istədiyim məlumatı ala bilirəm".

"Hazırda universitetin "Tarix" fakültəsində təhsil alıram. Uşaqlıqdan tarixi, xüsusən də Azərbaycan tarixini öyrənməyi sevirəm. Universiteti bitirdikdən sonra müəllim olaraq çalışıb topladığım informasiyaları şagirdlərimə ötürəcəyəm", - deyə o əlavə edib.
Universitetin "Fiziki tərbiyə" fakültəsində təhsil alan Nailə Balayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, valideynləri rus dilli olduqları üçün o da orta məktəb təhsili rus bölməsində alıb: "Rus dilində informasiyaya çıxış daha əlçatandır. Bu səbəbdən də valideynlərim mənim də məhz rus bölməsi üzrə təhsil almağımı istədilər".
Rus mədəniyyət mərkəzləri
Qeyd edək ki, Bakıda, eləcə də Azərbaycanın digər yerlərində rus dili və mədəniyyəti ilə bağlı mərkəzlər fəaliyyət göstərir. Bundan əlavə, Rusiya dövlətinin bilavasitə yardımı ilə ölkəmizdə Bakıdakı Rus Evi Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi də fəaliyyətdədir.
2009-cu ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən açılışı olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin əsas vəzifəsi ictimaiyyəti rus və Rusiya Federasiyası xalqlarının tarixi və mədəniyyəti, iqtisadi potensialı ilə yaxından tanış etmək, Azərbaycan təşkilatları ilə əlaqələr qurmaq və inkişaf etdirməkdir. Burada rus dili kursları fəaliyyət göstərir, müxtəlif konfranslar, "dəyirmi masa"lar, yeni kitabların təqdimatı keçirilir. Mərkəzin zəngin kitabxanasında isə həm rus, həm xarici nəşrlər toplanıb. Sərgi-konsert zalında mütəmadi fotoekspozisiyalar, sərgilər, bayram tədbirləri təşkil olunur. Mərkəzin fəaliyyətində vacib istiqamətlərdən biri də Azərbaycandakı rus icması arasında mədəni-maarifləndirmə işinin aparılmasıdır.
© Photo : Russian House in BakuBakıda Rus evində rus dili üzrə yubiley olimpiada
Bakıda Rusiya informasiya və mədniyyət mərkəzi - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Bakıda Rus evində rus dili üzrə yubiley olimpiada
Bakıdakı Rus Evi isə rus ədəbiyyatı, tarixi haqqında müxtəlif maraqlı tədbirlərə ev sahibliyi edir.
Onu da qeyd edək ki, Rus Mədəniyyət Mərkəzinin əsası 1993-cü ildə qoyulub, mərkəzin təsisçisi Azərbaycan Rus İcması olub. Mərkəz rus və Azərbaycan mədəniyyətlərinin görkəmli xadimlərinin yaradıcılığına həsr edilmiş ədəbi və musiqili tədbirlər, pravoslav bayramları şərəfinə konsertlər təşkil edir. Mərkəzdə müntəzəm olaraq rus rəssamlarının əsərlərinin sərgiləri, Azərbaycanda yaşayan rus yazıçı və şairlərinin kitablarının təqdimatı, Azərbaycanın, Rusiyanın və yaxın xarici ölkələrin görkəmli mədəniyyət xadimləri ilə yaradıcılıq görüşləri keçirilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Rus Mədəniyyət Mərkəzinin işinə çox böyük dəstək verirdi, bu gün isə Prezident İlham Əliyev bu dəstəyi davam etdirir. Ötən illər ərzində Mərkəz tərəfindən rus mədəniyyətinin, rus dili və ədəbiyyatının, ənənə, adət və mərasimlərin qorunub saxlanması, inkişaf etdirilməsi və təbliği, millətlərarası əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, rus və Azərbaycan xalqlarının, habelə Azərbaycan ərazisində yaşayan digər xalqların mədəniyyətlərinin qarşılıqlı nüfuz etməsi və bir-birini zənginləşdirməsi sahəsində çox böyük işlər görülüb.
Qeyd edək ki, hazırda dünyada 235 milyon insan rus dilində danışır.
Valideynlər övladlarının gələcəkdə informasiya çıxışlarını təmin etmək, lazımi elmi və bədii ədəbiyyatla təmin olunmaq, gələcək ixtisasları üzrə müəyyən araşdırma apara bilmələri - bir sözlə parlaq karyeralarının olması üçün övladlarını rus bölməsinə yerləşdirir. Göründüyü kimi, statistik rəqəmlər də ölkəmizdə rus dilində təhsil almağa böyük marağın olduğunu göstərir.
Qeyd edək ki, respublika üzrə ümumtəhsil müəssisələrində rus bölməsində təhsil verən müəllimlərin sayı 8890 nəfərdir.
Respublika üzrə rus bölməsi mövcud olan ümumtəhsil müəssisələrinin sayı 329, onlardan sırf rusdilli olanların sayı 17-dir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0