CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 3 mart – FOTO

© Sputnik / Elnur Salayev3 mart
3 mart - Sputnik Azərbaycan, 1920, 03.03.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - bu barədə Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 3 mart — Sputnik. Martın 3-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr bəzi hadisələr baş verib.
Martın 3-də kimlər dünyaya gəlib?
Məmmədhəsən Hacınski (1875-1931) - Azərbaycan siyasətçisi və mühəndisdir. Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər (1918), maliyyə (1918), daxili işlər naziri (1919-1920) və Nazirlər Şurasının sədri (28 may - 6 oktyabr 1918) vəzifələrində çalışıb.
© Photo : Public DomenMəmmədhəsən Cəfərqulu oğlu Hacınski
Məmmədhəsən Cəfərqulu oğlu Hacınski - Sputnik Azərbaycan, 1920, 01.03.2024
Məmmədhəsən Cəfərqulu oğlu Hacınski
İlham Zəkiyev (1980) - Azərbaycan paralimpiyaçı cüdoçusu, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, cüdo üzrə AR-ın əməkdar idman ustasıdır. O, 90 kiloqram və daha çox çəki dərəcəsində yarışlarda mübarizə aparır. İlham ikiqat Paralimpiya çempionu və Dünya üzrə Oyunlarının qalibidir.
© Sputnik / Murad Orujovİlham Zəkiyev
İlham Zəkiyev - Sputnik Azərbaycan, 1920, 01.03.2024
İlham Zəkiyev
Aleksandr Bell (1847-1922) - amerikalı alim, ixtiraçı və iş adamı, ilk real telefonun ixtiraçısı kimi tanınan novatordur.
Rimma Markova (1925-2015) - Sovet və Rusiya teatr və kino aktrisası, RF xalq artistidir. O, "Fəsillər", "Fırıldaqçı", "Rus ruleti", "Düşmək" və s. filmlərdə rol alıb.
Martın 3-də dünyada baş verən tarixi hadisələr
1639-cu ildə ABŞ-ın Boston şəhərində əsası qoyulan kollecə mesenat Con Harvardın şərəfinə "Harvard" adı verilib.
© AFP 2023 / Scott EisenHarvard
Здание Гарвардского университета в Кембридже, Массачусетсе - Sputnik Azərbaycan, 1920, 01.03.2024
Harvard
1842-ci ildə ABŞ-da dünyada ilk dəfə olaraq uşaq əməyini tənzimləyən qanun qəbul edilib.
1913-cü ildə ABŞ prezidentinin andiçmə mərasimi ərəfəsində Vaşinqtonda ölkənin bütün vətəndaşlarına bərabər səs vermək hüququ verilməsini tələb edən 5000 qadın yürüş edib.
1919-cu ildə dünyada ilk dəfə olaraq Vankuver (Kanada) və Sietl (ABŞ) arasında beynəlxalq hava poçtu çatdırılması həyata keçirilib.
1923-cü ildə ABŞ-da həftəlik "Time" xəbər jurnalının ilk nömrəsi satışa buraxılıb. Bu, dünyanın ilk həftəlik jurnalı olub.
© AFP 2023 / ERIC BARADAT"Time" xəbər jurnalı
Мужчина читает журнал Time, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.03.2024
"Time" xəbər jurnalı
1974-cü ildə dünya tarixində ən böyük aviasiya fəlakətlərindən biri baş verib: İstanbul-Paris-London marşrutu ilə uçan "Turkish Airlines" şirkətinə məxsus "McDonnell Douglas" DC-10-10 təyyarəsi Parisdən havaya qalxdıqdan sonra qəzaya uğrayıb. Təyyarədə olan 334 sərnişin və 12 ekipaj üzvünün hamısı həlak olub.
© AFP 2023 / AXEL SCHMIDTTurkish Airlines
Самолет Турецких Авиалиний, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.03.2024
Turkish Airlines
2005-ci ildə amerikalı iş adamı, aeronavt, yaxtaçı, "Scaled Composites" şirkətinin ortaq sahibi Stiv Fossett "Scaled Composites Virgin Atlantic GlobalFlyer" təyyarəsi ilə Yer kürəsi ətrafında ilk tək fasiləsiz uçuşunu tamamlayıb. Uçuş 67 saatdan çox davam edib, qət olunmuş məsafə 36 898 km olub.
Xəbər lenti
0