DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib

© AFP 2023 / AAMIR QURESHIPakistan dövlət xadimi Şahbaz Şərif
Pakistan dövlət xadimi Şahbaz Şərif - Sputnik Azərbaycan, 1920, 03.03.2024
Abunə olmaq
Parlamentin aşağı palatasının yeni çağırışının deputatlarının yarıdan çoxu PML liderinin lehinə səs verib.
BAKI, 3 mart - Sputnik. Pakistan Müsəlman Liqasının (PML) sədri Şahbaz Şərif ölkənin yeni baş naziri seçilib. Bu barədə TASS xəbər yayıb.
Ölkənin Milli Assambleyasında (parlamentin aşağı palatası) səsvermə prosedurunu yerli PTV News kanalı yayımlayıb.
Parlamentin aşağı palatasının yeni çağırışının 336 deputatından 201-i PML-N liderinin lehinə səs verib.
Onun Pakistan hökumətinin başçısı postu uğrunda mübarizədəki rəqibi - Milli Assambleyanın yeni çağırışının deputatlarına müstəqil namizəd kimi daxil olmuş Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan cəmi 92 səs toplayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, arxiv  - Sputnik Azərbaycan, 1920, 29.06.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycan və Pakistan liderləri bir-birini təbrik ediblər
Xəbər lenti
0