https://sputnik.az/20240303/kisi-orqanizmi-ucun-en-vacib-olanlar-vitaminler-hansilardir-462842546.html
Kişi orqanizmi üçün ən vacib olanlar vitaminlər hansılardır?
Kişi orqanizmi üçün ən vacib olanlar vitaminlər hansılardır?
Sputnik Azərbaycan
Həkimin sözlərinə görə, fiziki fəallıq, kifayət qədər təmiz hava və günəş qəbul etmək çox vacibdir. 03.03.2024, Sputnik Azərbaycan
2024-03-03T19:29+0400
2024-03-03T19:29+0400
2024-03-03T19:29+0400
vitamin
səhiyyə
kişilər
həkim
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992334_0:96:2001:1221_1920x0_80_0_0_cc85f7c71f48445f6b1ef527127b1b97.jpg
BAKI, 3 mart — Sputnik. Kişi orqanizmi üçün ən vacib vitamin və minerallar maqnezium, Omeqa 3 yağ turşuları, sink, selen, D, E, C, A, B və K vitaminləridir. Bunu Moskva Səhiyyə Departamentinin ilkin tibbi yardım üzrə ştatdan kənar mütəxəssisi Andrey Tyajelnikov RİA Novosti-yə deyib. Onun sözlərinə görə, kişilər qadınlara nisbətən pis vərdişlərə daha çox meyllidirlər və buna görə də onlar sağlamlıqdan dah çox əziyyət çəkirlər. "Bu xüsusiyyətlərə əsaslanaraq, kişilər üçün ən vacib vitamin və mineralları qeyd etmək olar. Belə ki, ürəyin sağlamlığını və sinir sistemini qorumaq üçün maqnezium və Omeqa 3 yağ turşularını qəbul etmək məsləhətdir. Sink prostatın sağlamlığını qorumaq üçün vacibdir. Vitamin D təkcə immun sistemi və sümükləri deyil, həm də hormonal balansı gücləndirir. E, C vitaminləri və selen immun sisteminin möhkəmlənməsinə, iltihabdan və hüceyrələrin zədələnməsindən qorunmağa kömək edir" - deyə Tyajelnikov bildirib. Həkim qeyd edib ki, A vitamini dərinin və görmə qabiliyyətinin sağlam olmasına tövhə verir, B vitaminlər kompleksi sinir sistemini gücləndirir və qan laxtalanmasında mühüm rol oynayan K vitamini ilə birlikdə ümumi sağlamlığa kömək edir. Onun sözlərinə görə, fiziki fəallıq, kifayət qədər təmiz hava və günəş qəbul etmək də çox vacibdir. Belə ki, 10 dəqiqə günəş şüası qəbul etmək D vitamininin gündəlik dozasını doldurur. "Halsızlıq, apatiya, əsəbilik, konsentrasiyanın azalması, yuxunun pozulması, əzələ ağrısı kimi əlamətlər müşahidə olunduğu təqdirdə mikroelementlərin və vitaminlərin çatışmazlığı üçün analiz vermək lazımdır. Əgər çatışmazlıq təsdiqlənərsə, həkim lazımi vitamin və ya kompleksləri təyin edəcək" - həkim fikrini yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992334_51:0:1828:1333_1920x0_80_0_0_85ab36ec1f6dacbb92531521531453f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
vitamin, kişilər, həkim
Kişi orqanizmi üçün ən vacib olanlar vitaminlər hansılardır?
Həkimin sözlərinə görə, fiziki fəallıq, kifayət qədər təmiz hava və günəş qəbul etmək çox vacibdir.
BAKI, 3 mart — Sputnik. Kişi orqanizmi üçün ən vacib vitamin və minerallar maqnezium, Omeqa 3 yağ turşuları, sink, selen, D, E, C, A, B və K vitaminləridir. Bunu Moskva Səhiyyə Departamentinin ilkin tibbi yardım üzrə ştatdan kənar mütəxəssisi Andrey Tyajelnikov RİA Novosti-yə deyib.
"Əksər sağlamlıq göstəricilərində, eləcə də xəstəliklərdə gender fərqləri yoxdur. Lakin bəzi fizioloji fərqlərə görə həm kişilərdə, həm də qadınlarda diqqətin artdığı zonalar var. Məsələn, kişilərdə ürək-damar xəstəlikləri riski daha yüksəkdir. Bu, deprodoktiv yaş dövrü olan qadınların hormonlarla qorunduğu və qan damarlarının daha elastik olması ilə əlaqədardır. Buna görə də kişilər ürək və qan damarlarının sağlamlığına diqqətlə yanaşmalıdırlar. Kişilər üçün sidiklik bölgəsi daha həssasdır. Prostatit, prostat adenoması daha güclü cinsin ümumi xəstəlikləridir" - həkim bildirib.
Onun sözlərinə görə, kişilər qadınlara nisbətən pis vərdişlərə daha çox meyllidirlər və buna görə də onlar sağlamlıqdan dah çox əziyyət çəkirlər.
"Bu xüsusiyyətlərə əsaslanaraq, kişilər üçün ən vacib vitamin və mineralları qeyd etmək olar. Belə ki, ürəyin sağlamlığını və sinir sistemini qorumaq üçün maqnezium və Omeqa 3 yağ turşularını qəbul etmək məsləhətdir. Sink prostatın sağlamlığını qorumaq üçün vacibdir. Vitamin D təkcə immun sistemi və sümükləri deyil, həm də hormonal balansı gücləndirir. E, C vitaminləri və selen immun sisteminin möhkəmlənməsinə, iltihabdan və hüceyrələrin zədələnməsindən qorunmağa kömək edir" - deyə Tyajelnikov bildirib.
Həkim qeyd edib ki, A vitamini dərinin və görmə qabiliyyətinin sağlam olmasına tövhə verir, B vitaminlər kompleksi sinir sistemini gücləndirir və qan laxtalanmasında mühüm rol oynayan K vitamini ilə birlikdə ümumi sağlamlığa kömək edir.
"Kişilər daha çox əzələ kütləsi, fiziki aktivlik və enerji sərfiyyatı ilə fərqlənirlər. Buna görə də onların vitamin və minerallara olan ehtiyacı qadınlardan daha yüksəkdir. Bütün bu vitaminlər, minerallar və digər zəruri və faydalı elementlər bu kimi məhsullarda var: ət. və balıq, yumurta, qoz-fındıq, göyərti, tərəvəz, meyvə. Balanslaşdırılmış qidalanma ilə onların səviyyəsini qoruyub saxlamaq olduqca mümkündür" - RİA Novosti-nin həmsöhbəti qeyd edib.
Onun sözlərinə görə, fiziki fəallıq, kifayət qədər təmiz hava və günəş qəbul etmək də çox vacibdir. Belə ki, 10 dəqiqə günəş şüası qəbul etmək D vitamininin gündəlik dozasını doldurur.
"Halsızlıq, apatiya, əsəbilik, konsentrasiyanın azalması, yuxunun pozulması, əzələ ağrısı kimi əlamətlər müşahidə olunduğu təqdirdə mikroelementlərin və vitaminlərin çatışmazlığı üçün analiz vermək lazımdır. Əgər çatışmazlıq təsdiqlənərsə, həkim lazımi vitamin və ya kompleksləri təyin edəcək" - həkim fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.