https://sputnik.az/20240303/beynelxalq-qulaq-ve-esitme-saglamliginin-qorunmasi-gunudur-463003884.html
Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
Sputnik Azərbaycan
Eşitmə qabiliyyətinin itirilməsi dünyada əlilliyin yayılmış sensorial forması hesab edilir. 03.03.2024, Sputnik Azərbaycan
2024-03-03T15:24+0400
2024-03-03T15:24+0400
2024-03-03T15:24+0400
dünya xəbərləri
qulaq
eşitmə
gün
sağlamlıq
ümumdünya səhiyyə təşkilatı
https://cdnn1.img.sputnik.az/img/41193/24/411932433_0:189:4105:2498_1920x0_80_0_0_c4d1fdadffbb1742bb829663bc5420c0.jpg
BAKI, 3 mart - Sputnik. Hər il martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günü kimi qeyd edilir. Azərbaycan Dövlət İnformasiya Agentliyinin məlumatına görə, bu gün 2007-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən ictimaiyyətin diqqətini qulaq və eşitmə orqanlarının fəaliyyətindən əziyyət çəkənlərin problemlərinə yönəltmək məqsədilə təsis olunub. Həmin günün seçilməsi də rəmzi xarakter daşıyır. Məsələ burasındadır ki, 3 rəqəminin yazılışı da insan qulağının formasına bənzəyir.Yaşadığımız dünya müxtəlif və rəngarəng səslərlə doludur. Onlar arasında həzz gətirəni, sakitlik bəxş edəni, sevinc hissi oyadanı, həyəcan yaradanı da var. Təəssüf ki, heç də hamı səslərin müxtəlifliyini eşidə bilmir. Eşitmə qabiliyyətinin itirilməsi dünyada əlilliyin yayılmış sensorial forması hesab edilir. Hazırda eşitmə itkisi dünyada ən çox rast gəlinən sensor qüsur hesab olunur. ÜST-nin məlumatına görə, 2050-ci ilədək dünyada təxminən 2,5 milyard nəfər, yəni, hər dörd nəfərdən biri müəyyən dərəcədə eşitmə itkisindən əziyyət çəkə bilər.Karlıq və pis eşitmənin əsas səbəbi genetik amil, qulağın xroniki infeksiyaları, bir sıra xəstəliklər - məxmərək, qızılca, yoluxucu parotit, meningit, həmçinin bəzi dərman preparatlarının və ətraf mühitin zərərli amillərinin təsiri, ilk növbədə, gur səslənmədir. Həkimlərin rəyinə əsasən, həmin səbəblərdən baş verən karlıq və piseşitmə hallarının yarısını aradan qaldırmaq mümkündür. Qabaqlayıcı tədbirlər sırasına əhalinin immunizasiyası, ana və uşağın sağlamlığının qorunması, əmək gigiyenasının tələblərinə əməl olunması daxildir.1841-ci ildə alman həkimi Hofman qulaq-burun-boğaz boşluqlarını müayinə etmək üçün güzgüdən istifadə edib. Az sonra həkimlər başa bərkidilmiş çökük güzgüdən istifadə etməyə başlayıblar və ona reflektor adı verilib.Ümumdünya Səhiyyə Təşkilatının apardığı qiymətləndirməyə görə, dünyada 1,1 milyard gənc təhlükəli dinləmə vərdişinə görə eşitmənin itirilməsi ilə əlaqədar risk daşıyır. 43 milyondan çox 12-35 yaşlı insan müxtəlif səbəblərdən dinləmə təhlükəsi ilə əlaqədar əlil olmaq riski daşıyır. Ona görə də təşkilat gəncləri və onların ailələrini sonralar eşitmənin pozulmasına aparıb çıxaran güclü səs-küydən uzaq qalmağa, dövlətləri həmin problemin qarşısını almaq üçün diqqətli olmağa çağırır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41193/24/411932433_0:0:4037:3028_1920x0_80_0_0_de2b3faccfc9b65c7c0facfdf7b967e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qulaq, eşitmə, gün, sağlamlıq, ümumdünya səhiyyə təşkilatı
qulaq, eşitmə, gün, sağlamlıq, ümumdünya səhiyyə təşkilatı
Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
Eşitmə qabiliyyətinin itirilməsi dünyada əlilliyin yayılmış sensorial forması hesab edilir.
BAKI, 3 mart - Sputnik. Hər il martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günü kimi qeyd edilir. Azərbaycan Dövlət İnformasiya Agentliyinin məlumatına görə, bu gün 2007-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən ictimaiyyətin diqqətini qulaq və eşitmə orqanlarının fəaliyyətindən əziyyət çəkənlərin problemlərinə yönəltmək məqsədilə təsis olunub. Həmin günün seçilməsi də rəmzi xarakter daşıyır. Məsələ burasındadır ki, 3 rəqəminin yazılışı da insan qulağının formasına bənzəyir.
Yaşadığımız dünya müxtəlif və rəngarəng səslərlə doludur. Onlar arasında həzz gətirəni, sakitlik bəxş edəni, sevinc hissi oyadanı, həyəcan yaradanı da var. Təəssüf ki, heç də hamı səslərin müxtəlifliyini eşidə bilmir. Eşitmə qabiliyyətinin itirilməsi dünyada əlilliyin yayılmış sensorial forması hesab edilir. Hazırda eşitmə itkisi dünyada ən çox rast gəlinən sensor qüsur hesab olunur. ÜST-nin məlumatına görə, 2050-ci ilədək dünyada təxminən 2,5 milyard nəfər, yəni, hər dörd nəfərdən biri müəyyən dərəcədə eşitmə itkisindən əziyyət çəkə bilər.
Karlıq və pis eşitmənin əsas səbəbi genetik amil, qulağın xroniki infeksiyaları, bir sıra xəstəliklər - məxmərək, qızılca, yoluxucu parotit, meningit, həmçinin bəzi dərman preparatlarının və ətraf mühitin zərərli amillərinin təsiri, ilk növbədə, gur səslənmədir. Həkimlərin rəyinə əsasən, həmin səbəblərdən baş verən karlıq və piseşitmə hallarının yarısını aradan qaldırmaq mümkündür. Qabaqlayıcı tədbirlər sırasına əhalinin immunizasiyası, ana və uşağın sağlamlığının qorunması, əmək gigiyenasının tələblərinə əməl olunması daxildir.
1841-ci ildə alman həkimi Hofman qulaq-burun-boğaz boşluqlarını müayinə etmək üçün güzgüdən istifadə edib. Az sonra həkimlər başa bərkidilmiş çökük güzgüdən istifadə etməyə başlayıblar və ona reflektor adı verilib.
Ümumdünya Səhiyyə Təşkilatının apardığı qiymətləndirməyə görə, dünyada 1,1 milyard gənc təhlükəli dinləmə vərdişinə görə eşitmənin itirilməsi ilə əlaqədar risk daşıyır. 43 milyondan çox 12-35 yaşlı insan müxtəlif səbəblərdən dinləmə təhlükəsi ilə əlaqədar əlil olmaq riski daşıyır. Ona görə də təşkilat gəncləri və onların ailələrini sonralar eşitmənin pozulmasına aparıb çıxaran güclü səs-küydən uzaq qalmağa, dövlətləri həmin problemin qarşısını almaq üçün diqqətli olmağa çağırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.