Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Berlin danışıqları Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıracaq?

© Photo : MFABerlin
Berlin - Sputnik Azərbaycan, 1920, 03.03.2024
Abunə olmaq
Millət vəkili deyir ki, Azərbaycanın qalib tərəf kimi təkid etdiyi məqamlar mütləq nəzər alınmalıdır.
BAKI, 3 mart — Sputnik. 28-29 fevral tarixində Azərbaycan və Ermənistan XİN başçıları arasında Almaniyanın paytaxtı Berlin şəhərində Villa Borsig-də danışıqlar aparılıb.
Berlin danışıqları həm Azərbaycan, həm də Ermənistanda maraqla izlənilirdi. Çünki XİN rəhbərlərinin Berlin görüşü həm də Azərbaycan və Ermənistan liderlərinin Münhendə keçirilmiş görüşünün nəticəsi olaraq ortaya çıxmışdı.
Görüşdən sonra Azərbaycan XİN-in yaydığı məlumatda qeyd olunur ki, nazirlər və onların heyətləri arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Berlin görüşü çərçivəsində iki ölkə arasında bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğunu qeyd ediblər.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Sputnik Azərbaycan-a bildirib ki, Berlin görüşündə çərçivə sülh sazişi müzakirə olunub. Onun sözlərinə görə bu çərçivə sənədində təməl prinsiplər əksini tapmalıdır ki, bunun əsasında danışıqlar davam etdirilə bilsin: "Azərbaycanın irəli sürdüyü beş prinsip mövcuddur və artıq bununla bağlı tərəflər arasında elektorn vasitələrlə fikir mübadiləsi aparılır. Ermənistan tərəfinin tələbi budur ki, sərhədlərlə bağlı təkcə prinsip şəklində yox, qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıma və onun nədən ibarət olmasının konkret formasında ifadə olunmasını istəyir. Bildiyiniz kimi, kommunikasiyalarla bağlı və humanitar məsələlərlə bağlı hələlik uzlaşmanın olduğunu demək olmaz".
© Photo : Courtesy of Tofiq ZulfygarovTofiq Zülfüqarov - Azərbaycanın Latviyadakı sabiq səfiri
Tofiq Zülfüqarov - Azərbaycanın Latviyadakı sabiq səfiri  - Sputnik Azərbaycan, 1920, 02.03.2024
Tofiq Zülfüqarov - Azərbaycanın Latviyadakı sabiq səfiri
Keçmiş diplomat qarşılıqlı olaraq beynəlxalq məhkəmələrdə Azərbaycan və Ermənistanın bir-birnə qarşı iddialarından imtina etməsinin mümkünlüyünü də şərh edib.
O qeyd edib ki, dövlətlər qarşılıqlı olaraq bir-birinə qarşı hansısa məhkəmə iddialarından əl çəkə bilər, ancaq məcburi köçkünlərin Ermənistana qarşı iddialarının qarşısını almaq mümkün deyil:
"Azərbaycan vətəndaşları Ermənistan tərəfini beynəlxalq məhkəməyə vermək hüququna malikdirlər. Otuz ilə yaxın davam edən işğal dövründə yüzminlərlə vətəndaşın hüquqları Ermənistan tərəfindən qəsb edilib. Eyni zamanda inanmıram ki, Azərbaycan Ermənistana qarşı iddialarından əl çəksin. Vətəndaş olaraq mənə ziyan dəyibsə, mənim Ermənistanı məhkəməyə vermək haqqım var. İşğal dövründə Azərbaycan dövlətinə böyük ziyan dəyib. Ehtimal edirəm ki, məhkəməyə vermə hallarının sayı kifayət qədər çox olacaq".

Millət vəkili Arzu Nağıyevin fikrincə, Berlində keçirilən görüşü müsbət qiymətləndirmək olar:

"Hazırda əsas məqam sülh müqaviləsi ilə bağlı atılacaq addımlardır. Tərəflərin bir-birindən atılmasını gözlədiyi vacib addımlar var. Düzdür müəyyən dövrlərdə Ermənistan tərəfi Azərbaycan tərəfinin tələblərini yumşalma kimi təqdim edirdi, ancaq burada hər hansı yumşalmış mövqedən söhbət gedə bilməz. Müzakirə mövzuları arasında delimitasiya, demarkasiya məsələləri, eyni zamanda Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiası ilə bağlı maddənin çıxarılması var. Ermənistanın təkliflərindən biri qoşunları güzgüvari şəkildə geri çəkilməsidir. Təbii olaraq Azərbaycanın tələbləri, Ermənistanın isə təklifləri fonunda bütün məsələlərə baxılmalıdır".
© Sputnik / Murad OrujovMillət vəkili Arzu Nağıyev
Арзу Нагиев - Sputnik Azərbaycan, 1920, 02.03.2024
Millət vəkili Arzu Nağıyev
Arzu Nağıyev deyir ki, Almaniya danışıqlar paltforması üçün yeni meydan deyil: "Cənab Prezident də Almaniya nümayəndə heyəti ilə keçirdiyi görüşdə bu ölkəlinin vasitəçilik səylərinə münasibətini ortaya qoydu. Bu gün Almaniyanın vasitəçi kimi çıxış etməsi hələlik Azərbaycan tərəfində narazılıq yaratmır. Münhen və Berlin danışıqları fonunda görürük ki, Almaniya hələlik tərfələrə görüş platforması təmin etməklə öz vasitəçiliyini ifadə edir"
Millət vəkili deyir ki, Azərbaycanın qalib tərəf kimi təkid etdiyi məqamlar mütləq nəzər alınmalıdır: "baş nazirlərinin müavinləri səviyyəsində də danışıqlar davaçm etdirilir. Bu prosesi də müsbət xarakterizə edə bilərik. Sülh sazişinin imzalanması ilə bağlı dəqiq vaxt açıqlamaq hələlik tezdir. Çünki həllini tapmalı məqam çoxdur. Bütün məsələlər çözülməli, sülh müqaviləsinin imzalanması üçün müvafiq sənəd ortaya qoyulmalıdır"
Xəbər lenti
0