https://sputnik.az/20240303/azerbaycana-idxal-edilen-benzin-ucun-aksiz-dereceleri-azaldilib-gomruk-rusumu-legv-edilib-462971720.html
Azərbaycana idxal edilən benzin üçün aksiz dərəcələri azaldılıb, gömrük rüsumu ləğv edilib
Azərbaycana idxal edilən benzin üçün aksiz dərəcələri azaldılıb, gömrük rüsumu ləğv edilib
Sputnik Azərbaycan
2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata... 03.03.2024, Sputnik Azərbaycan
2024-03-03T17:51+0400
2024-03-03T17:51+0400
2024-03-03T18:09+0400
benzin
iqtisadiyyat
aksiz
aksiz vergisi
aksiz markası
aksiz vergi dərəcəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425888589_0:85:3077:1816_1920x0_80_0_0_eb316d208967c65c13939bf9ffd3a985.jpg
BAKI, 3 mart — Sputnik. Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib. Dəyişikliyə əsasən, 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib. Eyni zamanda qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata endirilib. Nazirlər Kabinetinin digər qərarı ilə 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən qeyd edilən benzin və qazoyllar, o cümlədən dizel yanacağı üçün 15 faiz gömrük rüsumu ləğv edilib. Bu Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir. "Aİ-92" benzinin qiymətini Tarif Şurası müəyyən edir Qeyd edək ki, "Aİ 92" markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənizmləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur. Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə yanacağın qiyməti 4 yanvar 2021-ci il tarixində artırılıb. Həmin vaxt "Aİ-92" markalı benzinin 1 litrinin qiyməti 90 qəpikdən 1 manata, dizel yanacağının 1 litrinin qiyməti isə 60 qəpikdən 80 qəpiyə qaldırılıb. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb. Tarif Şurası bu qərarı istehsal olunan neft məhsullarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə neft emalı sənayesində yenidənqurma, modernləşdirmə işlərinin davam etdirilməsi, tənzimlənən qiymətlərin sayının azaldılması, bazar münasibətlərinin formalaşdırılması istiqamətində dövlət siyasətini nəzərə alaraq verib. "Aİ-95" və "Aİ-98" benzinlərin qiymətini isə dövlət tənzimləmir 2022-ci ilin iyul ayında Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 1,6 manatdan 2 manata, Aİ-98 markalı benzinin qiyməti isə 1,9 manatdan 2,3 manata yüksəlib. "Aİ-95" və "Aİ-98" markalı benzinlərin qiymətlərini isə dövlət tənzimləmir. Azərbaycanda benzin istehsalı artır Əlavə edək ki, ötən il Azərbaycanda illik müqayisədə avtomobil benzininin istehsalı 13,4 faiz artaraq 1,4 milyon ton olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425888589_346:0:3077:2048_1920x0_80_0_0_5c1b7a88379b6df1c3739fcc3d63e55b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
benzin, aksiz, aksiz vergisi, aksiz markası, aksiz vergi dərəcəsi
benzin, aksiz, aksiz vergisi, aksiz markası, aksiz vergi dərəcəsi
Azərbaycana idxal edilən benzin üçün aksiz dərəcələri azaldılıb, gömrük rüsumu ləğv edilib
17:51 03.03.2024 (Yenilənib: 18:09 03.03.2024) 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib.
BAKI, 3 mart — Sputnik. Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib.
Dəyişikliyə əsasən, 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib.
Eyni zamanda qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata endirilib.
Nazirlər Kabinetinin digər qərarı ilə 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən qeyd edilən benzin və qazoyllar, o cümlədən dizel yanacağı üçün 15 faiz gömrük rüsumu ləğv edilib. Bu Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.
"Aİ-92" benzinin qiymətini Tarif Şurası müəyyən edir
Qeyd edək ki, "Aİ 92" markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənizmləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur.
Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə yanacağın qiyməti 4 yanvar 2021-ci il tarixində artırılıb. Həmin vaxt "Aİ-92" markalı benzinin 1 litrinin qiyməti 90 qəpikdən 1 manata, dizel yanacağının 1 litrinin qiyməti isə 60 qəpikdən 80 qəpiyə qaldırılıb.
Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb. Tarif Şurası bu qərarı istehsal olunan neft məhsullarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə neft emalı sənayesində yenidənqurma, modernləşdirmə işlərinin davam etdirilməsi, tənzimlənən qiymətlərin sayının azaldılması, bazar münasibətlərinin formalaşdırılması istiqamətində dövlət siyasətini nəzərə alaraq verib.
"Aİ-95" və "Aİ-98" benzinlərin qiymətini isə dövlət tənzimləmir
2022-ci ilin iyul ayında Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 1,6 manatdan 2 manata, Aİ-98 markalı benzinin qiyməti isə 1,9 manatdan 2,3 manata yüksəlib. "Aİ-95" və "Aİ-98" markalı benzinlərin qiymətlərini isə dövlət tənzimləmir.
Azərbaycanda benzin istehsalı artır
Əlavə edək ki, ötən il Azərbaycanda illik müqayisədə avtomobil benzininin istehsalı 13,4 faiz artaraq 1,4 milyon ton olub.