CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Azəriqaz”: Qazın ödənişi ilə bağlı sistemdə fasilə yaranacaq

© Photo : AzeriGas Production UnionQaz sayğacı, arxiv şəkli
Qaz sayğacı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.03.2024
Abunə olmaq
Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart-kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur.
BAKI, 2 mart - Sputnik. Bu gün saat 22:00-dan sabah saat 12:00-dək qaz abonentləri üçün ödəniş sistemi əlçatmaz olacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Buna səbəb "SmartElektroniks" MMC tərəfindən "Azəriqaz"ın AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq.
Qeyd olunub ki, abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart-kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur.
Xəbər lenti
0